Bakıda ailə üzvlərini amansızlıqla qətlə yetirən şəxs psixiatrik xəstəxanada qeydiyyatda olub
Dünən Xətai rayonunda əvvəlcə bacısı və onun körpə qızını, daha sonra ata-anası və 9 yaşlı qardaşını amansızlıqla öldürməkdə şübhəli bilinən 25 yaşlı Əhməd Əhmədov barəsində çoxsaylı iddialar səsləndirilir.
"Qafqazinfo" xəbər verir ki, Ə.Əhmədov barəsindəki ən ciddi və ağır iddia onun əvvəllər həmyaşıdını bıçaqlaması, hətta öldürməsi ilə bağlıdır. Qətlə yetirilən Mehman Əhmədovun xalası Qənirə Əhmədovanın da Əhmədin məktəbdə təhsil alarkən bıçaqlanma hadisəsi törətdiyini deməsi iddiaları daha da gücləndirib.
Mövzu ilə bağlı apardığımız kiçik araşdırma zamanı məlum oldu ki, 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədovun cinayət törətməsi və məhkum edilməsi ilə bağlı rəsmi qurumlarda hər hansı məlumat yoxdur və iddia edilən cinayətlə bağlı qeydiyyat mövcud deyil.
Bununla yanaşı, onun ixtisaslaşmış psixiatrik xəstəxanada qeydiyyatda olması və müalicə aldığı məlum olub.
Qohumları ilə bərabər Ə.Əhmədovu tanıyan digər şəxslər, eləcə də məktəb yoldaşları onda psixoloji problemlərin olduğunu, qeyri-adekvat davranışlar etdiyini bildiriblər.
Ciddi psixoloji xəstəliyi olan Əhməd Əhmədovun sürücülük vəsiqəsinə sahib olması, Bakıda taksi fəaliyyəti göstərməsi kimi iddialar da var.
Xatırladaq ki, ötən gün Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovun, 1977-ci il təvəllüdlü Pikə Bədəl qızın Əhmədovanın və 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Qətli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Bundan sonra Ə.Əhmədovun 1997-ci il təvəllüdlü bacısı Elmira Mehman qızı Əhmədovanı və onun 5 yaşlı qızını da eyni üsulla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1106 Tarix: 14 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşErmənistan ilə Rusiya arasında PENDİR BÖHRANI
Rusiya bazarının itirilməsi halında Ermənistan pendir ixracından əldə etdiyi gəlirlərin 80 faizindən çoxundan məhrum olacaq. xəbər verir ki, bu barədə milli statistika xidmətlərinin məlumatlarına istinadən "RİA Novosti" məlumat yayıb. 2025-ci ildə Ermənistanın sözügedən məhsulun tədarükündə
17:30 163 Kenana aşiq olduğu andan danışdı...
Türkiyəli aktrisa Beren Saat müğənni həyat yoldaşı Kenan Doğulu ilə münasibətləri barədə açıqlamalar verib. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, onlar 12 ildir davam edən evlilikləri ilə şou dünyasının nümunəvi cütlüklərindən sayılırlar. B.Saat bildirib ki, münasibətlərini
10:25 290 Məşhurların Haluk Leventin dərnəyinə bağışladığı məbləğlər açıqlandı
Türkiyədə "Ahbap" Dərnəyi ilə bağlı aparılan istintaq çərçivəsində həbs olunan müğənni Haluk Leventlə bağlı yeni detallar ortaya çıxıb. Axşam.az xəbər verir ki, türkiyəli məşhurların "Ahbap" dərnəyinə ötən illərdə etdikləri ianələrin məbləği gündəmə gəlib. Siyahıya əsasən, ən yüksə
14:29 231 Ailəsinin bütün pulunu plastik əməliyyata xərcləyən Sara prosedur zamanı ÖLDÜ
Kolumbiyada bir qadın ailəsinin illərlə topladığı bütün vəsaiti plastik əməliyyata xərclədikdən sonra əməliyyat zamanı vəfat edib. bu barədə "Need to Know" nəşrinə istinadən xəbər verir. Məlumata görə, Kolumbiyanın 31 yaşlı sakini Sara Milena Eçeverriya Alsendra əməliyyat otağına daxil olduqda
15:00 283 Azərbaycan kartof ixracından 30 milyon dollara yaxın gəlir əldə edib
Bu ilin yanvar-iyun aylarında Azərbaycan 76 min 930 ton kartof ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə kartofun dəyəri 29 milyon 389 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 7 min 852 ton (11,4 , dəyər baxmında
18:40 159 Tramp: "İran danışıqlara daha ciddi yanaşmağa başlayıb"
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton və Tehran arasında danışıqlar davam edir və İran bu prosesə əvvəlkindən daha ciddi yanaşmağa başlayıb. CNN telekanalına istinadən xəbər verir ki, Tramp bu barədə Ağ Evin Oval kabinetində jurnalistlərlə söhbəti zamanı danışıb. "Biz onlarla danışırıq
17:50 125 Cəbrayılın Soltanlı kəndinə ilin sonunadək ilk sakinlərin köçü planlaşdırılır
İlin sonunadək Cəbrayılın Soltanlı kəndinə ilk sakinlərin köçü planlaşdırılır. "Report"un Cəbrayıla ezam olunan əməkdaşının verdiyi xəbərə görə, bu barədə Cəbrayıl, Qubadlı və Zəngilan rayonunda Bərpa, Tikinti və idarəetmə Xidmətinin icraçı direktoru Növrəs Cəfərov deyib. O qeyd edib ki, kəndi
16:30 166 Aleksandar Vuçiç: Serbiya hərbi baxımdan neytral qalacaq
Serbiya hərbi baxımdan neytral qalacaq. "Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç bu gün Serbiya Ordusunun ən gənc zabitlərinin buraxılış mərasimində bəyan edib. "Gərginliyin, beynəlxalq qanunsuzluğun hökm sürdüyü, BMT Xartiyasının və ya qətnamələrini
21:00 126 Sürücülər şikayətçidir: Skuterlər hərəkətə mane olur
Bakının müxtəlif ərazilərində mikromobillik imkanlarının artırılması məqsədilə velosiped və skuter istifadəçiləri üçün xüsusi zolaqlar və parklanma sahələri yaradılıb. xəbər verir ki, lakin bəzi istifadəçilər skuterləri nəzərdə tutulan dayanacaq yerlərində saxlamaq əvəzinə, onları səkilərdə, yol kənarlarınd
19:00 159