Bir mənzilin iki nəfərə satılmasına son: Düyün çözülür - ARAŞDIRMA

Bir mənzilin iki nəfərə satılmasına son: Düyün çözülür - ARAŞDIRMASənədsiz evlər, tikintisi yarımçıq binalar, bir mənzili müxtəlif şəxslərə satan MTK-lar... Əmlak sektorunda bu problemlərin köklü şəkildə həlli istiqamətində addımların atılmasına başlanılıb. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova deyib ki, mənzil alan insanların işini asanlaşdırmaq və fırıldaqçılıq hallarının qarşısını almaq üçün vahid portal, reyestr yaradılacaq. Bununla bağlı Prezident İlham Əliyev tərəfindən fərman da imzalanıb. Vahid sistemin yaradılması ilə bağlı ekspertlərin gözləntiləri nələrdir?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Son illərdə dələduzluq halları daha da artıb

Əmlakçı Mülkədar Rüstəmov düşünür ki, bu, gecikmiş olsa da, yerində verilmiş qərardır: "Bakı şəhərində yeni tikilən binalardan kifayət qədər şikayətçi insanlar var. Dəfələrlə şahidi olmuşuq ki, bir mənzili bir neçə nəfərə satıblar. Məhkəmələrdə hələ də çəkişmələr davam edir. Bu qərar belə halların qarşısını alacaq. Bu qərarın əsas mahiyyəti ondan ibarətdir ki, dələduzluq hallarının qarşısı alınmış olacaq. Belə dələduzluq hallarını son 3-5 ildə daha çox müşahidə edirik. Abşeron, Xırdalan ərazisində, Nərimanov rayonunda daha da çoxdur. Bir çox MTK sahibləri vətəndaşları aldadırlar. Tikinti şirkətləri bəzən maliyyə sıxıntıları yaşayırlar. Belə fırıldaqlara əl atırlar ki, tikintiyə lazım olan pulu əldə etsinlər. Sonradan vətəndaşa başqa mənzil təklif edərək guya kompensasiya edirlər".

M.Rüstəmov dedi ki, ən çox fırıldaqçılıq mənzili tikilməmiş aldıqda olur: "Vətəndaşların əksəriyyəti mənzili binanın bünövrəsi atılanda almağa üstünlük verir. İnsanların 60-70 faizi bünövrədən mənzil alarkən aldadılırlar. Sonrakı satış qiyməti ilə 500-700 manat civarında fərq olur. İnsanlar sevinirlər ki, ucuz qiymətə mənzil sahibi ola biləcəklər. Amma bina tikildikdən sonra məlum olur ki, mənzillər eyni anda başqa-başqa adamlara satılıb".

Hər bina tikənə bu qaydalar şamil edilməyəcək

Ekspert qeyd etdi ki, bu dəyişiklikdən sonra artıq vətəndaş müvafiq qurumun saytına daxil olub mənzil almaq istədiyi bina haqqında ətraflı məlumat əldə edə biləcək: "Vətəndaşın binanın istismara qəbul edilib-edilmədiyindən xəbəri olacaq. Müştəri biləcək ki, tikintiyə rəsmi icazə alınıb. Əmlakın reyestr kodu olacaq. Ev alan şəxs arxayın olacaq ki, bina təhvil veriləndə reyestrdən keçdiyinə görə mənzil çıxarışla təmin ediləcək. Çünki hələ də 10-15 il əvvəl tikilmiş binalar var ki, çıxarış ala bilməyiblər. Bəzi şərtlər var ki, onlara əməl edilmədiyinə görə həmin binaların istismarına icazə verilməyib. Hazırda xüsusi layihə ilə müvafiq qurumdan icazə almış, lisenziyası olan MTK-lar hüquqi şəxs kimi reyestrə daxil olacaqlar. Yəni bu qaydalar hər bina tikənə şamil edilməyəcək".

Reyestrdə mənzil onu alan şəxsin adına qeyd ediləcək

M.Rüstəmovun sözlərinə görə, hər bir ev həmin sistemdə qeydiyyatda olacaq: "Dövlət Xidmətində reyestr yaradılacaq, istismara qəbul edilmiş binalar həmin sistemdə görünəcək. Vətəndaş ilkin olaraq MTK-nın satış ofisinə müraciət edir, orada layihə ilə tanış olur və istədiyi mənzili seçir. İlkin alqı-satqı gerçəkləşir. Alqı-satqı vaxtı müqavilədə öhdəliklər yerinə yetirilən zaman elektron qaydada sistem yaradılacaq. MTK-nın öz portalı olacaq, oradan Xidmətə sorğu göndərəcək ki, filan binada tikdiyim, filan mənzil bu şəxsə satıldı. Sənədin biri MTK-da, digəri alıcıda qalacaq. Əsli isə Xidmətə göndəriləcək və vahid sistemə daxil ediləcək. Reyestrdə o mənzil həmin şəxsin adına qeyd ediləcək. Bina tam hazır olduqdan və təhvil verildikdən sonra vətəndaş müraciət edərək müqaviləni təqdim edib çıxarışını 14 gün ərzində rahat şəkildə ala biləcək".
Mənzil ikinci şəxsə bu halda satıla bilər

Müsahibimizin fikrincə, əvvəllər mənzilin satış hüququ MTK-da olurdu, bundan sonra isə yalnız vətəndaşda olacaq. Yəni bir nəfərə satılmış mənzil MTK tərəfindən ikinci şəxsə satıla bilməyəcək. Əgər mənzil kredit yolu ilə əldə edilibsə, MTK-nın belə bir hüququ var ki, vətəndaş mənzilin ödənişini tam ödəmədiyi təqdirdə, ödədiyi məbləği geri qaytarıb, mənzili ikinci şəxsə sata bilər".

Mənzillərin qiyməti 5-10 faiz artacaq

Ekspert bu qərarın mənzil qiymətlərinə təsirindən də danışdı: "Bazarda son aylar artan qiymət dinamikası müşahidə olunur. Qərar qüvvəyə mindikdən sonra bu, qiymətlərə daha da təsir edəcək. İlkin bünövrədən və daha sonra MTK tərəfindən satış prosesində mənzillərin və birinci mərtəbələrdəki qeyri-yaşayış sahələrinin qiymətində 5-10 faiz artım baş verə bilər".

Digər ölkələrdə də bu sistem mövcuddur

Əmlak məsələləri üzrə ekspert Firdovsi Xəlilovun sözlərinə görə, bu qaydanın optimal variantı Türkiyə və Belarusda mövcuddur: "Digər ölkələrdə inşaata başladıqda artıq portalda bütün bina virtual olaraq aktiv görünür. Mənzili seçirsiniz və istər hissəli, istər nağd ödənişlə alırsınız. Digər şəxslər həmin binadan mənzil almaq istədikdə hansı evlər boşdur, yalnız onu görə bilir. Binanın inşaatı gedə-gedə satışda da proses eyni portal vasitəsi ilə reallaşır".

Əgər şəffaflığa diqqət yetirilsə...

F.Xəlilov qeyd etdi ki, yeni qərar həm dövlət, həm də müştərilər üçün sərfəlidir: "Çünki bəzi iş adamları bir mənzili bir neçə nəfərə sata bilirlər. Nəticədə zərərçəkən vətəndaşlar olur. Həmçinin məhkəmələrə, prokurorluq orqanlarına əlavə yük düşür. Bu portalın açılması həm o insanların iş yükünü, həmçinin dövlətin risklərini azaldır. Amma yaxşı olar ki, proses həyata keçirilərkən MTK-lar arasında ayrı-seçkilik aparılmasın, hər şey şəffaf olsun".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 756   Tarix: 03 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ailəsinin bütün pulunu plastik əməliyyata xərcləyən Sara prosedur zamanı ÖLDÜ

Kolumbiyada bir qadın ailəsinin illərlə topladığı bütün vəsaiti plastik əməliyyata xərclədikdən sonra əməliyyat zamanı vəfat edib. bu barədə "Need to Know" nəşrinə istinadən xəbər verir. Məlumata görə, Kolumbiyanın 31 yaşlı sakini Sara Milena Eçeverriya Alsendra əməliyyat otağına daxil olduqda

25.07.2026 307
.

Ağdamın iki kəndində yanğın başlayıb: Üç rayondan qüvvələr cəlb olunub

Ağdam rayonunun Papravənd və Maqsudlu kəndlərində açıq ərazidə yanğın başlayıb. BİG.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdam, həmçinin Tərtər və Ağdərə bölmələrinin canlı qüvvəsi və texnikaları cəlb olunub. Ərazinin bir hissəsini

25.07.2026 188
.

12 yaşlı qızın ölümünə görə 16 yaşlı bacısı saxlanıldı - Yenilənib

Şəmkirin Mahmudlu kəndində bıçaq xəsarəti alan 12 yaşlı Ə. N xəstəxanaya çatdırılana qədər vəfat edibmiş. Bu barədə "Qafqazinfo"ya TƏBİB-dən məlumat verilib. Bildirilib ki, ötən gün saat 21:00 radələrində 2014-cü il təvəllüdlü azyaşlı (qadın cinsli) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcil

25.07.2026 428
.

Yunanıstanın Səudiyyə Ərəbistanındakı hərbçiləri husilərin raketlərini vurublar

Səudiyyə Ərəbistanında hava hücumundan müdafiə sisteminə xidmət edən Yunanıstan hərbçiləri husilər tərəfindən Yəməndən Yanbudakı neft emalı müəssisələri istiqamətində buraxılmış iki ballistik raketi zərərsizləşdiriblər. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Yunanıstanı

25.07.2026 152
.

İtaliyanın müdafiə naziri Mixail Fyodorova müşavir vəzifəsini təklif edib

İtaliyanın müdafiə naziri Qvido Krozetto Ukraynanın sabiq müdafiə naziri Mixail Fyodorova müşavir vəzifəsini təklif edib. "Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi "La Repubblica" qəzetinə istinadən məlumat yayıb. "Onun istefasının ertəsi günü mən ona zən

25.07.2026 149
.

Uşaqpulu haqda YENİ MƏLUMAT - Üstünlük bu ailələrə veriləcək

Son illər Azərbaycanda doğum göstəricilərinin azalması artıq təkcə statistik rəqəm deyil, ölkənin uzunmüddətli demoqrafik, iqtisadi və sosial inkişafı baxımından strateji çağırış kimi qiymətləndirilir. Globalinfoaz-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki,Əhalini

00:13 137
.

Pensiya alanlara ŞAD XƏBƏR: İyul ayının...

Dövlət Sosial Müdafiə Fondu respublika üzrə iyul ayının pensiya ödənişini yekunlaşdırıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, iyulun 14-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, bu gün isə ölkəmizin bölgələri üzrə iyul ayının pensiyaları

25.07.2026 192
.

Cəbrayılın Soltanlı kəndinə ilin sonunadək ilk sakinlərin köçü planlaşdırılır

İlin sonunadək Cəbrayılın Soltanlı kəndinə ilk sakinlərin köçü planlaşdırılır. "Report"un Cəbrayıla ezam olunan əməkdaşının verdiyi xəbərə görə, bu barədə Cəbrayıl, Qubadlı və Zəngilan rayonunda Bərpa, Tikinti və idarəetmə Xidmətinin icraçı direktoru Növrəs Cəfərov deyib. O qeyd edib ki, kəndi

25.07.2026 169
.

Bakıya DƏHŞƏTLİ İSTİLƏR gəldi - Əhaliyə TƏCİLİ xəbərdarlıq

Bu gün və sabah Azərbaycanda, o cümlədən Bakıda və Abşeron yarımadasında havanın temperaturunun xeyli yüksələcəyi gözlənilir. xəbər verir ki, proqnozlara əsasən, bəzi bölgələrdə termometrlər 41 dərəcəyədək yüksələcək. Mütəxəssislər əhaliyə qızmar havalarda sağlamlıqlarını qorumaq üçün bir sıra qaydalar

25.07.2026 237
.

TOP MP3