Tofiq Tağızadə çəkiliş meydançasında hansı aktyoru öldürmək istədi?

Tofiq Tağızadə çəkiliş meydançasında hansı aktyoru öldürmək istədi?"Görüş", "7 oğul istərəm", "Arşın mal alan", "Mən ki gözəl deyildim", "Bağ mövsümü", "Dədə Qorqud", "Uzaq sahillərdə", "Onun böyük urəyi", " Babamın babasının babası" və sair filmlərin rejissoru Tofiq Tagızadənin anadan olmasının 105 illiyidir. 40 ildən artıq müddətdə Azərbaycan kinosunun inkişafına mühüm töhfələr vermiş rejissor filmləri ilə həm kino tariximizdə, həm də tamaşaçı qəlbində iz qoyan sənətkarlardandır. O, təbiətən, iliyinəcən rejissor idi. Əsl rejissor qəribə olmalıdır. Onda da qəribəliklər var idi.

Tofiq Mehdiqulu oğlu Tağızadə 1919-cu il fevralın 7-də Bakıda anadan olub. 1938-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun Energetika fakültəsinə daxil olub. Üçüncü kursda könüllü olaraq müharibəyə gedib. 1942-ci ilin sonlarında Rostov yaxınlarında yaralanaraq geri dönüb. Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinorejissorluq fakültəsində təhsil aldıqdan sonra "Azərbaycanfilm" kinostudiyasında fəaliyyətə başlayıb. "TMT" adlı özəl studiyası fəaliyyət göstərib. Çeçenistanın Əməkdar incəsənət xadimi (1964), Əməkdar incəsənət xadimi (1960), Xalq artisti (1976) Tofiq Tağızadə 1998-ci ildə vəfat edib.

Lent.az "Ömrün bir anı" rubrikasında böyük rejissorun ömür yolundan maraqlı xatirəni paylaşır.

"7 oğul istərəm" filminin çəkilişləri zamanı kadrlardan biri heç cür yaxşı alınmır. Filmdə kəndçi roluna çəkilən Eldəniz Zeynalov damın üstünə çıxıb bayraq asarkən güllə ilə vurulmalı və ölüb yerə yıxılmalı idi. Lakin 20-25 dəfə təkrara baxmayaraq, səhnə alınmır. Eldəniz hər dəfə ya gülür, ya da zarafat edir. Bu hal rejissor Tofiq Tağızadəni nəhayət ki, özündən çıxarır. O, rejissor kamerasının arxasından durub Eldənizə yaxınlaşır. Yerə yıxılmış aktyorun boğazından yapışır və özünə xas ləhcəylə "Adə, öləcəksən sən ya yox. Öl qurtar da. Bu dublda da ölməsən özüm öldürəcəm" səni deyir.

Filmdə epizodik rollardan birinə çəkilən aktyor Fazil Salayev ona 7, atlara isə 27 manat qonorar yazıldığını eşidəndə özündən çıxır. Tofiq Tağızadəyə yaxınlaşır. Həmin an rejissor bərk əsəbiymiş. Bunu bilməyən Salayev deyir: "Tofiq müəllim, xahiş edirəm, məni filmdə at ştatına yazın. Onlar məndən çox pul alır".

Tofiq Tağızadə onun zarafatına yarı əsəbi halda cavab verir.

"Olar. Fazil, səni güllələnən atlardan biri kimi qeyd edirəm, ilk dublda səni də öldürəcəm".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 922   Tarix: 08 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pezeşkian İran hökumətinin qarşısında duran iki əsas vəzifəni açıqlayıb

İran hökumətinin ən mühüm vəzifəsi hərtərəfli müdafiəyə hazırlıqdır. "Report" xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian "X"dəki hesabında yazıb. "Bu gün hökumətin ən mühüm vəzifəsi hərtərəfli müdafiəyə zəruri hazırlıqla yanaşı, xalqın işlərinin təşkilidir" ,

10:50 201
.

XƏBƏRDARLIQ! Sabah güclü külək əsəcək, yağış yağacaq...

Martın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah cənub-qərb küləyi axşam mülayim şimal-qər

12:37 428
.

Kirayə müqaviləsi olmayanların NƏZƏRİNƏ

Son vaxtlar ölkə ərazisində kirayə mənzillərlə bağlı nəzarət tədbirləri gücləndirilib. Polis əməkdaşları mənzillərdə yaşayan şəxslərin yaşayış yeri üzrə qeydiyyatını və kirayə müqavilələrini yoxlayırlar. Sənədləri qaydasında olmayan şəxslərə qarşı inzibati cərimələr tətbiq edilir. xəbər verir ki, yoxlamala

11:20 246
.

Kuba ABŞ embarqolarına baxmayaraq, neft idxalını davam etdirmək niyyətindədir

Kuba Amerika Birləşmiş Ştatları (ABŞ) tərəfindən tətbiq edilən mövcud embarqo fonunda belə milli iqtisadiyyat üçün kritik rol oynayan neft idxalından imtina etmək niyyətində deyil. "Report"un EFE informasiya agentliyinə istinadən məlumatına görə, bu barədə cümə günü Kubanın dövlət başçısı Mige

10:40 182
.

İv Leterm: Müdafiə bu gün hərbi təcavüzdən daha baha başa gəlir

Dünyada müdafiənin dəyəri hərbi təcavüzün dəyərindən yüksək olub. "Report"un məlumatına görə, bunu Belçikanın keçmiş baş naziri İv Leterm XII Qlobal Bakı Forumu çərçivəsində paneldə çıxışında bildirib. "Əlbəttə, biz ilk dəfə deyil ki, asimmetrik müharibə adlanan hadisə ilə üzləşirik, laki

18:30 107
.

Azərbaycan Türkiyədən metal idxalına çəkdiyi xərci 18 %-dən çox artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 20,365 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 18,4 % çoxdur. Təkcə fevral ayında Türkiyə Azərbaycana 10,9

12:10 171
.

Kanadadan yeni dünya planı: "Orta dövlətlər" ABŞ və Çinə qarşı birləşə bilər

Kanadanın Baş naziri Mark Karni qlobal dünya nizamının dağıldığı şəraitdə "orta dövlətlər" koalisiyasının formalaşdırılmasına çağırış edib. Təşəbbüs ticarət müharibəsi fonunda iqtisadi maraqların qorunmasına və super güc olmayan ölkələr arasında əməkdaşlığın gücləndirilməsinə yönəlib. Məqsə

17:10 150
.

Tovuzda ana körpə qızını yaşlı qadının evində atıb gedib

Tovuzda ana körpə qızını yaşlı qadının evində atıb gedib. BİG.AZ APA-ya istinadən xəbər verir ki, ortayaşlı qadın Tovuz rayonda yaşlı qadının evinə gəlib və çöldə qaldığını bildirib. Yaşlı qadın uşağı və anasını evinə dəvət edib. Bundan sonra uşağın anası yemək almaq adı altında evi tərk edib, geri qayıtmayıb

12:33 206
.

Azərbaycan Qvatemaladan avokado tədarük etməyə başlayıb

Ötən il Azərbaycan 2,7 milyon ABŞ dolları dəyərində 536 ton avokado (təzə və ya qurudulmuş) idxal edib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü ilin göstəricisindən dəyər ifadəsində 25 %, kəmiyyət olaraq - 10 % çoxdur. Hesaba

14:20 180
.

TOP MP3