Universitetdə sanitariyadan uzaq sanitar qovşağı ilə bağlı AÇIQLAMA
Ölkəmizin ən qocaman ali təhsil ocaqlarından biri olan Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tələbələrin istifadə etməli olduqları sanitar qovşağın vəziyyəti görənləri şoka salıb. Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkədə yayımlanıb.
Hələ 2021-ci ildə bir əsri tamamlamasını təntənə ilə qeyd edən ali təhsil ocağında tələbələr üçün sanitar qovşaqların da, az qala, 100 yaşında olması videonu izləyən hər kəsi təəccübləndirib.
Videogörüntü ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq ADPU-nun Mətbuat Xidmətindən bildirildi ki, həmin sanitar qovşaqla bağlı video ötən ilin sonlarına aiddir:
"Hal-hazırda sözügedən sanitar qovşaq təmir üçün istifadəyə bağlanıb. Təsərrüfat Şöbəsinə şikayət o vaxtdan bildirilib, məşğul olurlar".
"Hazırda tələbələrin istifadə etdikləri sanitar qovşaqdan şəkillər varmı?" sualımıza isə Mətbuat Xidmətindən: "Universitetin binalarında sanitar qovşaqların sayı çoxdur. Hər binada alternativ sanitar qovşaqlar var və istifadə olunur. Hal-hazırda əlimdə şəkil yoxdur", - cavabı verildi.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 629 Tarix: 03 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAiləsinin bütün pulunu plastik əməliyyata xərcləyən Sara prosedur zamanı ÖLDÜ
Kolumbiyada bir qadın ailəsinin illərlə topladığı bütün vəsaiti plastik əməliyyata xərclədikdən sonra əməliyyat zamanı vəfat edib. bu barədə "Need to Know" nəşrinə istinadən xəbər verir. Məlumata görə, Kolumbiyanın 31 yaşlı sakini Sara Milena Eçeverriya Alsendra əməliyyat otağına daxil olduqda
25.07.2026 307 Ağdamın iki kəndində yanğın başlayıb: Üç rayondan qüvvələr cəlb olunub
Ağdam rayonunun Papravənd və Maqsudlu kəndlərində açıq ərazidə yanğın başlayıb. BİG.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdam, həmçinin Tərtər və Ağdərə bölmələrinin canlı qüvvəsi və texnikaları cəlb olunub. Ərazinin bir hissəsini
25.07.2026 188 12 yaşlı qızın ölümünə görə 16 yaşlı bacısı saxlanıldı - Yenilənib
Şəmkirin Mahmudlu kəndində bıçaq xəsarəti alan 12 yaşlı Ə. N xəstəxanaya çatdırılana qədər vəfat edibmiş. Bu barədə "Qafqazinfo"ya TƏBİB-dən məlumat verilib. Bildirilib ki, ötən gün saat 21:00 radələrində 2014-cü il təvəllüdlü azyaşlı (qadın cinsli) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcil
25.07.2026 428 Yunanıstanın Səudiyyə Ərəbistanındakı hərbçiləri husilərin raketlərini vurublar
Səudiyyə Ərəbistanında hava hücumundan müdafiə sisteminə xidmət edən Yunanıstan hərbçiləri husilər tərəfindən Yəməndən Yanbudakı neft emalı müəssisələri istiqamətində buraxılmış iki ballistik raketi zərərsizləşdiriblər. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Yunanıstanı
25.07.2026 152 İtaliyanın müdafiə naziri Mixail Fyodorova müşavir vəzifəsini təklif edib
İtaliyanın müdafiə naziri Qvido Krozetto Ukraynanın sabiq müdafiə naziri Mixail Fyodorova müşavir vəzifəsini təklif edib. "Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi "La Repubblica" qəzetinə istinadən məlumat yayıb. "Onun istefasının ertəsi günü mən ona zən
25.07.2026 149 Uşaqpulu haqda YENİ MƏLUMAT - Üstünlük bu ailələrə veriləcək
Son illər Azərbaycanda doğum göstəricilərinin azalması artıq təkcə statistik rəqəm deyil, ölkənin uzunmüddətli demoqrafik, iqtisadi və sosial inkişafı baxımından strateji çağırış kimi qiymətləndirilir. Globalinfoaz-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki,Əhalini
00:13 137 Pensiya alanlara ŞAD XƏBƏR: İyul ayının...
Dövlət Sosial Müdafiə Fondu respublika üzrə iyul ayının pensiya ödənişini yekunlaşdırıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, iyulun 14-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, bu gün isə ölkəmizin bölgələri üzrə iyul ayının pensiyaları
25.07.2026 192 Cəbrayılın Soltanlı kəndinə ilin sonunadək ilk sakinlərin köçü planlaşdırılır
İlin sonunadək Cəbrayılın Soltanlı kəndinə ilk sakinlərin köçü planlaşdırılır. "Report"un Cəbrayıla ezam olunan əməkdaşının verdiyi xəbərə görə, bu barədə Cəbrayıl, Qubadlı və Zəngilan rayonunda Bərpa, Tikinti və idarəetmə Xidmətinin icraçı direktoru Növrəs Cəfərov deyib. O qeyd edib ki, kəndi
25.07.2026 169 Bakıya DƏHŞƏTLİ İSTİLƏR gəldi - Əhaliyə TƏCİLİ xəbərdarlıq
Bu gün və sabah Azərbaycanda, o cümlədən Bakıda və Abşeron yarımadasında havanın temperaturunun xeyli yüksələcəyi gözlənilir. xəbər verir ki, proqnozlara əsasən, bəzi bölgələrdə termometrlər 41 dərəcəyədək yüksələcək. Mütəxəssislər əhaliyə qızmar havalarda sağlamlıqlarını qorumaq üçün bir sıra qaydalar
25.07.2026 237