Ziya Seyidbəyli: "Atam "Makedon"a sakit oyna deyirdi, məni də məcbur etdi ki, ona möhkəm şillə vurum"

Ziya Seyidbəyli: "Atam "Makedon"a sakit oyna deyirdi, məni də məcbur etdi ki, ona möhkəm şillə vurum""Bu gün "Bizim Cəbiş müəllim" filminin çəkildiyi həyətə baxanda nostalji anlar yaşayıram. Həyət də dəyişilib, orada yaşayan insanlardan da yəqin ki, heç kim həyatda qalmayıb. Mən həyatda da Namiq rolu kimi sakit təbiətli idim. Makedon rolunu oynayan Aqil Ağacanov isə məndən tamamilə fərqli idi. Biz əks qütblərdə dayanırdıq. Həsən Seyidbəyli filmdə bu təzadı yaratmaq istəyirdi və buna nail oldu. Aqil Pirşağıda yaşayır, kababçıdır. Bəzən çəkilişlərdə görüşürük, indi artıq gəlmir. Çox utancaq idim. Ona şillə vurmağı mənə atam məcbur etdi. 3-4 dubl etdilər yaxşı alınmadı. Atam dedi ki, "dur vur, çəkinmə". Aqil çox enerjili idi, atam hərdən ona deyirdi ki, "sakit oyna, tələsmə".

Bunu Moderator.az-a açıqlamasında "Bizim Cəbiş müəllim" filmində Namiq rolunun ifaçısı Ziya Seyidbəyli deyib.

O daha sonra əlavə edib: "Bu gün də filmi izləyəndə kövrəlirəm. Atamın ruhunu hiss edirəm, dünyasını dəyişmiş qardaşımı, bacım Məryəmi orada görürəm. Atam bizi filmdə çəkdi ki, xatirə qalsın. Əlbəttə ki, biz aktyor deyildik. Atam heç özü də istəmirdi ki, biz aktyor olaq. Çünki bu sənət həqiqətən də çətin idi. Faktiki nə qardaşımla, nə də bacımla birlikdə səhnəm yoxdur. Onlar Şəfiqə xanımla, Süleyman Ələsgərovla bir yerdə çəkilirdi. Çünki onların övladları rolunu oynayırdılar. Atam aktyorlara sərbəstlik verirdi. Mən bilirdim ki, 1-ci və sonuncu dəfədir filmdə çəkilirəm. Heç bu gün də heç kimin mənim o rolu oynadığımı bilməyini istəmirəm. Nəyə lazımdır ki? Tanınmaq istəmirəm, adətən belə şeyləri aktyorlar xoşlayır. Mən axı aktyor deyiləm".

Z.Seyidbəyli bu gün çəkilən filmlərdən gileylənib: "O vaxt hər rejissora icazə vermirdilər ki, film çəksin. Film çəkmək istəyən rejissor bu işə hərtərəfli hazırlaşmalı idi. Ciddi nəzarət var idi. Qeyri-professional, peşəkar olmayan aktyorları filmə çəkmirdilər. Atam da buna böyük önəm verirdi. Ən çox sevdiyi aktyorlar Əliağa Ağayev, Nəsibə Zeynalova, Şəfiqə Məmmədova, Səfurə İbrahimova və s. idi. Elə aktyorlar var idi ki, tanınmış olsalar da atam onları filmə çəkmirdi. Atam xoşlayırdı ki, aktyor hərtərəfli olsun. Sırf müəyyən rolları yox, hər rolu oynaya bilsin. Bu gün tendensiya dəyişib. Yerindən duran rejissordur, film çəkir. Hamı aktyordur, peşəkarlıqdan söz də gedə bilməz. Həm də axı o illərdəki rejissorlar da həyatda yoxdur. Filmi kim çəksin? Əlbəttə ki, çəkilən filmlərin içərisində az da olsa peşəkarları var. Amma onların sayı azdır. Çox istərdim ki, bu gün Rasim Balayevdən, Xalidə Quliyevadan filmlərimizdə istifadə edilsin. Çünki peşəkar aktyorların da sayı azdır".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1724   Tarix: 17 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO

"WhatsApp" istifadəçiləri şəxsi profillərinə üz qabığı fotosu əlavə edə biləcəklər. xarici mediaya istinadən xəbər verir ki, yeni funksiya əvvəlcə "Android"in beta versiyasında sınaqdan keçirilib, indi isə "iOS" istifadəçiləri üçün də əlçatan olmağa başlayıb. Yenilik sayəsind

08.11.2026 542
.

Kişilər və qadınlar üçün ən təhlükəli yaş dövrləri

Alimlər kişilərin və qadınların hansı yaş dövrlərində ciddi xəstəliklərə daha çox həssas ola biləcəyini araşdırıblar. Bildirilir ki, ürək-damar xəstəliklərinin yaranma riski yaşla birlikdə artır və bu proses kişilərlə qadınlarda fərqli xüsusiyyətlər göstərə bilər. xarici mediaya istinadla xəbər veri

01.11.2026 779
.

Dezinfeksiya xidməti

Dezinfeksiya xidməti göstərən şirkət gəmiricilərə, parazitlərə , virus və infeksiyaların patogenlərinə qarşı uğurla mübarizə aparır. Dezinfeksiya şirkətləri minlərlə obyektin təhlükəsizliyini təmin edir, Bakı və Azərbaycan üzrə yüz minlərlə sakin üçün rahat iş və yaşayış şəraiti yaradır. Dezinfeksiy

02.11.2026 1656
.

Telefon işığı beynimizi aldadırmış - Yuxusuz gecələrin səbəbi...

Smartfon və digər rəqəmsal cihazlardan yayılan mavi işıq insan sağlamlığına və yuxu rejiminə ciddi zərər vurur. "Qafqazinfo"nun xəbərinə görə, Harvard Tibb Məktəbinin tədqiqatçıları müəyyən ediblər ki, mobil telefon ekranlarının şüalanması yuxuya getməyi təmin edən melatonin hormonunun ifrazın

04.11.2026 555
.

Ofis mebeli seçərkən nələrə diqqət yetirilməlidir ?

Müasir dövrdə ən çox tələb olunan mebellər sırasında ofis mebelləri də var. Ofis mebelləri dedikdə bura müxtəlif mebellər daxildir. ofis kreslosu, ofis divanı, ofis masaları, qeydiyyat şöbəsi üçün masa, müdir kresloları, salon kreslosu, kompüter masası, sənəd dolabı və ofis stol-stulu aiddir. Ofis mebellər

05.11.2026 659
.

Dünyanın ən kiçik avtomobili hərracda satılacaq

"Ginnesin Rekordlar Kitabı"na dünyanın ən kiçik kütləvi istehsal olunan avtomobili kimi düşən "Peel P50" hərraca çıxarılır. "Qafqazinfo" xəbər verir ki, Böyük Britaniyanın Uorvikşir şəhərindəki "Iconic Auctioneers" hərrac evi tərəfindən satılacaq 1964-cü il istehsal

06.11.2026 559
.

Evakuator xidməti və daşınma xidməti

Avtomobil və yüklərin daşınması üçün Evakuator xidməti göstərilir. Evakuator xidmətinə həm avtomobillərin həm də yüklərin daşınması daxildir. Avtomobil istifadə edənlər bilir ki bəzən avtomobillərdə olan texniki problem və digər xoşagəlməz hadisə zamanı sizi yolda qoya bilir. Bu zaman evakuasiya xidmət

09.11.2026 263
.

Şabalıd soyarkən çətinliyə son: Küçə satıcılarının gizli fəndı

Qış aylarının vazkeçilməz ləzzəti olan şabalıdı sobada və ya tavada bişirərkən qabığının ətinə yapışması və soyularkən parçalanması çətinlik yaradır. xəbər verir ki, şabalıdların lokum kimi yumşaq bişməsini və qabığının tək bir toxunuşla soyulmasını təmin edən əsas formul qənd imiş. Kəsilmiş şabalıdlar

07.11.2026 403
.

Xidmetler.az - Bütün Xidmətlər bir saytda

XİDMETLER.AZ saytinda sizi narahat edən hər məsələ ilə bağlı kömək almaq imkanınız var!. Gündəlik işlər üçün icraçı və ya daimi iş sifarişi axtaran, saytımızda tapar. Siz də qoşulun və lazım olan insanları tapın! Saytımız üzləşdiyiniz problemləri bir göz qırpımında həll edəcək. İstənilən usta axtarışın

07.11.2026 537
.