14 dəfə lotereya qazanan adamın sirri: "Riyaziyyat düzgün tətbiq edildikdə sərvətə zəmanət verə bilər"
Tarixdə ən çox lotereya qalibi ruminyalı mühasib Stefan Mandel olub. O, 14 dəfə cekpot qazanaraq milyonçu olmağı bacarıb. Federal Təhlükəsizlik Bürosu (FTB) və Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) onun işini araşdırsa da, qanunsuz bir şey tapa bilməyib.
Onun oğlu, universitet professoru Riçard Mandel atasının lotereyada necə qalib gəldiyini danışıb.
Riçardın sözlərinə görə, 1934-cü ildə anadan olan atası XIII əsrdə yaşamış riyaziyyatçı Leonardo Fibonaççinin irəli sürdüyü nəzəriyyələrə aludə olub. Beləliklə o, Fibonaççinin metodlarından istifadə edərək alqoritm yaradıb.
"Riyaziyyat düzgün tətbiq edildikdə, sərvətə zəmanət verə bilər", - deyə Stefan bildirib.
Mandel düsturlar hazırlayır, ölkəsində altı cekpotdan beşini qazanır və həmin pullarla məmurlara rüşvət verərək Çavuşevskinin zülmündən vətəni Rumıniyadan Avstraliyaya qaçır.
"Zalım diktatura altında yaşamaq ona pul qazanmaq üçün yaradıcı və qeyri-adi yollar axtarmaq üçün böyük motivasiya verdi", - deyə oğlu Riçard vurğulayıb.
Stefan arvadı və iki uşağı ilə Avstraliyaya köçəndən sonra sığorta agenti kimi fəaliyyətə başlayır. Ancaq bu ölkədəki lotereyalar da onun diqqətini çəkir və yenidən lotereya oynamağa başlayır. Nəticədə Avstraliya və Böyük Britaniyada 12 dəfə böyük mükafata layiq görülür və 10 il ərzində 1,1 milyon avro qazanır.
Bütün diqqətini bu işə yönəldən Mandel peşəkar lotereya oyunçusu olur və öz alqoritmi ilə güclü kompüter sistemi qurur.
Mandel dünyadakı bütün lotereyaları araşdırır, nəhayət ABŞ-nin Virciniya ştatında lotereyada boşluq tapır. ABŞ hökuməti lotereyaları oyunçulara evdə bilet çap etməyə icazə verirdi.
1992-ci ildə o, 2524 investoru razı salaraq onların hər birinin 3000 dollar sərmayə qoymasına nail olur. Melburnda açdığı ofisdə 30 kompüter, 12 printer quraşdıraraq çoxsaylı kombinasiyalar yaradır və 27 milyon dollar qazanır.
Bu, onun bütün diqqəti üzərində cəmləməsinə səbəb oldu, FTB və MKİ ona qarşı təhqiqata başlayır. İki həftəlik araşdırma nəticəsində Mandelin metodunun qanuni olduğu qərara alınır və o, bəraət alır. Bununla belə, bu hadisədən iki il sonra Mandel və onun fondu iflas edib.
Avstraliyadan sonra İsrailə mühacirət edən Mandel orada dələduzluqda günahlandırılaraq 20 ay müddətinə həbs olunub. Cəza müddəti bitdikdən sonra o, Vanuatuya mühacirət edir.
ABŞ hökuməti isə Mandelin tapdığı boşluğu aradan qaldırmaq üçün qanunvericiliyi dəyişib, evdə kuponların çapına və toplu biletlərin alınmasına məhdudiyyətlər qoyub.
Mandel ona lotereyada qalib gəlməyə imkan verən alqoritmi heç vaxt açıqlamadı. Onun alqoritmi haqqında məlum olanlar aşağıdakılardır:
O, mümkün kombinasiyaların ümumi sayını hesablayıb. Daha sonra cekpot məbləğinin kombinasiyaların sayından ən azı üç dəfə çox olmasını gözləyib. Hər kombinasiya üçün investor tapıb. Sonra investorların pulu ilə hər kombinasiya üçün loto oynayıb və onları çap edib. Aldığı kupon çapını dilerə aparıb, pulunu ödəyib, təsdiq etdirib, cekpotu qazanıb və hər bir investora pay verib.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1480 Tarix: 23 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
"WhatsApp" istifadəçiləri şəxsi profillərinə üz qabığı fotosu əlavə edə biləcəklər. xarici mediaya istinadən xəbər verir ki, yeni funksiya əvvəlcə "Android"in beta versiyasında sınaqdan keçirilib, indi isə "iOS" istifadəçiləri üçün də əlçatan olmağa başlayıb. Yenilik sayəsind
08.11.2026 542 Kişilər və qadınlar üçün ən təhlükəli yaş dövrləri
Alimlər kişilərin və qadınların hansı yaş dövrlərində ciddi xəstəliklərə daha çox həssas ola biləcəyini araşdırıblar. Bildirilir ki, ürək-damar xəstəliklərinin yaranma riski yaşla birlikdə artır və bu proses kişilərlə qadınlarda fərqli xüsusiyyətlər göstərə bilər. xarici mediaya istinadla xəbər veri
01.11.2026 779 Dezinfeksiya xidməti
Dezinfeksiya xidməti göstərən şirkət gəmiricilərə, parazitlərə , virus və infeksiyaların patogenlərinə qarşı uğurla mübarizə aparır. Dezinfeksiya şirkətləri minlərlə obyektin təhlükəsizliyini təmin edir, Bakı və Azərbaycan üzrə yüz minlərlə sakin üçün rahat iş və yaşayış şəraiti yaradır. Dezinfeksiy
02.11.2026 1656 Telefon işığı beynimizi aldadırmış - Yuxusuz gecələrin səbəbi...
Smartfon və digər rəqəmsal cihazlardan yayılan mavi işıq insan sağlamlığına və yuxu rejiminə ciddi zərər vurur. "Qafqazinfo"nun xəbərinə görə, Harvard Tibb Məktəbinin tədqiqatçıları müəyyən ediblər ki, mobil telefon ekranlarının şüalanması yuxuya getməyi təmin edən melatonin hormonunun ifrazın
04.11.2026 555 Ofis mebeli seçərkən nələrə diqqət yetirilməlidir ?
Müasir dövrdə ən çox tələb olunan mebellər sırasında ofis mebelləri də var. Ofis mebelləri dedikdə bura müxtəlif mebellər daxildir. ofis kreslosu, ofis divanı, ofis masaları, qeydiyyat şöbəsi üçün masa, müdir kresloları, salon kreslosu, kompüter masası, sənəd dolabı və ofis stol-stulu aiddir. Ofis mebellər
05.11.2026 659 Dünyanın ən kiçik avtomobili hərracda satılacaq
"Ginnesin Rekordlar Kitabı"na dünyanın ən kiçik kütləvi istehsal olunan avtomobili kimi düşən "Peel P50" hərraca çıxarılır. "Qafqazinfo" xəbər verir ki, Böyük Britaniyanın Uorvikşir şəhərindəki "Iconic Auctioneers" hərrac evi tərəfindən satılacaq 1964-cü il istehsal
06.11.2026 559 Evakuator xidməti və daşınma xidməti
Avtomobil və yüklərin daşınması üçün Evakuator xidməti göstərilir. Evakuator xidmətinə həm avtomobillərin həm də yüklərin daşınması daxildir. Avtomobil istifadə edənlər bilir ki bəzən avtomobillərdə olan texniki problem və digər xoşagəlməz hadisə zamanı sizi yolda qoya bilir. Bu zaman evakuasiya xidmət
09.11.2026 263 Şabalıd soyarkən çətinliyə son: Küçə satıcılarının gizli fəndı
Qış aylarının vazkeçilməz ləzzəti olan şabalıdı sobada və ya tavada bişirərkən qabığının ətinə yapışması və soyularkən parçalanması çətinlik yaradır. xəbər verir ki, şabalıdların lokum kimi yumşaq bişməsini və qabığının tək bir toxunuşla soyulmasını təmin edən əsas formul qənd imiş. Kəsilmiş şabalıdlar
07.11.2026 403 Xidmetler.az - Bütün Xidmətlər bir saytda
XİDMETLER.AZ saytinda sizi narahat edən hər məsələ ilə bağlı kömək almaq imkanınız var!. Gündəlik işlər üçün icraçı və ya daimi iş sifarişi axtaran, saytımızda tapar. Siz də qoşulun və lazım olan insanları tapın! Saytımız üzləşdiyiniz problemləri bir göz qırpımında həll edəcək. İstənilən usta axtarışın
07.11.2026 537