Telefondan istifadə edən tək qəbilə - Sosial şəbəkədə nə paylaşırlar?

Telefondan istifadə edən tək qəbilə - Sosial şəbəkədə nə paylaşırlar?Qəbilə deyildikdə, ağla ilk olaraq inkişafdan uzaq, hər şeydən xəbərsiz və Amazonların dərinliklərində təcrid olunmuş insanlar gəlsə də, Kanamarililər bütün qaydaları pozurlar.

Lent.az-ın xəbərinə görə, sosial media hesablarında paylaşımları ilə yanaşı mobil telefondan istifadələri ilə diqqət çəkən tayfanın böyük problemi var.

Javari çayının dərin vadilərində sirli bir qəbilə yaşayır. Javari vadisi dünyanın ən təcrid olunmuş əhalisinin yaşadığı yer olsa da, bu yerlilərin sahib olduğu texnologiya çoxlarını heyrətə gətirir. Başqa insanlarla heç bir əlaqəsi olmadığı halda sosial mediadan istifadə edən ilk qəbilə olan Kanamari xalqının hekayəsində maraqlı detallar var. Javari çayının Braziliya sahillərində yerləşən kənd əhalisi ziyarətçilərə nadir icazə ilə qapılarını açaraq meşələrinə edilən hücumlara qarşı mübarizələrini dünyaya göstərirlər.

Qəbiləyə xüsusi icazə ilə daxil olan "National Geographic" jurnalının fotoqrafı Lynsey Addario gördükləri ilə bağlı bunları söyləyib:

"Biz bu əsrarəngiz kənddə yaşayan kanamarililərlə düz 8 gün qaldıq. Rəis Mauro Kanamarinin rəhbərliyi ilə onların gündəlik həyatlarını bölüşdük, manyok (kartofa bənzər qida bitkisi) yığımında iştirak etdik, ova onlarla getdik".

Lynsey Addarionun sözlərinə görə, baş Mauro Kanamari başda olmaqla əhali kəndlərinə girən işğalçı balıqçılar və odunçulardan çox narahatdır. İşğalçıların sayının gündən-günə artdığını ifadə edən Mauro, "Bu vəziyyət meşənin və bizə həyat verən ana təbiəti təhlükə altına qoyur. Ağac və təbii sərvət çıxarma fəaliyyətləri həm də insanlarımızın sağlamlığını təhdid edir".

2022-ci ildə braziliyalı yerli vəkil Bruno Pereyra və britaniyalı jurnalist Dom Pillips kanamariləri qorumağa çalışarkən qarşı qəbilədən olan cinayətkar qrup tərəfindən iki qəbiləni ayıran və sərhəd rolunu oynayan çayda vəhşicəsinə boğularaq öldürülüblər.

Bütün bu təhdidlərə baxmayaraq, tayfa başçısı susmamaq və öz torpaqlarını müdafiə etmək əzmindədir. Bunun üçün meşədə müşahidə patrulları təşkil edirlər. Əslində Kanamarinin silahları işğalçıların silahlarından aşağı səviyyədədir. Bu vəziyyət qəbilə üçün problem yaratmır, çünki onlar qarşıdurmaya girməmək fəlsəfəsi ilə hərəkət edirlər. Bəs, həyatda qalmaq üçün mübarizə aparan bu maraqlı tayfa sosial media hesablarında nə paylaşır?

Bu mübarizədə rol oynayan mühüm adlardan biri 20 yaşlı Joao Kanamaridir. Yerli ictimaiyyətlə digər dünya arasında körpü rolunu oynayan Kanamari sosial mediada aktivdir, iki qəbilə arasındakı savaşları çəkib dünyaya göstərir. O, etdiklərini "Bizi görüb kömək etmələrini istəyirik" deyərək izah edir.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1391   Tarix: 24 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO

"WhatsApp" istifadəçiləri şəxsi profillərinə üz qabığı fotosu əlavə edə biləcəklər. xarici mediaya istinadən xəbər verir ki, yeni funksiya əvvəlcə "Android"in beta versiyasında sınaqdan keçirilib, indi isə "iOS" istifadəçiləri üçün də əlçatan olmağa başlayıb. Yenilik sayəsind

08.11.2026 542
.

Kişilər və qadınlar üçün ən təhlükəli yaş dövrləri

Alimlər kişilərin və qadınların hansı yaş dövrlərində ciddi xəstəliklərə daha çox həssas ola biləcəyini araşdırıblar. Bildirilir ki, ürək-damar xəstəliklərinin yaranma riski yaşla birlikdə artır və bu proses kişilərlə qadınlarda fərqli xüsusiyyətlər göstərə bilər. xarici mediaya istinadla xəbər veri

01.11.2026 779
.

Dezinfeksiya xidməti

Dezinfeksiya xidməti göstərən şirkət gəmiricilərə, parazitlərə , virus və infeksiyaların patogenlərinə qarşı uğurla mübarizə aparır. Dezinfeksiya şirkətləri minlərlə obyektin təhlükəsizliyini təmin edir, Bakı və Azərbaycan üzrə yüz minlərlə sakin üçün rahat iş və yaşayış şəraiti yaradır. Dezinfeksiy

02.11.2026 1656
.

Telefon işığı beynimizi aldadırmış - Yuxusuz gecələrin səbəbi...

Smartfon və digər rəqəmsal cihazlardan yayılan mavi işıq insan sağlamlığına və yuxu rejiminə ciddi zərər vurur. "Qafqazinfo"nun xəbərinə görə, Harvard Tibb Məktəbinin tədqiqatçıları müəyyən ediblər ki, mobil telefon ekranlarının şüalanması yuxuya getməyi təmin edən melatonin hormonunun ifrazın

04.11.2026 555
.

Ofis mebeli seçərkən nələrə diqqət yetirilməlidir ?

Müasir dövrdə ən çox tələb olunan mebellər sırasında ofis mebelləri də var. Ofis mebelləri dedikdə bura müxtəlif mebellər daxildir. ofis kreslosu, ofis divanı, ofis masaları, qeydiyyat şöbəsi üçün masa, müdir kresloları, salon kreslosu, kompüter masası, sənəd dolabı və ofis stol-stulu aiddir. Ofis mebellər

05.11.2026 659
.

Dünyanın ən kiçik avtomobili hərracda satılacaq

"Ginnesin Rekordlar Kitabı"na dünyanın ən kiçik kütləvi istehsal olunan avtomobili kimi düşən "Peel P50" hərraca çıxarılır. "Qafqazinfo" xəbər verir ki, Böyük Britaniyanın Uorvikşir şəhərindəki "Iconic Auctioneers" hərrac evi tərəfindən satılacaq 1964-cü il istehsal

06.11.2026 559
.

Evakuator xidməti və daşınma xidməti

Avtomobil və yüklərin daşınması üçün Evakuator xidməti göstərilir. Evakuator xidmətinə həm avtomobillərin həm də yüklərin daşınması daxildir. Avtomobil istifadə edənlər bilir ki bəzən avtomobillərdə olan texniki problem və digər xoşagəlməz hadisə zamanı sizi yolda qoya bilir. Bu zaman evakuasiya xidmət

09.11.2026 263
.

Şabalıd soyarkən çətinliyə son: Küçə satıcılarının gizli fəndı

Qış aylarının vazkeçilməz ləzzəti olan şabalıdı sobada və ya tavada bişirərkən qabığının ətinə yapışması və soyularkən parçalanması çətinlik yaradır. xəbər verir ki, şabalıdların lokum kimi yumşaq bişməsini və qabığının tək bir toxunuşla soyulmasını təmin edən əsas formul qənd imiş. Kəsilmiş şabalıdlar

07.11.2026 403
.

Xidmetler.az - Bütün Xidmətlər bir saytda

XİDMETLER.AZ saytinda sizi narahat edən hər məsələ ilə bağlı kömək almaq imkanınız var!. Gündəlik işlər üçün icraçı və ya daimi iş sifarişi axtaran, saytımızda tapar. Siz də qoşulun və lazım olan insanları tapın! Saytımız üzləşdiyiniz problemləri bir göz qırpımında həll edəcək. İstənilən usta axtarışın

07.11.2026 537
.