Azərbaycandan Həcc ziyarətinə səfərin VAXTI AÇIQLANIB
Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb.
BiG.AZ xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri APA-ya açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, Həcc ziyarəti iyun ayında baş tutacaq:
"Ziyarətə iyun ayının əvvəlindən başlanılması, həmin ayın sonunda isə zəvvarların geri dönməsi planlaşdırılıb".
Qeyd edək ki, bu gündən Həcc ziyarəti üçün sənəd qəbuluna başlanılıb. Sənədlərin qəbulu iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.
Ziyarət üçün tələb olunan sənədlər ümumvətəndaş pasportu, şəxsiyyət vəsiqəsinin surəti, 3,5 sm x 4,5 sm ölçüdə iki ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda) və sağlamlıq haqqında arayışdır.
Qeyd edək ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 850 ABŞ dolları (9 945 manat) təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.
Xatırladaq ki, Həcc ziyarəti Qurban bayramı ərəfəsində olur. Bu il Azərbaycanda Qurban bayramı iyunun 16-17-də qeyd ediləcək.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 693 Tarix: 12 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPensiya alanlara ŞAD XƏBƏR: İyul ayının...
Dövlət Sosial Müdafiə Fondu respublika üzrə iyul ayının pensiya ödənişini yekunlaşdırıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, iyulun 14-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, bu gün isə ölkəmizin bölgələri üzrə iyul ayının pensiyaları
16:35 185 Azərbaycan alma ixracından gəlirini 10 %-ə yaxın artırıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycan 47 min 867 ton alma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə almanın dəyəri 38 milyon 948 min ABŞ dolları olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 2 min 753,82 ton (5,4 %) az, dəyər baxımında
22:45 32 Bakıda iməcilik keçirildi - Fotolar
Yay mövsümündə Bakı şəhərinin sanitar-təmizlik səviyyəsinin daha da yüksəldilməsi məqsədilə iyulun 25-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda növbəti daxili iməclik keçirilib. xəbər verir ki, iməcilik zamanı şəhər mərkəzindəki prospekt və küçələrlə yanaşı paytaxt qəsəbələrinin də küçələr
13:55 192 Ailəsinin bütün pulunu plastik əməliyyata xərcləyən Sara prosedur zamanı ÖLDÜ
Kolumbiyada bir qadın ailəsinin illərlə topladığı bütün vəsaiti plastik əməliyyata xərclədikdən sonra əməliyyat zamanı vəfat edib. bu barədə "Need to Know" nəşrinə istinadən xəbər verir. Məlumata görə, Kolumbiyanın 31 yaşlı sakini Sara Milena Eçeverriya Alsendra əməliyyat otağına daxil olduqda
15:00 277 Sabah 41°-dək isti olacaq
İyulun 26-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-26 isti, gündüz 35-39, bəzi yerlərdə 40-yə yaxın isti olacaq
12:45 217 Azərbaycanda MƏŞHUR HƏBSXANA RƏİSİ vəfat etdi - FOTO
Uzun illər ədliyyə orqanlarında çalışmış Elxan Sadıqov vəfat edib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, təqaüddə olan ədliyyə polkovniki ötən gün 73 yaşında dünyasını dəyişib. Qeyd edək ki, E.Sadıqov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində müxtəlif vəzifələrdə çalışıb. 20 il
20:45 154 İsti hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına XƏBƏRDARLIQ
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) iyulun 25-29-da Azərbaycanda gözlənilən isti hava şəraiti ilə əlaqədar sürücüləri daha diqqətli olmağa, səhhətlərini və nəqliyyat vasitələrinin texniki vəziyyətini nəzərə alaraq hərəkət etməyə çağırıb. xəbər verir ki, bu barədə İdarə məlumat yayıb. Qeyd olunub ki
22:00 87 "Zolotaya Korona" ilə Azərbaycana pul köçürülməsi - Dayandırıldı
Hazırda Rusiyanın "Zolotaya Korona" ödəniş sistemi vasitəsilə Azərbaycan, Ermənistan, Gürcüstan və Qazaxıstana pul köçürmələri əlçatan deyil. "Qafqazinfo" xəbər verir ki, rəsmi saytda Rusiyadan onlayn pul köçürülməsi mümkün olan ölkələr arasında yalnız Özbəkistan, Türkiyə və Qırğızısta
11:38 252 "WhatsApp"da yeni funksiyalar
"WhatsApp" istifadəçilərin gündəlik həyatını asanlaşdırmaq məqsədilə yeni funksiyalar paketini istifadəyə verib. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, yeniliklər istifadəçilərə müxtəlif platformalarda ünsiyyəti daha rahat və fasiləsiz davam etdirməyə imkan yaradacaq
11:34 236