Fergus Auld: "Azərbaycanı kəşf edilməmiş xəzinə kimi təsvir edirəm"
Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld ölkəsində Azərbaycanı kəşf edilməmiş xəzinə kimi təsvir etdiyini deyib.
Bu barədə o, "ASAN Radio"ya müsahibəsində danışıb.
Səfir Azərbaycanı gözəl insanları və dağları olan unikal ölkə hesab etdiyini vurğulayaraq əlavə edib ki, Bakıya gəlməzdən əvvəl altı həftə Gəncədə yaşamaq Azərbaycan həyatını və mədəniyyətini tanımaq üçün ona çox kömək edib:
"Britaniyada bir çox insan Azərbaycan barədə çox şey bilmir. Amma "Formula-1" yarışları bəzi insanların Azərbaycanı xəritələrdə tapmasına kömək etdi. Bu yaxınlarda britaniyalı bir tarixçi Azərbaycan haqqında çox məşhur televiziya proqramı hazırladı. Bu, Azərbaycanı bir çox insana tanıtdı. Onlar gəlib buranı öz gözləri ilə görmək istədiklərini deyirlər".
F.Auld Böyük Britaniyaya gedərkən Azərbaycandan apardığı hədiyyələrdən də söz açıb:
"Xalça, ev paxlavası və Göyçaydan narşərab aparmışam. Mən Azərbaycanın hər yerindən fərqli yeməklər dadmağı sevirəm. Lənkəranın turşu kababını çox sevirəm. Amma həm də Gəncədə təndir çörəyi ilə təzə qaymaq, bal yeməyi sevirəm, Şəki pitisini də xoşlayıram. Düzü, mən Azərbaycanda yemək məsələsində çox ehtiyatlı olmalıyam, yoxsa çox tez kökələrəm". (gülür)
Diplomat iş çoxluğu səbəbilə başını qaşımağa vaxt tapmadığını da söyləyib:
"Həftəsonu vaxtım olarsa, təmiz hava üçün Bakıdan çıxmağı, ölkənin başqa yerlərini kəşf etməyi xoşlayıram. Tədbirlərdə şotland milli geyimi olan kilt geyinməyi sevirəm. Məni bir az "Cəsur ürək" filmindəki Vilyam Uolles kimi hiss etdirir. Kilt rəqs etmək üçün əladır, ona görə də onu növbəti böyük Azərbaycan toy mərasimində geyinməliyəm".
F.Auld işğaldan azad edilmiş ərazilərə səfərindən və indiyədək Şuşaya getməməsindən söz açıb:
"Bu günə qədər Qubadlı, Füzuli, Zəngilan və Ağdamda olmuşam. Şuşada hələ də olmamışam, ümid edirəm, bir gün dəvət etsələr, gedəcəyəm. Düşünürəm ki, Azərbaycanla Böyük Britaniya arasında xüsusi bağ var, hara getsəm, məni isti qarşılayırlar. Bu, insanlar, hökumətlər və biznes qurumları arasındakı əlaqələri göstərir. Ümid edirəm ki, hər bir mühüm addımda Azərbaycan və Britaniyanın yan-yana dayanacağını görəcəyik".(oxu.az)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 488 Tarix: 03 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAiləsinin bütün pulunu plastik əməliyyata xərcləyən Sara prosedur zamanı ÖLDÜ
Kolumbiyada bir qadın ailəsinin illərlə topladığı bütün vəsaiti plastik əməliyyata xərclədikdən sonra əməliyyat zamanı vəfat edib. bu barədə "Need to Know" nəşrinə istinadən xəbər verir. Məlumata görə, Kolumbiyanın 31 yaşlı sakini Sara Milena Eçeverriya Alsendra əməliyyat otağına daxil olduqda
25.07.2026 307 Ağdamın iki kəndində yanğın başlayıb: Üç rayondan qüvvələr cəlb olunub
Ağdam rayonunun Papravənd və Maqsudlu kəndlərində açıq ərazidə yanğın başlayıb. BİG.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdam, həmçinin Tərtər və Ağdərə bölmələrinin canlı qüvvəsi və texnikaları cəlb olunub. Ərazinin bir hissəsini
25.07.2026 188 12 yaşlı qızın ölümünə görə 16 yaşlı bacısı saxlanıldı - Yenilənib
Şəmkirin Mahmudlu kəndində bıçaq xəsarəti alan 12 yaşlı Ə. N xəstəxanaya çatdırılana qədər vəfat edibmiş. Bu barədə "Qafqazinfo"ya TƏBİB-dən məlumat verilib. Bildirilib ki, ötən gün saat 21:00 radələrində 2014-cü il təvəllüdlü azyaşlı (qadın cinsli) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcil
25.07.2026 428 Yunanıstanın Səudiyyə Ərəbistanındakı hərbçiləri husilərin raketlərini vurublar
Səudiyyə Ərəbistanında hava hücumundan müdafiə sisteminə xidmət edən Yunanıstan hərbçiləri husilər tərəfindən Yəməndən Yanbudakı neft emalı müəssisələri istiqamətində buraxılmış iki ballistik raketi zərərsizləşdiriblər. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Yunanıstanı
25.07.2026 152 İtaliyanın müdafiə naziri Mixail Fyodorova müşavir vəzifəsini təklif edib
İtaliyanın müdafiə naziri Qvido Krozetto Ukraynanın sabiq müdafiə naziri Mixail Fyodorova müşavir vəzifəsini təklif edib. "Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi "La Repubblica" qəzetinə istinadən məlumat yayıb. "Onun istefasının ertəsi günü mən ona zən
25.07.2026 149 Uşaqpulu haqda YENİ MƏLUMAT - Üstünlük bu ailələrə veriləcək
Son illər Azərbaycanda doğum göstəricilərinin azalması artıq təkcə statistik rəqəm deyil, ölkənin uzunmüddətli demoqrafik, iqtisadi və sosial inkişafı baxımından strateji çağırış kimi qiymətləndirilir. Globalinfoaz-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki,Əhalini
00:13 137 Pensiya alanlara ŞAD XƏBƏR: İyul ayının...
Dövlət Sosial Müdafiə Fondu respublika üzrə iyul ayının pensiya ödənişini yekunlaşdırıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, iyulun 14-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, bu gün isə ölkəmizin bölgələri üzrə iyul ayının pensiyaları
25.07.2026 192 Cəbrayılın Soltanlı kəndinə ilin sonunadək ilk sakinlərin köçü planlaşdırılır
İlin sonunadək Cəbrayılın Soltanlı kəndinə ilk sakinlərin köçü planlaşdırılır. "Report"un Cəbrayıla ezam olunan əməkdaşının verdiyi xəbərə görə, bu barədə Cəbrayıl, Qubadlı və Zəngilan rayonunda Bərpa, Tikinti və idarəetmə Xidmətinin icraçı direktoru Növrəs Cəfərov deyib. O qeyd edib ki, kəndi
25.07.2026 169 Bakıya DƏHŞƏTLİ İSTİLƏR gəldi - Əhaliyə TƏCİLİ xəbərdarlıq
Bu gün və sabah Azərbaycanda, o cümlədən Bakıda və Abşeron yarımadasında havanın temperaturunun xeyli yüksələcəyi gözlənilir. xəbər verir ki, proqnozlara əsasən, bəzi bölgələrdə termometrlər 41 dərəcəyədək yüksələcək. Mütəxəssislər əhaliyə qızmar havalarda sağlamlıqlarını qorumaq üçün bir sıra qaydalar
25.07.2026 237