"Belə bir təxribatın törədilməsi Azərbaycan və Ermənistan arasındakı sülh və etimad quruculuğuna böyük zərbə vurdu" - Politoloq

"Belə bir təxribatın törədilməsi Azərbaycan və Ermənistan arasındakı sülh və etimad quruculuğuna böyük zərbə vurdu" - PolitoloqFevralın 12-də saat 13:37-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələri Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açıb.

Mövzu ilə bağlı BiG.AZ-a danışan politoloq Tural İsmayılov bildirib ki, Avropa İttifaqının mülki müşahidə missiyasının Azərbaycan-Ermənistan sərhədlərində olduğu bir dövrdə belə bir təxribatın törədilməsi Azərbaycan və Ermənistan arasındakı sülh və etimad quruculuğu prosesinə böyük zərbə vurdu:
"Dünən sərhəddə baş verənlər Ermənistanın düşünülmüş məqsədli təxribat strategiyasının davamı idi. Əslində Azərbaycanın Ermənistanla sülh danışıqlarına təkid etdiyi, Ermənistandakı Avropa İttifaqının mülki müşahidə missiyası olduğu bir zamanda belə təxribatın törədilməsi Ermənistanın yenidən silahlandırılmasının nəticəsidir. Xüsusilə Avropa İttifaqının mülki müşahidə missiyasının Azərbaycan-Ermənistan sərhədlərində olduğu bir dövrdə belə bir təxribatın törədilməsi Azərbaycan və Ermənistan arasındakı sülh və etimad quruculuğu prosesinə böyük zərbə vurdu. Eyni zamanda Ermənistanın məqsədli şəkildə delimitasiya və demarkasiya işlərini uzatması, Azərbaycanla sülh sazişi müzakirələri görüşünün yubadılması, son dövrlər Nikol Paşinyan da daxil olmaqla Ermənistan hökumətində təmsil olunan şəxslərin verdiyi təxribatçı açıqlamalar Azərbaycanla Ermənistan arasında vəziyyətin bu həddə gəlib çatmağına səbəb olmuşdu. Hesab edirəm ki, dünən sərhəddə baş verənlər, Azərbaycan-Ermənistan sülh danışıqlarının zərbə almağı beynəlxalq aktorların işinə yarayır. Faktiki olaraq Fransa rəhbərliyi altında Avropa İttifaqı missiyası altındakı casus şəbəkəsi Zəngilanda Azərbaycan sərhədçisinə qarşı törədilən təxribata adekvat reaksiya vermədi. Eyni zamanda özünün fəaliyyət missiyasını göstərmiş oldu. Həmçinin bir daha aydın oldu ki, Ermənistan kimi bir dövlətlə normal şəkildə sülh şəraitində yaşamaq hələki qeyri-mümkün kimi görünür".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1065   Tarix: 13 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İranın təhdidləri ABŞ-ni qorxutdu: Diplomatlar təcili təxliyə olunurlar

ABŞ hökuməti İran tərəfindən gözlənilən hücum xəbərdarlıqları fonunda Yaxın Şərqdə yerləşən bəzi nümayəndəliklərindən diplomatları və onların ailə üzvlərini təcili şəkildə təxliyə etməyə başlayıb. xəbər verir ki, bu barədə məlumatı mənbələrə istinadən CNN telekanalı yayıb. "Təxliyə prosesi məyusedic

25.10.2026 213
.

Robert Koçaryanın həbs müddəti daha iki ay uzadıldı

İrəvandakı Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryanın həbs müddətini daha iki ay uzadıb. Qərar saatlarla davam edən məhkəmə iclasından sonra elan olunub. Ermənistan KİV-ə istinadən xəbər verir ki, məhkəmənin hakimi Vardges Stepanyan prokuror Tsovak Mnatsakanyanı

25.10.2026 203
.

İtkin düşən iki uşaq anasının meyiti evindəki soyuducuda tapıldı

Argentinada 24 yaşlı iki uşaq anasının meyiti yaşadığı evdə soyuducudan tapılıb. Qadının qətlində şübhəli bilinən 37 yaşlı sevgilisi saxlanılıb. xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı Kamila Belen İqlesias oktyabrın 2-də itkin düşüb. Bir neçə gün ondan xəbər ala bilməyən ailə üzvləri polis

25.10.2026 225
.

Eboladan ölənlərin sayı 4 757 nəfərə yüksəlib

Konqoda Ebola qızdırmasına yoluxma hallarının təsdiqlənmiş sayı 9 816-ya yüksəlib. "Report"un məlumatına görə, bu barədə ölkənin Kommunikasiyalar və KİV Nazirliyinin məlumatında deyilir. "Cavab tədbirləri ölkənin 8 əyalətində və 66 tibbi rayonunda davam etdirilir. Artıq 9 816 təsdiqlənmi

25.10.2026 188
.

BƏƏ-də neft çirklənməsi təhlükəsinə görə çimərlik bağlanıb

BƏƏ-nin Şarca əmirliyinin rəhbərliyi ölkə sahillərində neft sızması barədə məlumatlar fonunda Əl-Həmriyə çimərliyini müvəqqəti bağlayıb. "Report" xəbər verir ki, bu barədə əmirlik hökumətinin məlumatında deyilir. Qeyd olunub ki, qərar sahil zolağının neft məhsulları ilə mümkün çirklənməsini

25.10.2026 202
.

Kartdan-karta pul köçürənlərə VACİB XƏBƏR

Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqqı tarifləri təsdiqlənib. Tariflərə əsasən, bəzi hesablaşma sistemləri üzrə xidmət haqlarının yuxarı həddi azaldılıb, Ani Ödənişlər Sistemi üzrə isə daha aşağı tariflər müəyyən edilib. Bankın Ödəniş xidmətləri və ödəniş sistemlərini

25.10.2026 298
.

Atasının dəfnində məzara yıxılıb öldü

Braziliyada 48 yaşlı kişi atasının dəfn mərasimi zamanı faciəvi şəkildə ölüb. xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Espiritu-Santu ştatının Linhares şəhərində yerləşən San-Joze bələdiyyə qəbiristanlığında qeydə alınıb. Məlumata görə, 48 yaşlı Adilson Marsaro atasının dəfn mərasimində iştira

25.10.2026 229
.

Gürcüstanda məktəbə hücum planlaşdıran yeniyetmələr saxlanılıb

Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbə silahla hücum etməyi planlaşdıran iki yeniyetməni saxlayıblar. "Report" xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb. Prokurorluğun məlumatına görə, saxlanılanlar aprel və mayda sosial şəbəkədə tanış olubla

25.10.2026 159
.

Azərbaycan kakao ixracından qazancını 28 %-dən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 106 milyon 057 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan həmçini

25.10.2026 188
.