Zamirə ilə "Space TV"nin məhkəməsi bitdi

Zamirə ilə "Space TV"nin məhkəməsi bitdi"Bu da son. "Space TV" ilə bağlı məhkəmə prosesi bitti. Kaş ki, bunlar yaşanmazdı, insanın ayağının altını qazıb pislik edənlər olmazdı və hər kəs öz işi ilə məşğul olmağı öyrənərdi. Kaş ki, kişi kimi adamın üzünə səninlə bağlı verəcəkləri qərarları deyən olardı və arxadan iş cevirməzdilər. Allah hec kimi utandırmasın".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Zamirə Dadaşova "Space TV" ilə yaşadığı qalmaqalla bağlı paylaşımında yazıb. O bildirib ki, məhkəmə prosessi başa çatıb:

"Allah hec kimin başını əyməsin. Allah hec kimi gülünc vəziyyətə salmasın. Əslində insanın düşməni özüdür. Nə edirsə özü özünə edir. Bu gün özümü xoşbəxt hiss edirəm. Çünki bu mübarizədə başı dik, qürurlu, sağlam mübarizə aparan mən oldum. Atdıqları ləkə mənə yapışmadı. Geri döndü".

Aparıcı bildirib ki, məhkəmədə ona şər atılıb:

"Çox şey edərdim. İşdən çıxmağımla bağlı iki əmr var əlimdə. Mənə bildiriş göndərməkləri ilə bağlı qəbzin əsli tapılmır. Vəkilin sorğularına rəğmən tapılmadı o qəbz. Çünki bildiriş göndərməyiblər. Məhkəməyə isə qəbz təqdim olunub. Qeyri-iş günü işə gəlməməyimlə bağlı akt tərtib ediblər və ona əsasən işdən çıxarıblarmış məni. Qurban olsunlar Sənubər xanıma. Tanımasam da o qadını məhkəmədə düşdüyü duruma, suallara verdiyi cavablarında düşdüyü vəziyyətə görə acıdım o qadına. O da özü günahkardır. Kaş ki, etməzdi etdiklərini. İşdən gedərdi, amma bir qadına bu qədər saxta oyun qurmazdı. Batdıqca batdılar. Allah hər kəsin günahını bağışlasın. Mən hər günahı bağışlaya bilmirəm. Mən bağışlamasam Allah da bağışlamaz düşünürəm.

Məhşur bir filmimizdəki sualı mən sizə verirəm. İndi siz deyin, onu bağışlamaq olarmı? "Space TV"də işə davam, yoxsa tamam?".

Qeyd edək ki, Zamirə sözügedən kanalda heç bir xəbərdarlıq edilmədən işdən çıxarıldığını, daha sonra isə əmək kitabçasının ona verilmədiyini bildirmişdi. Zamirə Dadaşova "Space TV"nin rəhbəri Vado Korovi məhkəməyə vermişdi. Aparıcı daha sonra məhkəmədə qalib gəldiyini açıqlamışdı.

"Məhkəmənin qərarı ilə Space MMC də işə bərpa olunmalı, işə bərpa olunan günə qədər bütün əməkhaqqım ödənilməli və vəkilə ödədiyim rüsumu da cavabdeh ödəməlidir. Sənədlərdə o qədər yanlışlıqlara yol veriblər ki, gördükcə şoka düşürəm" deyə, Zamirə açıqlamasında bildirib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1195   Tarix: 13 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Deputatın oğlunun həbsi ilə bağlı material Apellyasiya Məhkəməsinə göndərildi - YENİLƏNİB+VİDEO

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı iş üzrə təqsirləndirilən digər şəxs - deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı material Bakı Apellyasiya Məhkəməsinə göndərilib. BİG.AZ "Report"a istinadən xəbər verir ki, buna səbə

25.10.2026 400
.

Rusiyada ana müharibədə ölən ərinin sığorta puluna görə doğma qızını qaçırtdı

Başqırdıstanda (Rusiya) 18 yaşlı doğma qızını qaçırmaqda təqsirləndirilən 43 yaşlı qadın və onun əlbir olduğu 32 yaşlı şəxs həbs ediliblər. xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsindən məlumat verilib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə oktyabrın 15-i axşam saatlarında Sterlitamakd

25.10.2026 251
.

Eboladan ölənlərin sayı 4 757 nəfərə yüksəlib

Konqoda Ebola qızdırmasına yoluxma hallarının təsdiqlənmiş sayı 9 816-ya yüksəlib. "Report"un məlumatına görə, bu barədə ölkənin Kommunikasiyalar və KİV Nazirliyinin məlumatında deyilir. "Cavab tədbirləri ölkənin 8 əyalətində və 66 tibbi rayonunda davam etdirilir. Artıq 9 816 təsdiqlənmi

25.10.2026 188
.

Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 18 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 3 milyard 537,2 milyon manat​​​​​ vəsait yönəldilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünə nisbətən 18,3 % çoxdur. Hesabat dövründə xarici investisiyaları

25.10.2026 195
.

İrana qarşı zərbələr ABŞ-də siyasi böhrana səbəb oldu: Heqset hədəfdə

Pentaqon rəhbəri Pit Heqset ABŞ-də keçiriləcək aralıq seçkidə Demokratlar Partiyası qələbə qazanacağı təqdirdə diqqət mərkəzində olacaq şəxslərdən biri ola bilər. xəbər verir ki, bu barədə "Foreign Policy" nəşri ABŞ Nümayəndələr Palatasının Demokratlar Partiyasından olan üzvü Mayk Levinə istinadə

25.10.2026 199
.

İranın təhdidləri ABŞ-ni qorxutdu: Diplomatlar təcili təxliyə olunurlar

ABŞ hökuməti İran tərəfindən gözlənilən hücum xəbərdarlıqları fonunda Yaxın Şərqdə yerləşən bəzi nümayəndəliklərindən diplomatları və onların ailə üzvlərini təcili şəkildə təxliyə etməyə başlayıb. xəbər verir ki, bu barədə məlumatı mənbələrə istinadən CNN telekanalı yayıb. "Təxliyə prosesi məyusedic

25.10.2026 213
.

Azərbaycanda 9 ayda kolbasa istehsalı 9 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 25 min 216,5 ton kolbasa məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin göstəricisi ilə müqayisədə 9,1 % çoxdur. Bu ilin oktyabr ayının 1-nə ölkədə 19,5 ton hazır məhsul ehtiyatı yaranı

25.10.2026 202
.

Makron Paris yaxınlığındakı atışmanı irqçilik zəminində törədilən ilk terror aktı adlandırıb

Fransa Prezidenti Emmanuel Makron Parisin cənub-qərbindəki Trapp şəhərində baş verən atışmanı ölkə tarixində irqi və dini nifrət zəminində əvvəlcədən planlaşdırılmış ilk terror aktı adlandırıb. "Report"un "Agence France-Presse" (AFP) agentliyinə istinadən məlumatına görə, Fransa lider

25.10.2026 198
.

Türkiyədə narkotik əməliyyatında külli miqdarda narkotik və pul müsadirə edildi

Türkiyənin Bursa və İstanbul şəhərlərində keçirilən birgə narkotik əməliyyatı zamanı 17 şübhəli həbs edilib. "Haber Global"a istinadən xəbər verir ki, əməliyyat zamanı külli miqdarda narkotik vasitə, eləcə də cinayət yolu ilə əldə edildiyi ehtimal olunan 583 800 Türkiyə lirəsi müsadirə olunub

25.10.2026 174
.