Şəhid anasını oğlunun sağ olmasına inandırıb 4 min manatını alan şəxslərə hökm oxunub
Şəhid anasına və digər şəxslərə qarşı dələduzluqda ittiham edilən Nuranə Orucova və Sabrina Süleymanovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
BiG.AZ apa-ya istinadən xəbər verir ki, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.
Dövlət ittihamçısı Samir Məmmədov təqsirləndirilən şəxslərin dəymiş ziyanı ödədiklərini nəzərə alaraq cinayət məsuliyyətindən azad olnmalarını istəyib.
Daha sonra prosesdə hökm elan olunub. Hökmə əsasən, təqsirləndirilən Nuranə Orucova barəsində polis nəzarətində olma qətimkan tədbiri ləğv olunub, cinayət işinə xitam verilib. Məhkəmə ona 2000 manat məbləğində cərimə tətbiq edib, cərimənin 6 ay ərzində ödənməli olması haqda qərar çıxarılıb.
Sabrina Süleymanova barəsində olan cinayət işinə də xitam verilib.
Qeyd edək ki, ötən prosesdə təqsirləndirilənlərin zərərçəkmişlərə vurulan zərəri tam ödədikləri açıqlanıb və bu barədə qəbz məhkəməyə təqdim edilib. Dəymiş ziyan tam ödənildiyi üçün zərərçəkmişlər təqsirləndirilənlərdən şikayətçi olmadıqlarını deyiblər və barışıq ərizəsi məhkəməyə təqdim edilib.
Xatırladaq ki, hüquq-mühafizə orqanlarına daxil olan şikayətlər əsasında aparılan araşdırmalar zamanı məlum olub ki, Xaçmaz rayon sakini Nuranə Orucova həmkəndlisi Sabrina Süleymanova ilə əlbir olaraq müxtəlif şəxsləri məktəbdə işə düzəldəcəyinə dair vədlər verib. Bunun qarşılığında isə onlardan müxtəlif məbləğlərdə pul alıb. Onlar vətəndaşlara qarşı ümumilikdə 20 min manat məbləğində dələduzluq etməkdə təqsirli bilinirlər.
N.Orucova və Sabrina Süleymanova şəhid anası Zabilə Musayevaya qarşı da dələduzluqda ittiham olunurlar. N.Orucova Vətən müharibəsində şəhid olan Əliheydər Hüseynlinin anasına zəng edib özünü Müdafiə Nazirliyinin vəzifəli şəxsi kimi təqdim edərək onu inandırıb ki, oğlu sağdır və əsirlikdədir. N.Orucova Əliheydərin sağ-salamat gələcəyini vəd verməklə Z.Musayevadan 4000 manat pul alıb.
Təqsirləndirilən şəxslər istintaq müddətində vətəndaşlara vurduqları ziyanın 12 min manatını ödəyiblər.
Əliheydər Hüseynli Vətən Müharibəsində Füzuli, Xocavənd, Cəbrayıl və Qubadlının uğrunda gedən döyüşlərdə iştirak edib. O, Xocavənd rayonu ərazisində gedən döyüşlər zamanı həlak olub. Şəhid "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 568 Tarix: 08 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşElm sahəsinə əlavə milyonlar ayrılacaq
Azərbaycanda 2027-ci ildə dövlət büdcəsindən elm sahəsinə 257 milyon 920 min 835 manat ayrılması nəzərdə tutulur. Bu, 2026-cı ilin təsdiqlənmiş büdcəsindəki 229 milyon 498 min 838 manatlıq göstəricidən 28 milyon 421 min 997 manat və ya təxminən 12.4 faiz çoxdur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasını
25.10.2026 212 Ər-Riyada yönələn ballistik raket vurulub
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının hava hücumundan müdafiə qüvvələri Yəmən husiləri tərəfindən Ər-Riyad istiqamətində buraxılan ballistik raketi ələ keçirərək məhv edib. "Report"un "Arab News"a istinadən verdiyi məlumata görə, bu barədə koalisiyanın rəsm
25.10.2026 121 Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 18 %-dən çox artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 3 milyard 537,2 milyon manat vəsait yönəldilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünə nisbətən 18,3 % çoxdur. Hesabat dövründə xarici investisiyaları
25.10.2026 195 Polşa ABŞ hərbi bazasının tikintisinə 3,8 milyard dollar ayırmağı planlaşdırır
Polşa öz ərazisində daimi ABŞ hərbi bazasının tikintisinə təxminən 15 milyard zlotı (3,8 milyard dollar) sərmayə qoymaq niyyətindədir. "Report" "WNP.pl" portalına istinadən xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib. "Biz hazırıq
25.10.2026 258 Azərbaycanda bəzi mənzillər bahalaşacaq
Sovet dövründən qalma köhnə tikinti materiallarını və onların müvafiq qeyri-optimal standartlarını nəzərə alaraq, dekarbonizasiyaya nail olmaq üçün yüksək enerji səmərəliliyi standartlarına cavab verən yüksəkperformanslı izolyasiya materiallarının quraşdırılması tələb olunacaq. Belə ki, istilik təchizat
25.10.2026 248 Deputatın oğlunun həbsi ilə bağlı material Apellyasiya Məhkəməsinə göndərildi - YENİLƏNİB+VİDEO
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı iş üzrə təqsirləndirilən digər şəxs - deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı material Bakı Apellyasiya Məhkəməsinə göndərilib. BİG.AZ "Report"a istinadən xəbər verir ki, buna səbə
25.10.2026 400 Donald Tramp neft qiymətlərinin tezliklə aşağı düşəcəyini bildirib
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla hərbi münaqişə başa çatdıqdan sonra neft və benzinin qiymətləri kəskin şəkildə aşağı düşəcək. "Report" "KTIV" telekanalına istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri Ayova ştatında keçirilən mitinqdə bildirib. Trampın sözlərin
25.10.2026 198 Bağçalı: Türkiyə və Azərbaycanın bir-birinə güvəninin qorunması türk dünyasının gələcəyi üçün önəmlidir
Türk dövlətləri arasındakı münasibətlər kənardan formalaşdırılacaq siyasi layihələrə, geosiyasi hesablamalara və ayırıcı planlara endirilə bilməyəcək qədər dərin tarixi zəminə malikdir. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalını
25.10.2026 202 Tramp saxta addan istifadəyə görə konqresmeni istefaya çağırdı
ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasından olan konqresmen İlhan Omardan dərhal istefa verməsini tələb edib. xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib. "Konqresdə and içərkən saxta addan istifadə etdiyinə görə hesab edirəm ki, o, dərha
25.10.2026 195