"Pulu verərək tortu ondan alanda Aysel əlimə toxundu..." - Şok təfərrüat

"Pulu verərək tortu ondan alanda Aysel əlimə toxundu..." - Şok təfərrüatNaxçıvan Muxtar Respublikasının Şərur rayonunda 2000-ci il təvəllüdlü Turan həmkəndlisi Ayselə (adlar şərti verilib - red.) seksual xarakterli hərəkətlər edib.

BiG.AZ teleqraf.com-a istinadən bildirir ki, Turan həmkəndlisi Ayselin ərinin evdə olmadığına görə cinsi münasibətdə olmaq üçün gecə saatlarında onun evinə gedib. Evdəkilərin yatmasından istifadə edərək Ayselin otağının pəncərəsinə yaxınlaşıb və onun telefonla danışdığını görüb.

Turan Ayselin danışığını telefonuna səsyazısı şəklində qeyd edib. Sonra sakit səslə Ayseli cağırıb, onunla cinsi əlaqədə olmağı istəyib. Aysel isə buna etiraz edib.

Turan qadına danışığını telefonuna qeyd etdiyini bildirib. Aysel onun şantaja əl atdığını deyəndə Turan həmin səsyazısında Ayselin istifadə etdiyi sözləri söyləyib, onu özündən asılı salaraq cinsi əlaqəyə girməyə məcbur edib.

Aysel səsyazasının yayılacağından qorxub, onunla cinsi əlaqədə olub. Turan bundan sonrakı vaxtlarda Aysellə vatsap mesencerində görünütülü danışaraq pornoqrafik xarakterli hərəkətlərin görüntülərini telefonuna qeyd edib.

2022-ci ilin dekabrında münasibətləri pozulduqdan sonra Ayselin həyat sirri olan və pronoqrafik hesab edilən videocəkiliş materialını vatsap vasitəsilə bibisi oğluna göndərib.

"Məqsədim onu məcbur etmək idi"

İstintaq orqanı tərəfindən Turanın barəsində Cinayət Məcəlləsinin 151 (seksual xarakterli hərəkətlərə məcbur etmə), 156.1 (şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması) və 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Turan ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, 2022-ci ildə onun doğum günü ilə bağlı anası Zəminə tort bişirib satan Ayselə tort sifariş verib:

"Həmin gün saat 18.00-da tortu götürmək üçün Ayselin yaşadığı evə getdim. 20 manat pul verərək tortu ondan alanda Aysel əlimə toxundu. Mənə qarşı cəlbedici hərəkətlər etdi. Dedi ki, əri Mübariz bazara gedir, o da səhərə qədər evdə tək olur. Axşam 22-23 radələrində Ayselin qaynanasıgillə birlikdə yaşadığı həyət evinin çəpərindən keçdim və pəncərəsinin qarşısına gəldim.

Bu vaxt Ayselin kimləsə danışdığını eşitdim. Onun səsini telefonuma qeyd etdim. Məqsədim onu yaxınlığa məcbur etmək idi. Onun başqa şəxslərlə danışdığını sübuta yetirmək məqsədilə bunu etdim, hərəkətimə görə sonra çox peşman oldum".

"Bizi qucaqlaşmış vəziyyətdə gördü"

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Aysellə danışıb və onunla bir dəfə cinsi əlaqədə olub: "Bundan sonra Ayselə nömrəmi verdim, yazışmağa başladıq. Beləliklə, aramızda münasibət yarandı.

Sonralar Ayselin öz istəyi ilə də onunla cinsi əlaqədə oldum. Başqaları ilə görüşdüyünü eşidəndə ondan soyudum. Aysellə ən çox onların evində görüşmüşük. Bir dəfə günorta vaxtı Aysellə onların qonşuları Səidəgilin evində görüşdük. Səidə qapını açaraq bizi qucaqlaşmış vəziyyətdə gördü. Buna görə həyətə çıxdıq, sonra oradan getdik".

"İntihar etməklə hədələyib"

Turan bildirib ki, daha sonra Ayselin istəyi ilə Naxçıvan şəhərində onun anası Gülşəngilin evlərində görüşüb: "Bunu Ayselin anası Gülşən də bildi. Bir gün Ayselin əri Mübarizdən mənə zəng gəldi. Telefonu açdım, amma heç kim danışmadı.

2-3 gün sonra Aysel qaynanasının telefonu ilə zəng edərək olanları Mübarizin bildiyini dedi. Buna görə ərinin onu anasıgilə apardığını söylədi. Anasıgildə olanda Aysel yenə də mənimlə danışdı. Hər dəfə "ayrılaq" deyəndə ip və ya dərman şəkli ataraq intihar edəcəyi ilə məni hədələyirdi. Bu səbəbdən Aysellə məcbur qalaraq danışmışam".

"Yaymaq niyyətim olmayıb"

Turanın sözlərinə görə, Ayseldən uzaqlaşmaq məqsədilə İstanbul şəhərinə gedib:

"Orada Ayselin qaynı Zamiqin göstərişi ilə Teymur və Eldar adlı şəxslər tərəfindən təhdid edildim. Ayselin mənim qaynımla arasında olan səsyazısını, əvvəllər Aysellə çəkdiyim videonu Teymura göndərdim.

Teymur həmin səsyazısını və videonu gördükdən sonra məni buraxdı. Daha sonra kəndə qayıtdım. Aysellə aramızda intim videoəlaqəni ondan xoşum gəldiyi üçün telefona qeyd etmişəm. Yaymaq niyyətim olmayıb".

"Məni özünə bağlamağa çalışıb"

Təqsirləndirilən şəxs qeyd edib ki, 2022-ci ilin dekabrında bibisi oğlu Vüsal onlara gəlib: "Söhbət əsnasında Vüsala məndə Ayselin videosu olduğunu bildirdim. Həmin videonu vatsapda ona göndərdim. Sonra videonun yayıldığını eşitdim.

Videonu Vüsala göndərməkdə məqsədim Ayselin qaynı Zamiqlə yaxın olması, videonu görməsi və məcburi bir şey olmadığı üçün Zamiqin də məni rahat buraxacağına nail olmaq idi.

Ayselin dediyi kimi məndən ayrılarsa əlimdə olan video və səsin olduğu hafizə kartını ərinin maşınına atacağımı deməmişəm. Onun ərinə əlimdə olan videonu başqa türk nömrəsi ilə atacağımı da söyləməmişəm.

Aysel hamiləlik testinin şəklini ataraq məni özünə bağlamağa çalışırdı. Onun nə dişini, nə də telefonunu qırmışam. Oğlunun kiçik toy günü üstündə sonsuzluq olan qızıl sepi isə Bakı şəhərində kirayə ev tutaraq birlikdə yaşamağımız üçün verib. Həmin sepi itirmişəm".

"Bacara bilməmişəm"

İş üzrə zərərçəkmiş Ayselin sözlərinə görə, Mübarizlə ailə həyatı qurub və iki oğlu var:

"Təqsirləndirilən Mübariz mənim həmkəndlimdir, həm də bibim qızının həyat yoldaşıdır. Mən ad günləri üçün tortlar bişirərək satmışam, ailəmə dəstək olmuşam. 2022-ci ildə Turanın arvadı mənə ərinin ad günü ilə əlaqədar tort sifariş verdi. Tort hazır olduqdan sonra evlərinə zəng edən zaman telefonu Turan götürdü. Sonra bizə gələrək qaynanamla söhbət etdi. Mən də tortu gətirərək Turana verdim.

Axşam saat 22.00-da sərxoş vəziyyətdə yataq otağının pəncərəsinin yanında Turanı gördüm. Ərim Mübariz 2-3-gündən bir Naxçıvan şəhərinə bazara alver üçün gedirdi.

Turan tortu məndən alanda qaynanamla söhbət zamanı Mübarizin bazara gedəcəyini bilmişdi.

Turan mənə içəri gəlmək istədiyini bildirdi. Ona icazə vermədim. O məndən xoşu gəldiyini dedi. Mən də etiraz etdim. Turan mənə səsimi telefona yazdığını dedi. Mən həmin vaxt qaynım arvadı Vüsalə ilə telefonda danışmışdım.

Danışıq zamanı Vüsalə həmkəndlilərimiz - Zülfüqar və onun qardaşı Musanın onunla əlaqəsi olduğunu, mən də qaynım arvadına "qadınlığımla həmin iki qardaşdan iyrənirəm" demişdim. Turan pəncərənin qarşısında mənim səsimi yazmışdı.

Mən Turana etiraz etdim, aramızda uzun müddət söhbət oldu. Onu mənimlə əlaqədə olmaq fikrindən daşındırmağa çalışırdım. Amma bacara bilmədim".

"Dişimi vuraraq sındırdı"

Aysel qeyd edib ki, Turan israrla sadəcə bir dəfə görüşüb, sonra gedəcəyini deyib: "Turanda səsyazım olduğu üçün məcbur qalaraq onunla həyətdə bir dəfə cinsi əlaqədə oldum. Həmin gündən vatsapda yazışmağa başladıq, aramızda münasibət yarandı.

Səhv edərək Turanı yaxına buraxmışam. Bir müddət onunla həm mesajlaşmışam, həm də görüntülü danışımışıq. Həyat yoldaşım evdə olmadığı vaxtlarda görüşmüşük.

Əmim oğlunun ölüm ildönümünə gedəndə Turanın yaşadığı evin önündən keçərkən məni həyətlərinə çağırdı. Etiraz etdikdə məni evin həyətinə çəkdi. Məni yumruq zərbəsilə vuraraq dişlərimi sındırdı. Ərinə zəng vurmaq istəyəndə telefonumu da alaraq sındırdı.

Bu barədə heç kimə danışa bilməmişəm. Səhəri gün ərim Mübarizin əmisi nəvəsinin kiçik toyu idi. Turan mənə yaxınlaşaraq yanıma sadə "Samsung" telefonu qoydu. Həmin telefonla gizlincə Turanla danışmağa başladım".

"Öz istəyimlə görüşmüşəm"

Ayselin ifadəsinə görə, növbəti dəfə Turanla danışan zaman əri Mübariz telefonu tutub: "Səhəri gün Mübariz məni anamın evinə apardı, boşanmaq üçün məhkəməyə müraciət etdi.

Dekabrın 5-də Turan İstanbul şəhərinə getdi. Türkiyədə yaşayan həmkəndlimiz Teymurun Turanla mənim üstümdə sözü olub. Turan Türkiyədən zəng vuraraq onu Teymurun əlindən qurtarmaq üçün kömək istədi. Məcbur qalaraq Turanın vatsap nömrəsinə Teymura eşitdirmək üçün səs atdım. Həmin səsdə "Turanı buraxın, mən öz istəyimlə Turanla görüşmüşəm" demişəm.

Bir müddət sonra Turanın kəndə gəldiyini eşitdim. Kəndə gəldikdən sonra o, yenə də mənimlə münasibət qurmaq istədi".

"İntihar videomu çəkdim"

Aysel qeyd edib ki, daha sonra anasına onun Turanla görüntülü danışdığı videosunu atıblar: "Həmin video əldən-ələ yayıldı. Sonra həmin videonu atama, qohumlarıma da atdılar. İntihar həddinə gəlməyimin səbəbi Turana atdığım səsyazım olub.

Turan Türkiyədə olarkən Teymurla söz-söhbəti bitirmək üçün "mən öz razılığımla Turanla əlaqədə oluram, onun heç kimə dəxli yoxdur, hərə gedib öz namusunu çəksin" səsimi göndərəndən bir qədər sonra həmin səs də qohumlarıma yayıldı. Bunun üçün qohumlarım da məni çox bezdirdilər. Bütün qohumlarımdan bezib intihar videomu çəkdim və Turana göndərdim".

Zərərçəkmiş qeyd edib ki, Turanla anası evində görüşməyib: "Anamın mənə aldığı qızıl sepimi Turana düzəldirməsi üçün vermişəm. Həmin sepi qaytarmayıb. Mənə məxsus "Samsung A 10" markalı telefonumu məndən düzəltməsi üçün alıb və onu da geri qaytarmayıb. Ailəminin dağılması, kənddə, qohumlar arasında rüsvay olmamın səbəbkarı Turandır".

Bu cinayət işinə Şərur Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Turan 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 844   Tarix: 03 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qubadakı 3 kəndin adı bu səbəbdən dəyişdirilir

"Qanun layihəsinin mahiyyəti rus mənşəli kənd adlarının dəyişdirilməsidir". "Qafqazinfo" xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında "Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında" qanun layihəsini

06.05.2026 322
.

"Son iki ildə inhisarçılıq dahada güclənib" - vəkil Əkrəm Həsənovla MÜSAHİBƏ

Son iki ildə inhisarçılıq dahada güclənib. Səbəb odur ki, nədənsə Rəqabət Məcəlləsi çox gec qəbul olundu. Deməli kimlərsə maraqlı idiki bu məcəllə gec qəbul olunsun". Bu sözləri BİG.AZ-a müsahibəsində vəkil Əkrəm Həsənov bildirib. Müsahibənin tam versiyasını aşağıdan izləyə bilərsiniz:. Müəllif

06.05.2026 448
.

Dostlarınızın sizi qısqandığını göstərən 11 əlamət

Qısqanclıq təbii bir hiss olsa da, güclü olduqda zəhərli hal ala bilər. Bəzi insanlar var ki, açıq-aşkar sizə qarşı səhv etməsələr də, bəzi şeylərin yolunda getmədiyini hiss edirsinizsə, bunun ən sadə izahı qısqanclıq ola bilər. Ölkə.Az xəbər verir ki, ABŞ-li sağlamlıq və qidalanma üzrə yazıçı Arian

06.05.2026 252
.

İnzibati və cinayət işlərində tutulma müddətləri

"İnzibati xəta törətmiş şəxsin inzibati qaydada tutulması, bir qayda olaraq, üç saatdan artıq ola bilməz. Lakin qanunvericilikdə müəyyən istisnalar nəzərdə tutulur". Bunu BİG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib. O, qeyd edib ki, sərhəd rejiminin, sərhədboy

06.05.2026 193
.

Dilənçiliklə məşğul olanlar cərimələnəcək

Dilənçiliklə məşğul olanlar cərimələnəcək, inzibati həbs ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni 523-1-ci maddədə əksini tapıb. Məcəlləyə əsasən, dilənçiliklə məşğul olmağa görə xəbərdarlıq ediləcək, yaxu

06.05.2026 199
.

Bəzi insanlar yaşlandıqca daha mehriban, digərləri daha sərt olurlar - SƏBƏBİ

Psixoloqlar insanların həyat təcrübəsini necə qəbul etdiyini araşdıraraq maraqlı nəticəyə gəliblər. Məlum olub ki, yaş artdıqca insanların daha mehriban və ya daha sərt olmasının əsas səbəbi onların xarakteri deyil, keçmişdə yaşadıqları itkiləri necə dəyərləndirməsidir. xarici mediaya istinadla xəbə

06.05.2026 229
.

Hörmüz boğazında Fransa gəmisinə hücum edilib, bir neçə heyət üzvü yaralanıb

Şirkət bildirib ki, çərşənbə axşamı baş verən hücum nəticəsində yaralanan heyət üzvləri təxliyə edilib və onlara tibbi yardım göstərilir. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, Fransanın CMA CGM gəmiçilik qrupu çərşənbə günü bildirib ki, gəmilərindən biri olan San Antonio Hörmüz boğazında

06.05.2026 226
.

İlk dəfə qızından danışdı

Müğənni İlqar Xəyal ilk dəfə 6 yaşlı qızından danışıb. Axşam.az xəbər verir ki, sənətçi "Qonaqcanlı" proqramında övladının opera ifaçısı olduğunu bildirib. "Mənim qızım çox istedadlıdır. Opera oxuyur. 6 yaşı var. Qəribədir, haradan tapıb bunu bilmirik. Günlərin birində mən və anası onunl

06.05.2026 294
.

Seçkilər öncəsi İrəvanın hədəfi: Avropadan dəstək

Ermənistanın Baş naziri Nikol Paşinyan və onun "Vətəndaş Müqaviləsi" Partiyası seçkilər ərəfəsində Avropa İttifaqı-ndan dəstək nümayiş etdirməkdə maraqlıdır. xəbər verir ki, politoloq və Strateji Mədəniyyət Fondunun eksperti Andrey Areşev bunu Komsomolskaya Pravda Radiosu-nda Aİ-Ermənista

06.05.2026 191
.

TOP MP3