"Əgər kişi qadından çılpaq şəkil istəyirsə..." - Psixoloq sirləri açdı

"Əgər kişi qadından çılpaq şəkil istəyirsə..." - Psixoloq sirləri açdıUzun müddətdir ki, insanlar dostluq və sevgi münasibətlərini virtual arenada qurmağa üstünlük verir. Günü-gündən artan və bəzən insanların həyatı bahasına başa gələn şantaj halları elə məhz sosial şəbəkə üzərindən edilən tanışlıqlarda yaşanır. Qurbanların əksəriyyəti isə qadınlardır.

Bəzi kişilər virtual aləmdə tanış olduqları qadınlardan bir müddət sonra çılpaq şəkillər istəyir. Çox vaxt qadın təcrübəsizlik edərək onun bu istəyini həyata keçirir. Sonda isə göndərdiyi şəkillər qadını şantaj obyektinə çevirir. Beləliklə, qarşı tərəf onu hədələyərək külli-miqdarda pulunu mənimsəyə bilir. Analoji situasiyalarda qadınlar özünü necə qorumalıdır ki, sonda qurbana çevrilməsinlər?

Mövzu ilə bağlı "Yeni Sabah"a danışan psixoloq Aytən Ələkbərova bir sıra nüanslara toxunub. Onun sözlərinə görə, belə halların qarşısını almaq üçün insanlar yeniyetmə vaxtlarından cinsəl tərbiyə mövzusunda maarifləndirilməlidirlər:

"Belə məsələlər səbəbindən psixoloqa müraciət edən qadınlar çoxdur. Cavan və subay qız pasientlərim mənə gəlib deyir ki, Aytən xanım, sanki mən hər dəfə eyni səhvi edirəm. Bildirirlər ki, qarşı tərəflə münasibətə başlayandan bir müddət sonra oğlan həmin qızdan sözügedən fotoları atmasını tələb edir, atmadıqda isə soyuyub, uzaqlaşmağa başlayır. Qızlara və qadınlara belə adamlar tərəfindən bir fikir aşılanır ki, əgər sən mənə istədiklərimi virtual olaraq verə bilmirsənsə, sənə xəyanət etməyə məcburam. Bəzən elə olur ki, yeniyetməlik dövründə, şagirdlər arasında bu kimi hallar baş verir. Onda insanlar düşünür ki, uşaqdır, virtual sevgi yaşayır. Ancaq bu məsələlərə yeniyetməlik dövründən diqqətlə yanaşılmalıdır. Uşaqlara cinsəl tərbiyəni öyrətmək bu baxımdan çox vacibdir. İlk olaraq, mövqeyimiz bundan başlayır ki, əsl kişi keyfiyyətlərini yeniyetmələrdə 2 yerə bölürük: özü üçün olan ləqayət və hamı üçün olan ləyaqət. Təbii haldır ki, kiçiklərdə özü üçün olan ləyaqətin içində onun qüvvətliliyinə, cəsarətinə və iradəsinə inam hissi yaranmalıdır. Daha sonra ətrafında tanıdığı insanları qorumağı uşağa aşılamaq lazımdır. Bu qoruma isə şiddətlə yox, sadəcə olaraq, mühafizəkar addımların atılması ilə izah olunmalıdır".

Ekspert vurğulayır ki, qadınlar emosional bağlarını qoruya bilmədikdə belə halların qurbanı olurlar:

"Hazırkı gənclərə, hətta orta yaş qrupunda olan insanlara aid olan qadınları misal göstərə bilərik ki, kimi ailəsindən ayrılır, ya da həyatda bəxti gətirməyib. Biz bilirik ki, hər evli qadın xoşbəxt deyil. Məsələn, hər hansısa bir insanla virtual tanışlıq başlayırsa, təzə tanış olduğu insana bir müddət onu incidən səbəblər və hadisələr haqqında bəhs edir. Ləyaqətini ayaq altına atan kişi isə bu məlumatlardan istifadə etməyə başlayır. "Gecə sindromu" deyilən bir anda, gec vaxtlarda pıçıltı ilə danışılan mövzular zamanı hər iki tərəf elə bir atmosferə düşür ki, bəzən bir-birinə uyğunsuz məzmunda şəkillər göndərməyə başlayırlar. Qadın həmin adama şəkil göndərməyəndə isə kişi küsür və xanımdan üz döndərir. Özünü güclü hesab edən bəy danışdığı xanımı həmin şəkillərlə şantaj etməyə başlayır. Amma burada önəmli məqam var. Hər bir qadın bilməlidir ki, əgər həyatındakı adam onu ciddən sevirsə və hörmət edirsə, ondan çılpaq məzmunlu şəkil göndərməyini istəmir. Bunu edən şəxsin nə dost, nə də yoldaş ola bilməsi mümkün deyil. Sadəcə, qadınlar emosional bağlarını qoruya bilmədikləri üçün bu tələyə düşürlər. Bunun adı şüursuz addımdır. Belə olan halda heç bir irəliləyiş gözləmək mümkün deyil".

Psixoloq bu kimi hadisələr barədə maarifləndirmə tədbirlərinə ehtiyac olduğunu da qeyd edib:

"Belə hadisələr ortaya çıxandan sonra qınaqlar və iradlar başlayır. Ancaq düşünmürük ki, bunları kim edir. Məncə, ailəsindən gözəl və yerində tərbiyə alan oğlan, kişi adını daşıyan şəxs bunu etməz. Bu adamın həyat yoldaşı, qızı və bacısı olmaya bilər. Amma onu bir ana dünyaya gətirib. Belə davranışlar, ilk növbədə anaya hörmətsizlikdir. Son olaraq isə bunu bildirmək istəyirəm ki, şantaj yolu ilə danışdığı qadından pul tələb edirsə, burada artıq nə mənəviyyat, nə ləyaqət, nə də özünəhörmətdən danışmaq olar. Sevginin ehtiras üzərində qurulması doğru hal deyil. Belə olduğu təqdirdə isə sözügedən duruma düşmək qaçılmazdır. Bunun üçün məktəblərdə, ali təhsil ocaqlarında maarifləndirmə tədbirləri həyata keçirilməli və insanlar məlumatlandırılmalıdırlar".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1265   Tarix: 02 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.