Azərbaycanda bu şəxslərin pensiya yaşı azaldıldı
"Nazirlər Kabineti "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"na dəyişiklik edib. Yeni dəyişikliklər ilə güzəştli şərtlər ilə pensiyaya çıxma hüququ olan vətəndaşların siyahısı genişləndirilib".
Bunu millət vəkili Vüqar Bayramov bildirib.
Deputat əlavə edib ki, neft mədənlərində, neftin saxlanılması və ötürülməsi sahəsində nəzarət-ölçü cihazları və avtomatika qurğularının təmiri və xidməti işləri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər, əsas istehsalat sahələrində neft-mədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olan təmirçi çilingərlər, əmtəə operatorları, nasos qurğularının maşinistləri, dəniz özüllərində, estakadalarda stasionar kranların kran maşinistləri, qazın yığılması üzrə operatorlar, qazpaylayıcı stansiyanın operatorları daha tez pensiyaya çıxa biləcəklər:
"Daha erkən pensiyaya çıxmaq hüququna malik olan vətəndaşlarımızın sayının artırılması müsbət haldır. Çünki iş rejimindən asılı olaraq onların sosial müdafiəsinin daha gücləndirilməsi vacibdir. Bu baxımdan, Nazirlər Kabineti tərəfindən həmin siyahının mütəmadi yeniləşdirilməsi vacibdir.
Digər tərəfdən, uşaqların sayına görə qadınların pensiya yaşının mütənasib azaldılması da məqsədəuyğundur. Belə hüququn 5 uşağı deyil, 3 və daha artıq övladları olan qadınlara şamil olunması daha məqsədəuyğun olardı. Bu həmin vətəndaşlarımızın sosial təminatının daha da gücləndirilməsinə xidmət edərdi".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1225 Tarix: 13 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gələn ildən pensiya yaşı artırılır
Gələn ildən qadınların pensiya yaşı artırılır. "mətbuat.az"a istinadla xəbər verir ki, 2026-cı ilin 1 iyul tarixindən etibarən qadınlar üçün pensiya yaşı 6 ay artırılacaq. Qanunvericiliyə əsasən, həmin tarixdən qadınların pensiya yaşı 64 il 6 aydan 65 yaşa qaldırılacaq. Bu artım prosesin sonunc
19.12.2025 411 Pişiyinizə qətiyyən bunları verməyin
Baytarlar heyvanları insanlara aid dərmanlarla müalicə etməməyə çağırırlar. xarici KİV-ə istinadla bildirir ki, avstraliyalı baytar həkim, Bondi Vet kimi televiziya şoularındakı çıxışları ilə tanınan doktor Liza Çayms ev heyvanı sahibləri üçün vacib tövsiyələrini bölüşüb. O vurğulayıb ki, pişiklərə he
19.12.2025 234 Meyxanaçı Kərim dəfn edildi
Ötən gün 61 yaşında vəfat edən meyxanaçı Ağakırim (Kərim Novruzov) Maştağada dəfn edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onun nəşi Maştağa kəndində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb. Dəfn mərasimində meyxanaçının sənət dostları, yaxınları iştirak edib. Xatırladaq ki, 2017-c
12:36 114 Gümüş yüksəliş tendensiyasını davam etdirir: İlk dəfə olaraq 67 dollardan yuxarı qalxdı
Gümüş bu il 133 faiz dəyər qazanaraq onu ən yaxşı performans göstərən qiymətli metallardan biri edib. BİG.AZ Euronews-a istinadən xəbər verir ki, gümüş qiymətləri yüksəliş tendensiyasını davam etdirərək ilk dəfə olaraq bir unsiya üçün 67 dolları keçib. Təchizat qıtlığı, tariflərlə bağlı qeyri-müəyyənli
11:41 106 Qoşqar Təhməzlinin təsis etdiyi şirkətə 865 min manatlıq sifariş
İnnovasiya və Təchizat Mərkəzi "Medeks" şirkəti ilə satınalma müqaviləsi imzalayıb. Qaynarinfo-nun məlumatına görə, müqavilədə tibbi sərf mallarının satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 865 346,51 manatdır. İqtisadiyyat Nazirliyi yanından Dövlət Vergi Xidmətinin reyest
11:21 123 Zidanın "Real"a qayıtmamasının səbəbi
Fransalı məşqçi Zinəddin Zidan, mümkün qayıdış şayiələrinə baxmayaraq, "Real"a qayıtmayacaq. Əvvəllər hazırkı baş məşqçi Xabi Alonsonun "Real"dan qovulmaq üzrə olduğu bildirilirdi. 2021-ci ildə "Real"dan ayrıldıqdan sonra məşqçilik etməyən Zidan, onun yerinə əsas namizə
19.12.2025 269 Evdə elə bir yer var ki... bir neçə dəqiqəyə stressi azaldır
Evdə bir neçə dəqiqə ərzində sakitləşdirən və rahatladan bir məkan mövcuddur. Bu barədə məlumat verir:. Evdə sakitlik guşəsi nədir?. Sakitlik guşəsi evdə istirahət və bərpa üçün xüsusi ayrılmış məkandır. Bu zona stress səviyyəsini azaltmağa, diqqəti toplamağa və daxili tarazlığı bərpa etməyə kömək edir
19.12.2025 262 Röyanın oğlu bu universitetə daxil oldu
Tribunainfo xəbər verir ki, xalq artisti Aygün Kazımova həmkarı Röya Ayxanla bağlı sevindirici xəbəri ictimaiyyətlə bölüşüb. Pop kraliça açıqlamasında Röya Ayxanın oğlu Hüseynin İngiltərədə universitetə qəbul olunduğunu bildirib. A.Kazımova qeyd edib ki, Röya bu xoş xəbəri ona şəxsən zəng edərək çatdırı
19.12.2025 489 Newsweek: "ABŞ Ukraynanı qurban verdi"
Newsweek yazır ki, ABŞ-ın Ukrayna siyasəti Vaşinqtonun qlobal maraqları çərçivəsində formalaşır. BİG.AZ Newsweek-ə istinadən xəbər verir ki, jurnalın analitik materialında bu yanaşmanın Ukraynanın təhlükəsizlik və siyasi maraqlarını arxa plana keçirdiyi, Kiyevin isə böyük güclər arasındakı balansda riskl
19.12.2025 210