Polşada çayda meyiti tapılan Adilə Mehdiyeva ilə bağlı SENSASİON DETALLAR
Xəbər verdiyimiz kimi, Polşada iki aylıq övladı ilə birgə itkin düşən azərbaycanlı qadının meyiti çayda aşkar edilib. İtkin düşmüş soydaşımız Adilə Mehdiyevanın cansız bədəni Oder çayından tapılıb. Cəsəd tanınmaz haldadır və onun mərhuma aid olması yalnız geyimindən müəyyən edilib.
Qeyd edək ki, Adilə Mehdiyeva ötən ilin 17 dekabr tarixində iki aylıq övladı ilə birlikdə itkin düşüb. Mərhumun cəsədi tapılsa da, övladının taleyi ilə bağlı məlumat yoxdur.
Bizim.Media müəmmalı şəkildə dünyasını dəyişən Adilə Mehdiyeva ilə bağlı bəzi təfərrüatları əldə edib.
Adilə Mehdiyeva əslən Naxçıvandandır və ziyalı ailədə dünyaya göz açıb.
Onu tanıyanlar Adilənin həddinədən artıq mehriban, tərbiyəli və savadlı qız olduğunu bildirirlər. Adilə Mehdiyeva Azərbaycan Dillər Universitetini bitirib.
Daha sonra magistratura təhsili almaq üçün Polşanın Lodz şəhərinə, təhsil alandan sonra isə Vroslav şəhərinə köçüb. Orada yaşayıb və işləyib. Adilə Mehdiyeva polyak dilini zəif bildiyi üçün insanlarla ingilis dilində ünsiyyət qururmuş.
Elə həmin şəhərdə beynəlxalq korporasiyada çalışan fransız əri ilə tanış olur və izdivacları baş tutur. Ötən ilin oktyabrında övladları Emil dünyaya gəlir. Məlumatlara görə cütlüyün bərabərliyi uzun sürmür.
Dekabrın 17-də 29 yaşlı Adilə Mehdiyeva iki aylıq oğlu ilə yaşadığı mənzilini tərk edib və o vaxtdan telefonu susub.
Ailəsi Adilə ilə əlaqə saxlaya bilməyib və o dəqiqə bədbəxt hadisənin baş verdiyini ehtimal ediblər. İddialara görə ölümündən əvvəl Adilə Mehdiyeva depressiv vəziyyətdən əziyyət çəkib.
Onun əri ilə münasibətlərinin heç də yaxşı səviyyədə olmadığı iddia edilir. Hətta qadının ölümündə ərinin rolu ola biləcəyi ilə bağlı da şübhəli məqamların olduğu ehtimal edilir.
Qızının meyitinin çaydan tapıldığını eşidən atası Nüsrət Mehdiyev olayın hərtəfəli araşdırılması üçün Polşa hüquq mühafizə orqanlarına lazımi məlumatlar və videolar təqdim edib. Bundan əlavə Polşa mətbuatının yazdığına görə qadının ailə vəziyyəti ilə bağlı da müəyyən materiallar var ki, istintaqa təhvil verilib.
Polşa mətbuatında çıxan məlumatlara görə qadının övladı ilə birgə intihar etdiyi də deyilir. Amma bu da sadəcə istintaqı aparan müstəntiqlərin təxminidir.
Bizim.Media Adilə Mehdiyevaya yaxın ailə ilə əlaqə yaradıb. Bildirilib ki, gənc qadının ailəsi şok içində olduğundan mediaya açıqlama vermək istəmir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2137 Tarix: 05 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYağış, şimşək, şimal-şərq küləyi - Həftənin ilk iş gününün havası
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, şimal-şərq küləyi əsəcəyi ehtimalı var
25.10.2026 247 Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 18 %-dən çox artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 3 milyard 537,2 milyon manat vəsait yönəldilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünə nisbətən 18,3 % çoxdur. Hesabat dövründə xarici investisiyaları
25.10.2026 195 Azərbaycana QAR YAĞDI
Azərbaycanda yağıntılı hava şəraiti davam edir. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclüdür. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, oktyabrın 25-i saat 10:00-a olan məlumata əsasən, Laçın və Qubadlıya sulu qar, Kəlbəcər və Ordubadın dağlı
25.10.2026 270 Rusiyada ana müharibədə ölən ərinin sığorta puluna görə doğma qızını qaçırtdı
Başqırdıstanda (Rusiya) 18 yaşlı doğma qızını qaçırmaqda təqsirləndirilən 43 yaşlı qadın və onun əlbir olduğu 32 yaşlı şəxs həbs ediliblər. xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsindən məlumat verilib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə oktyabrın 15-i axşam saatlarında Sterlitamakd
25.10.2026 251 Gürcüstanda məktəbə hücum planlaşdıran yeniyetmələr saxlanılıb
Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbə silahla hücum etməyi planlaşdıran iki yeniyetməni saxlayıblar. "Report" xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb. Prokurorluğun məlumatına görə, saxlanılanlar aprel və mayda sosial şəbəkədə tanış olubla
25.10.2026 159 İtkin düşən iki uşaq anasının meyiti evindəki soyuducuda tapıldı
Argentinada 24 yaşlı iki uşaq anasının meyiti yaşadığı evdə soyuducudan tapılıb. Qadının qətlində şübhəli bilinən 37 yaşlı sevgilisi saxlanılıb. xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı Kamila Belen İqlesias oktyabrın 2-də itkin düşüb. Bir neçə gün ondan xəbər ala bilməyən ailə üzvləri polis
25.10.2026 225 Makron Paris yaxınlığındakı atışmanı irqçilik zəminində törədilən ilk terror aktı adlandırıb
Fransa Prezidenti Emmanuel Makron Parisin cənub-qərbindəki Trapp şəhərində baş verən atışmanı ölkə tarixində irqi və dini nifrət zəminində əvvəlcədən planlaşdırılmış ilk terror aktı adlandırıb. "Report"un "Agence France-Presse" (AFP) agentliyinə istinadən məlumatına görə, Fransa lider
25.10.2026 198 İrana qarşı zərbələr ABŞ-də siyasi böhrana səbəb oldu: Heqset hədəfdə
Pentaqon rəhbəri Pit Heqset ABŞ-də keçiriləcək aralıq seçkidə Demokratlar Partiyası qələbə qazanacağı təqdirdə diqqət mərkəzində olacaq şəxslərdən biri ola bilər. xəbər verir ki, bu barədə "Foreign Policy" nəşri ABŞ Nümayəndələr Palatasının Demokratlar Partiyasından olan üzvü Mayk Levinə istinadə
25.10.2026 199 Tovuzda avtomobil piyadanı vuraraq öldürüb
Tovuzda avtomobilin vurduğu piyada xəstəxanada ölüb. -ın məlumatına görə, Tovuz rayon sakini, 1980-ci il təvəllüdlü Asif Ələsgərovu rayonun Əyublu kəndində avtomobil vurub. O, ağır halda xəstəxanaya yerləşdirilib. Lakin göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb
25.10.2026 140