"Avtomobili 130-140-la sürürmüş…" - Zaqataladakı qəzanın təfərrüatı
Məlum olduğu kimi, dünən Zaqatala rayonu Göyəm kəndində baş verən ağır yol qəzasında 2 məktəbli ölüb, biri isə ağır yaralanıb.
BiG.AZ xəbər verir ki, kəndin icra nümayəndəsi Cuma Qurbanov Azvision.az-a açıqlamasında qəzanın məktəbdən 1 km aralıda, şagirdlərin evinin yaxınlığında baş verdiyini bildirib.
O qeyd edib ki, şagirdlər 5-ci sinifdə oxuyurmuş: "Kənd yolu 6 metr enindədir, hadisə olan yuxarı tərəfdə isə yol 20 metrə qədər genişlənir. Şagirdlər səki ilə hərəkət edirmişlər. Məktəb də evə yaxındır. Yəni bizim kənd yolu təhlükəli deyil, əvvəllər belə olmayıb. Deyilənə görə, sürücü avtomobili 130-140 km/saat sürətlə sürürmüş, uşaqların yanında idarəetməni itirib və onları vurub".
İcra nümayəndəsinin sözlərinə görə, şagirdləri vuran şəxs "qatil Emin" ləqəbi ilə tanınır: "Deyəsən, əvvəllər cinayət törədib, həbsdə yatıb, ona görə belə adlandırılır. O, kənd sakini deyil, Zaqatala şəhərinin Qaqarin küçəsindəndir".
Qeyd edək ki, dünən Zaqatala rayonu Göyəm kəndində "Mercedes" markalı minik avtomobili yol kənarı ilə gedən 2013-cü il təvəllüdlü 3 məktəblini vurub. Göyəm kənd orta məktəbinin şagirdləri olan məktəblilərdən Ramazan Babək oğlu İsayev və Kamal Elçin oğlu Permadov qəzanın baş verdiyi yerdə ölüblər. İbrahim Əziz oğlu İbrahimzadə isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onların hamısı eyni sinfin şagirdi olub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1061 Tarix: 09 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBəzi insanlar yaşlandıqca daha mehriban, digərləri daha sərt olurlar - SƏBƏBİ
Psixoloqlar insanların həyat təcrübəsini necə qəbul etdiyini araşdıraraq maraqlı nəticəyə gəliblər. Məlum olub ki, yaş artdıqca insanların daha mehriban və ya daha sərt olmasının əsas səbəbi onların xarakteri deyil, keçmişdə yaşadıqları itkiləri necə dəyərləndirməsidir. xarici mediaya istinadla xəbə
06.05.2026 174 Milyarder və oğlunun qalıqları ayaqqabı qutularında qaytarıldı
2023-cü ilin iyununda dünyanı sarsıdan faciə həlak olanlardan birinin ailəsi üçün yeni bir zərbə ilə nəticələnib. xarici KİV-ə istinadla bildirir ki, Atlantik okeanında məhv olan "Titan" sualtı aparatının göyərtəsində olan pakistanlı milyarder Şahzadə Davudun dul həyat yoldaşı Kristina Davu
06.05.2026 227 Ukrayna Rusiyanın Kiyevin başlatdığı atəşkəsi pozduğunu iddia edir
Ukrayna Rusiyanı çərşənbə axşamı gecə yarısı Prezident Vladimir Zelenskinin başlatdığı atəşkəsi pozmaqda günahlandırdı. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, rəsmilər ölkənin şimal və şərqindəki bölgələrdə bir nəfərin öldüyünü və üç nəfərin yaralandığını bildirdilər. Ukraynanın xarici işlər nazir
06.05.2026 198 Qan qrupunuz düşündüyünüzdən fərqli ola bilər: gizli "açar" aşkar edildi
Bu məlumatların yeni DNT-çiplərinin yaradılmasında istifadə olunması planlaşdırılır. İsveçdə yerləşən Lund University mütəxəssisləri transfuziologiya sahəsində mühüm irəliləyiş əldə edərək standart qan qrupu testlərinin niyə bəzən səhv nəticə verə bildiyini izah ediblər. xarici mediaya istinadən xəbə
06.05.2026 212 "Son iki ildə inhisarçılıq dahada güclənib" - vəkil Əkrəm Həsənovla MÜSAHİBƏ
Son iki ildə inhisarçılıq dahada güclənib. Səbəb odur ki, nədənsə Rəqabət Məcəlləsi çox gec qəbul olundu. Deməli kimlərsə maraqlı idiki bu məcəllə gec qəbul olunsun". Bu sözləri BİG.AZ-a müsahibəsində vəkil Əkrəm Həsənov bildirib. Müsahibənin tam versiyasını aşağıdan izləyə bilərsiniz:. Müəllif
06.05.2026 407 Şəhid atası vəfat etdi
Vətən müharibəsi şəhidi Nemət Məmmədovun atası Faxrəddin Məmmədov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, mərhumun bir müddət imiş ki, səhhəti ilə bağlı problemləri ortaya çıxıbmış. Məlumat üçün bildirək ki, Vətən müharibəsi şəhidi Nemət Məmmədov Cəbrayıl və Qubadlının azad olunması istiqamətind
06.05.2026 162 Qız qaçırmaq istəyərkən dava düşdü - 4 yaralı var
Gəncə şəhərində kütləvi dava olub. "Qafqazinfo" xəbər verir ki, hadisə zamanı 2012-ci il təvəllüdlü R. İ, 1984-cü il təvəllüdlü Samirə Hüseynova, 1985-ci il təvəllüdlü Aynurə İsmayılova xəsarət alıblar. 2003-cü il təvəllüdlü İsbi Əhmədov isə bıçaq yarası alıb. İlkin ehtimala görə, insiden
06.05.2026 195 Üç nəhəng bənd və süni göl: Səudiyyə Ərəbistanı imkansızı yaradır
Səudiyyə Ərəbistanı "Vision 2030" strategiyası çərçivəsində ölkəni qlobal turizm və innovasiya mərkəzinə çevirməyə davam edir. Bu planın ən iddialı hissələrindən biri NEOM adlı futuristik meqapolis layihəsidir. Onun daxilində yerləşən Trojena adlı dağ kompleksi bütün il boyu dağ turizmi təqdi
06.05.2026 139 Livandan gələn pilotsuz təyyarə İsrailin şimalına düşdü
İsrail Müdafiə Qüvvələri bildirib ki, çərşənbə günü Livandan gələn pilotsuz təyyarə Livan sərhədi yaxınlığında, İsrailin şimalına düşüb. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, hərbçilər bildirib ki, xəsarət alan olmayıb və hadisənin atəşkəsin daha bir pozulması olduğunu bildirib. Müəllif
06.05.2026 200