"Bu səbəblərə görə uşağı danlamaq olmaz"
"Azərbaycanda gənclərlə məşğul olan təşkilatların və eyni zamanda təhsil müəssisələrinin işi yaratmazdır. Onlar öhdələrində olan vacib işləri görmürlər".
Bunu Qaynarinfo-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu Gənclər Günündən danışarkən deyib.
Ekspert hesab edir ki, bu gün Azərbaycan gənclərinin əhval-ruhiyyəsinin yerində olmamasının səbəbi orta məktəbdən bünövrəsi düzgün qoyulmayan təhsil sistemindədir:
"Bu gün mən 200-dən yuxarı tələbəyə dərs deyirəm və bunu görürüəm. Təhsil sistemi gənclərə əvvəlki bilikləri verə bilmir. Bu gün gənclərdə özünə inam hissi yoxdur. Təhsil sistemi elə olmalıdır ki, gəncdə sabaha inam olsun. Məsələn, sinifdə 30 şagird olur, bunu ancaq 5-6-sı yaxşı oxuyur, yerdə qalan uşaqları 11 il müəllimlər danlayır. Eyni zamanda, onlar ailədə də danlanır. Əgər bir uşağı 6 yaşından 18 yaşına kimi danlayırsansa, ondan normal şəxsiyyət olmaz. Adamı bu qədər danlayarlar? Əgər uşağın 5 fənnə qabiliyyəti varsa, 5-nə yoxdursa, ona görə onu danlamaq olmaz. Şagirdləri kəşf etmək lazımdır, görək kimdə hansı qabiliyyət var. Bunu biləndən sonra həmin uşaqları ona uyğun inkişaf etdirmək lazımdır. Bunların heç birini bilmədən şagirdi 11 il "sən bacarmırsan, sən bilmirsən, oxuya bilmirsən" deyə danlayırıq. Yeniyetmə yaşında əks cinsin yanında kimisə danlasan, o ölümdən betərdir. Çünki qrupda 13 yaşdan sonra şagird əks cinsin diqqətini özündə hiss edir. Onun yanında müəllim şagirdi danlayır. Oxuya bilmir, riyaziyyata qabiliyyəti yoxdur, neyləsin? Amma musiqiyə qabiliyyəti var. Biz onları qabiliyyəti istiqamətində kəşf edib inkişaf etdirməliyik. Onlar orta məktəbi bitirəndə 3-4-ü ali məktəbə daxil olur, yerdə qalanların harada olduğu bilinmir, hərə başını bir yerdə saxlayır. Biri dini qurumlara, biri kriminal aləmə qoşulur, o biri də ruhdan düşür".
Əhməd Qəşəmoğlu vurğulayıb ki, gənclərlə məşğul olan qurumlar və təhsil müəssisələrinin işinin yarıtmaz olduğunu hamı görür və susur:
"Əvəzində isə gənclər danlanılır. Birinci növbədə çalışmalıyıq ki, hər kəs özünü cəmiyyətdə tətbiq etmək imkanı olsun. Onun üçün də onların qabiliyyətini kəşf eləməliyik. O adamda ki, sabah inam yoxdur, özünü təsdiq edə bilmir həyatda özünü bədbəxt hiss edir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 7165 Tarix: 02 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYaponiyada 13 minə yaxın sakinə daşqın təhlükəsi ilə əlaqədar təxliyə tövsiyə olunub
Yaponiyanın Xonsyu adasında yerləşən Vakayama prefekturasının hakimiyyət orqanları güclü yağışlar, daşqınlar və torpaq sürüşməsi təhlükəsi ilə əlaqədar təxminən 13 min sakinə təxliyə olunmağı tövsiyə edib. "Report"un Yaponiya İctimai Televiziyasına istinadən verdiyi məlumata görə, tövsiyə il
25.10.2026 295 "Volkswagen" daha 10 mindən çox işçisini ixtisar etməyə hazırlaşır
Almaniyanın "Volkswagen" avtokonserni 2030-cu ilə qədər daha 12 min işçisini ixtisar etmək niyyətindədir. "Report" "Spiegel"ə istinadən xəbər verir ki, şirkət bu barədə Hannoverdə işçilərin nümayəndələri ilə keçirilən görüşdən sonra elan edib. İki il əvvəl, həm əsas brendin
25.10.2026 229 İrana qarşı zərbələr ABŞ-də siyasi böhrana səbəb oldu: Heqset hədəfdə
Pentaqon rəhbəri Pit Heqset ABŞ-də keçiriləcək aralıq seçkidə Demokratlar Partiyası qələbə qazanacağı təqdirdə diqqət mərkəzində olacaq şəxslərdən biri ola bilər. xəbər verir ki, bu barədə "Foreign Policy" nəşri ABŞ Nümayəndələr Palatasının Demokratlar Partiyasından olan üzvü Mayk Levinə istinadə
25.10.2026 220 Eboladan ölənlərin sayı 4 757 nəfərə yüksəlib
Konqoda Ebola qızdırmasına yoluxma hallarının təsdiqlənmiş sayı 9 816-ya yüksəlib. "Report"un məlumatına görə, bu barədə ölkənin Kommunikasiyalar və KİV Nazirliyinin məlumatında deyilir. "Cavab tədbirləri ölkənin 8 əyalətində və 66 tibbi rayonunda davam etdirilir. Artıq 9 816 təsdiqlənmi
25.10.2026 211 Deputatın oğlunun həbsi ilə bağlı material Apellyasiya Məhkəməsinə göndərildi - YENİLƏNİB+VİDEO
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı iş üzrə təqsirləndirilən digər şəxs - deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı material Bakı Apellyasiya Məhkəməsinə göndərilib. BİG.AZ "Report"a istinadən xəbər verir ki, buna səbə
25.10.2026 567 Robert Koçaryanın həbs müddəti daha iki ay uzadıldı
İrəvandakı Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryanın həbs müddətini daha iki ay uzadıb. Qərar saatlarla davam edən məhkəmə iclasından sonra elan olunub. Ermənistan KİV-ə istinadən xəbər verir ki, məhkəmənin hakimi Vardges Stepanyan prokuror Tsovak Mnatsakanyanı
25.10.2026 235 Rusiyada ana müharibədə ölən ərinin sığorta puluna görə doğma qızını qaçırtdı
Başqırdıstanda (Rusiya) 18 yaşlı doğma qızını qaçırmaqda təqsirləndirilən 43 yaşlı qadın və onun əlbir olduğu 32 yaşlı şəxs həbs ediliblər. xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsindən məlumat verilib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə oktyabrın 15-i axşam saatlarında Sterlitamakd
25.10.2026 386 Azərbaycanda 9 ayda kolbasa istehsalı 9 %-dən çox artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 25 min 216,5 ton kolbasa məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin göstəricisi ilə müqayisədə 9,1 % çoxdur. Bu ilin oktyabr ayının 1-nə ölkədə 19,5 ton hazır məhsul ehtiyatı yaranı
25.10.2026 219 Atasının dəfnində məzara yıxılıb öldü
Braziliyada 48 yaşlı kişi atasının dəfn mərasimi zamanı faciəvi şəkildə ölüb. xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Espiritu-Santu ştatının Linhares şəhərində yerləşən San-Joze bələdiyyə qəbiristanlığında qeydə alınıb. Məlumata görə, 48 yaşlı Adilson Marsaro atasının dəfn mərasimində iştira
25.10.2026 271