Astronomlar Kiçik Magellan buludunun iki fərqli hissədən ibarət olduğunu aşkarlayıblar
Astronomlar Südyolu qalaktikasının peyklərindən biri olan Kiçik Magellan buludunun çox fərqli kimyəvi tərkibə, bir sıra yeni və qədim ulduzlara malik iki ayrı quruluşdan ibarət olduğunu aşkar ediblər.
"Report" xəbər verir ki, bu barədə "arXiv.org" elektron kitabxanasında dərc olunan məqalədə bildirilib. Tədqiqatçılar qeyd ediblər ki, bu hissələr vaxtilə toqquşmuş iki qədim qalaktikanın qalıqları ola bilər.
"Bu bölgələrin mövcudluğunu qədim qalaktikaların qalıqlarının olması ilə izah etmək olar, bu bölgələrin ulduzlarında ağır elementlərin konsentrasiyasındakı fərqlər, həmçinin molekulyar buludların tərkibi və quruluşundakı xüsusiyyətlər də bunu sübuta yetirir. Üstəlik, biz Kiçik Magellan buludunun Böyük Magellan buludu ilə cazibə qüvvəsinin təsirindən qarşılıqlı təması nəticəsində ikiyə bölünə biləcəyini də istisna etmirik" - deyə tədqiqatçılar bildiriblər.
Astronomlar bu nəticəyə Kil rəsədxanasının direktoru Yakobus van Lonun rəhbərliyi altında dünyanın ən böyük SKA radio teleskopunun prototipi olan Avstraliyaya məxsus "GASKAP-Hi" radio teleskopundan istifadə etməklə toplanan məlumatların araşdırılması zamanı gəliblər. Bu cihaz yeni ulduzların meydana gəldiyi neytral hidrogen buludlarının quruluşunu aşkarlamağa və öyrənməyə qadirdir.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 946 Tarix: 16 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqabı geyinərkən bədənin ağırlıq mərkəzi önə doğru dəyişir. Bu zaman tarazlığı qoruma
20.09.2026 287 Beyninin yarısı insan toxumasından ibarət siçanlar yetişdirildi
ABŞ-da alimlər insan beyin hüceyrələrini siçanların beyninə köçürərək insan toxumasının üstünlük təşkil etdiyi yeni model yaradıblar. xəbər verir ki, Stanford Universitetinin tədqiqatçıları insan beyninin inkişafını və nevroloji xəstəliklərin mexanizmlərini araşdırmaq məqsədilə genetik modifikasiya edilmi
19.09.2026 247 Əbu-Dabidə adada yarım milyardlıq toy edəcəklər?
"Miss Rusiya 2024" və "Miss BRİKS 2026"titullarının sahibi Valentina Alekseyeva biznesmen sevgilisi İlya Mitelmanla ailə qurur. Axşam.az xəbər verir ki, "Mash" teleqram kanalının məlumatına görə, 20 yaşlı modellə 30 yaşlı biznesmenin toyu Əbu-Dabidə keçiriləcək və indidə
20.09.2026 340 Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Qış aylarlarının yaxınlaşması ilə birlikdə elektrik, su və istilik sistemlərində baş verə biləcək xətalara qarşı evlərdə bəzi hazırlıqlar görülməlidir. mütəxəssis tövsiyələri çərçivəsində hazırlanan bələdçi fövqəladə hallarda əsas ehtiyacların fasiləsiz qarşılana bilməsi üçün evdə saxlanılmalı olan məhsullar
19.09.2026 303 Alimlər "ölümdən qayıdan" hüceyrələr aşkarladı
Alimlər proqramlaşdırılmış hüceyrə ölümünü başladıqdan sonra bu prosesdən sağ çıxan və zədələnmiş toxumaların bərpasına kömək edən hüceyrələr aşkarlayıblar. xəbər verir ki, Veizmann Elm İnstitutunun tədqiqatçıları meyvə milçəklərinin sürfələri üzərində apardıqları təcrübələrdə bu hüceyrələrin şüalanmada
20.09.2026 217 Çox çətin tapmaca: insanların yalnız 1 faizi cavabını tapır
Bu riyazi tapmaca əksər insanları çaşdırır. Sosial mediada ilk baxışdan çaşdırıcı görünə biləcək bir riyazi tapmaca yayılır. bildirir ki, şəkildə qeyri-adi cavabları olan bir neçə nümunə göstərilir və tapşırıq sual işarəsinin yerinə hansı ədədin qoyulmalı olduğunu müəyyən etməkdir. Məsələ belədir:
20.09.2026 336 Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
Kotletlər keyfiyyətli ətdən hazırlansa belə, bəzən quru və dadsız alına bilər. Bunun qarşısını almaq üçün adətən qiyməyə soğan, isladılmış çörək və ya bir qədər kərə yağı əlavə edilir. Lakin kotletləri həm daha ətirli, həm də daha ləzzətli etmək üçün başqa sadə üsul da var. BİG.AZ -a istinadən bildiri
12:10 148 Tənhalıq ömrü 6 il qısaldırmış
Yeni araşdırmaya görə, tənhalıq və sosial təcrid insanın əsas xəstəliklərdən azad yaşadığı müddəti əhəmiyyətli dərəcədə qısalda bilər. Təsirin qadınlar və kişilər arasında fərqli olduğu müəyyənləşib. "Qafqazinfo" xəbər verir ki, "sosial təcrid" insanın başqaları ilə məhdud təmasd
24.09.2026 244 Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən və bəzi sağlamlıq problemlərindən qaynaqlana bilər. Səhərlər halsız oyanan insanla
26.09.2026 160