Ötən il Naxçıvandan İrana verilən elektrik enerjisinin həcmi açıqlanıb

Ötən il Naxçıvandan İrana verilən elektrik enerjisinin həcmi açıqlanıbÖtən il Naxçıvan Muxtar Respublikasından İrana 33 milyon 341 min kVt/s elektrik enerjisi verilib.

"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan Dövlət Energetika Xidmətində ötən il görülmüş işlərin müzakirə ilə bağlı keçirilən kollegiya iclasında xidmətin rəisi Namiq Paşayev bildirib ki, ötən il xidmət tərəfindən elektrik stansiyalarında, yüksək və alçaq gərginlikli elektrik verilişi xətlərində, müxtəlif gərginlikli transformator yarımstansiyalarında qrafik əsasında əsaslı və cari təmir işləri aparılıb.

O bildirib ki, tələbatçıların elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması, yaşayış sahələrinin, məktəblərin, sosial obyektlərin, hərbi hissələrin, nasos yarımstansiyaları və artezian quyularının elektrik təchizatı üçün yeni transformator yarımstansiyalarının qoyulması həyata keçirilib: "Həmçinin, müxtəlif gərginlikli elektrik verilişi xətlərinin çəkilməsi, Naxçıvan şəhərində və rayon mərkəzlərində mövcud hava elektrik verilişi xətlərinin kabel xətləri ilə əvəz edilməsi sahəsində kompleks tədbirlərin davam etdirilib".

N. Paşayev bildirib ki, 2023-cü il ərzində muxtar respublikanın elektrik şəbəkələrinə 507 milyon 283 min 561 kVt/s elektrik enerjisi daxil olub: "Bunun 32 milyon 714 min kVt/s İrandan alınıb, 46 milyon 411 min 416 kVt/s Araz Su Elektrik Stansiyasında, 26 milyon 560 min 700 kVt/s Biləv Su Elektrik Stansiyasında, 19 milyon 120 min 300 kVt/s "Arpaçay-1" Su Elektrik Stansiyasında, 327 min 400 kVt/s "Arpaçay-2" Su Elektrik Stansiyasında, 1 milyon 970 min 900 kVt/s Heydər Əliyev Su Anbarı üzərindəki Su Elektrik Stansiyasında, 318 milyon 254 min kVt/s Naxçıvan Modul Elektrik Stansiyasında, 1 milyon 408 min 137 kVt/s Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasında, 60 milyon 516 min 708 kVt/s Naxçıvan Günəş Elektrik Stansiyasında istehsal edilərək elektrik şəbəkələrinə ötürülüb. Ötən il İrana 33 milyon 341 min kVt/s elektrik enerjisi verilib".

Vurğulanıb ki, ötən il elektrik stansiyalarında 474 milyon 569 min 561 kVt/s elektrik enerjisi istehsal edilərək sistemə ötürülüb: "Bu enerjinin 94 milyon 390 min 716 kVt/s və ya 19,89 %-i Su Elektrik stansiyalarında, 319 milyon 662 min 137 kVt/s və ya 67,36 %-i İstilik Elektrik stansiyalarında, 60 milyon 516 min 708 kVt/s və ya 12,75 %-i Günəş Elektrik Stansiyasında istehsal olunaraq sistemə ötürülüb. Eyni zamanda 2023-cü ildə alternativ və bərpaolunan enerji mənbələrində 154 milyon 907 min 424 kVt/s elektrik enerjisi istehsal edilərək sistemə ötürülüb ki, bu, stansiyalar üzrə sistemə ötürülən ümumi enerjinin 32,64 %-ini təşkil edir".

Xidmət rəisi diqqətə çatdırıb ki, ötən il Şərur rayonunda gücü 8 MVt olan Günəş Elektrik Stansiyasının ərazisində yeni 3 MVt gücündə Günəş Elektrik Stansiyası istismara verilib, stansiyanın gücü 11 MVt-a, muxtar respublikadakı elektrik stansiyalarının ümumi generasiya gücü 244,8 MVt-a, Günəş Elektrik stansiyalarının ümumi gücü 39 meqavata, illik istehsal gücü 58,5 milyon kVt/s-a çatdırılıb: "Araz çayı üzərində muxtar respublikanın ən böyük su elektrik stansiyası olacaq derivasiya tipli 36 MVt gücündə "Ordubad" və Ordubad rayonu ərazisində Gilançayın Tivi qolu üzərində 15,6 MVt güclü derivasiya tipli "Tivi" Su Elektrik Stansiyalarında isə tikinti-quraşdırma işləri qismən davam etdirilib".

Xidmət rəisi vurğulayıb ki, 2023-cü il ərzində muxtar respublikada bütün istifadəçilərin istehlak etdiyi elektrik enerjisinin dəqiq qeydiyyatını apararaq sayğacların göstəriciləri əsasında enerji haqqının ödənilməsi təmin edilib: "İl ərzində abonentlərə 1247 ədəd yeni elektrik sayğacı quraşdırılıb. Naxçıvan, Babək, Şərur və Culfa şəhərində əhali abonentlərinin ev və mənzillərində ön ödənişli smartkart tipli sayğacların qoyulması işləri davam etdirilib və hazırda bu tip sayğacların sayı 32 163 ədəd təşkil edir".

Sonra məruzə ətrafında çıxışlar olub, müzakirələr aparılıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 547   Tarix: 04 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yaponiyada 13 minə yaxın sakinə daşqın təhlükəsi ilə əlaqədar təxliyə tövsiyə olunub

Yaponiyanın Xonsyu adasında yerləşən Vakayama prefekturasının hakimiyyət orqanları güclü yağışlar, daşqınlar və torpaq sürüşməsi təhlükəsi ilə əlaqədar təxminən 13 min sakinə təxliyə olunmağı tövsiyə edib. "Report"un Yaponiya İctimai Televiziyasına istinadən verdiyi məlumata görə, tövsiyə il

25.10.2026 130
.

İtkin düşən iki uşaq anasının meyiti evindəki soyuducuda tapıldı

Argentinada 24 yaşlı iki uşaq anasının meyiti yaşadığı evdə soyuducudan tapılıb. Qadının qətlində şübhəli bilinən 37 yaşlı sevgilisi saxlanılıb. xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı Kamila Belen İqlesias oktyabrın 2-də itkin düşüb. Bir neçə gün ondan xəbər ala bilməyən ailə üzvləri polis

25.10.2026 225
.

Yağış, şimşək, şimal-şərq küləyi - Həftənin ilk iş gününün havası

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, şimal-şərq küləyi əsəcəyi ehtimalı var

25.10.2026 247
.

Ər-Riyada yönələn ballistik raket vurulub

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının hava hücumundan müdafiə qüvvələri Yəmən husiləri tərəfindən Ər-Riyad istiqamətində buraxılan ballistik raketi ələ keçirərək məhv edib. "Report"un "Arab News"a istinadən verdiyi məlumata görə, bu barədə koalisiyanın rəsm

25.10.2026 121
.

Rusiyada ana müharibədə ölən ərinin sığorta puluna görə doğma qızını qaçırtdı

Başqırdıstanda (Rusiya) 18 yaşlı doğma qızını qaçırmaqda təqsirləndirilən 43 yaşlı qadın və onun əlbir olduğu 32 yaşlı şəxs həbs ediliblər. xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsindən məlumat verilib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə oktyabrın 15-i axşam saatlarında Sterlitamakd

25.10.2026 251
.

İran ABŞ ilə razılaşma üçün şərt irəli sürdü

İran ABŞ-nin İslam Respublikasının limanlarına tətbiq etdiyi blokadanı aradan qaldırması müqabilində Hörmüz boğazında gəmiçiliyi bərpa etməyi təklif edib. xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb. Telekanalın mənbələrinin bildirdiyinə görə, Tehran bu təklifi Pakista

25.10.2026 196
.

Azərbaycanın Əməkdar artisti DÜNYASINI DƏYİŞDİ - FOTO

Əməkdar artist Xalidə Gözəl (Əhmədova) vəfat edib. xəbər verir ki, bu haqda məlumatı aparıcı Elgiz Əkbər yayıb. O bildirib ki, diktor bu gün dünyasını dəyişib. Onun ölüm səbəbi məlum deyil

25.10.2026 377
.

Gürcüstanda məktəbə hücum planlaşdıran yeniyetmələr saxlanılıb

Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbə silahla hücum etməyi planlaşdıran iki yeniyetməni saxlayıblar. "Report" xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb. Prokurorluğun məlumatına görə, saxlanılanlar aprel və mayda sosial şəbəkədə tanış olubla

25.10.2026 159
.

Kartdan-karta pul köçürənlərə VACİB XƏBƏR

Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqqı tarifləri təsdiqlənib. Tariflərə əsasən, bəzi hesablaşma sistemləri üzrə xidmət haqlarının yuxarı həddi azaldılıb, Ani Ödənişlər Sistemi üzrə isə daha aşağı tariflər müəyyən edilib. Bankın Ödəniş xidmətləri və ödəniş sistemlərini

25.10.2026 298
.