Güney Azərbaycanda yeni həbslər: İran rejiminin məqsədi nədir? - VİDEO
Son günlər İran təhlükəsizlik orqanları tərəfindən Güney Azərbaycan milli fəallarının həbs edilməsi ilə bağlı xəbərlər yayılmaqdadır.
"Azad İran" "YouTube" kanalında yayımlanan süjetdə qeyd olunur ki, müşahidəçilər bu prosesi Güney Azərbaycanda milli fəalların kütləvi həbsinin ikinci dalğası adlandırırlar.
Həbslərin birinci dalğası ötən ilin payız aylarında baş verib. Əsasən İran Kəşfiyyat Nazirliyi, yəni "Ettelaat" tərəfindən həyata keçirilən bu repressiyada milli fəallardan Armita Pavir, Röya Zakiri, Mürtəza Nurməhəmmədi, Davud Şiri, Əli Babayi, Əmirhüseyn Ağayi, Məhəmmədrza Müvəhhid, Hüseyn Azadi, Nasir Rəzmcu, Yürüş Mehrəlibəyli, İbrahim Rəşidi və bir çox digərləri Tehran, Təbriz, Ərdəbil, Meşkinşəhr, Sufiyan, Gərgər şəhərlərində saxlanıblar.
Birinci dalğada tutulanların bəziləri sonradan azadlığa buraxılsa da, Güney Azərbaycan milli hərəkatının Yürüş Mehrəlibəyli və İbrahim Rəşidi Savalan kimi önəmli simaları hələ də həbsdə saxlanmaqdadır.
Qeyd edək ki, İran rejiminin ölkədə yaşayan xalqların milli-mədəni haqlarını tələb edən fəallara qarşı amansız davranışı yeni məsələ deyildir. İran İnsan Haqları Fəalları Təşkilatının hesabatına görə, təkcə 2023-cü ildə etnik hüquqları müdafiə edən 324 nəfər İran təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub. Lakin son vaxtlar rejimin daha çox Güney Azərbaycan milli fəallarına fokuslanması diqqəti çəkir ki, bu da, əlbəttə, səbəbsiz deyildir. Yayılan hesabatlara görə, fevralın 5-dən başlayaraq üç gün ərzində azı 11 azərbaycanlı fəal müxtəlif şəhərlərdə heç bir izahat verilmədən rejim təmsilçiləri tərəfindən saxlanılıb.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 899 Tarix: 10 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTramp saxta addan istifadəyə görə konqresmeni istefaya çağırdı
ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasından olan konqresmen İlhan Omardan dərhal istefa verməsini tələb edib. xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib. "Konqresdə and içərkən saxta addan istifadə etdiyinə görə hesab edirəm ki, o, dərha
25.10.2026 195 Latviya ərazisində PUA qalıqları aşkarlanıb
Latviyanın Aluksne diyarının Liepna volostunda pilotsuz uçuş aparatının (PUA) qalıqları aşkarlanıb. "Report" xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin sosial şəbəkələrdə yaydığı məlumatda deyilir. "Oktyabrın 18-də Latviyanın hava məkanına daxil olduğu ehtimal edilən xaric
25.10.2026 210 Polşa ABŞ-nin nüvə çəkindirmə proqramına qoşulmaq niyyətindədir
Polşa NATO çərçivəsində Amerikanın nüvə silahından birgə istifadə proqramına qoşulmağa çalışır və eyni zamanda bu sahədə əməkdaşlıq barədə Fransa ilə danışıqlar aparır. "Report"un Polşanın "WNP.pl portalına istinadən məlumatına görə, bunu Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamı
25.10.2026 200 Azərbaycanda 9 ayda kolbasa istehsalı 9 %-dən çox artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 25 min 216,5 ton kolbasa məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin göstəricisi ilə müqayisədə 9,1 % çoxdur. Bu ilin oktyabr ayının 1-nə ölkədə 19,5 ton hazır məhsul ehtiyatı yaranı
25.10.2026 202 Hörmüz boğazı uğrunda mübarizə: Trampdan diqqətçəkən bəyanat
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının tamamilə ABŞ-nin nəzarətində olduğunu və belə də qalacağını bildirib. xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının gedişini şərh edərkən bu fikirləri səsləndirib. "İran hazırda, demək ola
25.10.2026 200 Robert Koçaryanın həbs müddəti daha iki ay uzadıldı
İrəvandakı Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryanın həbs müddətini daha iki ay uzadıb. Qərar saatlarla davam edən məhkəmə iclasından sonra elan olunub. Ermənistan KİV-ə istinadən xəbər verir ki, məhkəmənin hakimi Vardges Stepanyan prokuror Tsovak Mnatsakanyanı
25.10.2026 203 "Axios": Tramp administrasiyası Netanyahunun fəaliyyətindən narazıdır
ABŞ Prezidenti Donald Trampın administrasiyasındakı bəzi müşavirlər hesab edirlər ki, İsrailin Baş naziri Benyamin Netanyahu və onun ifrat sağçı koalisiya tərəfdaşlarının hökumətdə təmsil olunmadığı yeni hökumətlə Vaşinqtonun Yaxın Şərq siyasətini həyata keçirməsi daha asan ola bilər. "Report"
25.10.2026 193 Azərbaycan tütün ixracından qazancını 42 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 11,498 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 16,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan 61,15 milyo
25.10.2026 192 İlon Mask: Ukrayna "Starlink"dən istifadə qaydalarını pozub
Ukrayna hərbçiləri "Starlink" peyk rabitə sisteminin istifadə şərtlərini pozub və ondan insanları öldürməyə yönəlmiş dron hücumlarını həyata keçirmək üçün istifadə edib. "Report"un məlumatına görə, "SpaceX"in rəhbəri İlon Mask bu barədə "X" sosial şəbəkəsində yazıb
25.10.2026 193