Yaşlı nəsillə gənc nəsil arasında niyə FİKİR AYRILIĞI olur? – SƏBƏBLƏR
Bütün dövrlərdə yaşlı nəsil ilə gənc nəsil arasında fikir ayrılığı olub. Yaşlı nəslin nümayəndələri gənc nəsli həyat tərzinə, geyiminə, davranışına, hətta seçdiyi peşəyə görə qınayıb, onlara oxşamamaqda ittiham ediblər. Əlbəttə, burada istisna hallar var.
Azərbaycanda da nəsillərarası toqquşmalar baş verir. Bu, ailədə, valideynlərlə övlad arasında, sənət dünyasındakı insanlar, yaşlı aktyorlarla gənc aktyorlar və digər peşə sahibləri arasında özünü biruzə verir.
BiG.AZ xəbər verir ki, psixoloq Taryel Faziloğlu mövzu ilə bağlı Bizim.Media-ya danışarkən bunun nədən qaynaqlandığını açıqlayıb.
O, uşaqların yeniyetməlik dövründə valideynlərlə daha çox razılaşmadıqlarına rast gəlindiyini deyib: "Nəsillər arasında fikir çatışması tarix boyu olub. Böhran dövrünü yaşayan yeniyetmələr ciddi şəkildə özlərini böyük hiss edirlər, valideynlərsə onların böyüdüyünü qəbul eləmirlər.
Yeniyetmələr öz qərarlarını verəcək yaşda olduqlarını, özəl həyatları ilə bağlı özlərinin yön verməsini istəyirlər. Onların hələ uşaq olduqlarını düşünən valideynlər bu haqqı tanımaq istəmirlər. Onda ciddi qarşıdurma baş verir.
Belə olan halda valideynlər uşaqlarını daha çox üsyankarlıqla, tərbiyəsizliklə, doğruları qəbul etməməklə günahlandırırlarsa, yeniyetmələr də valideynlərini geridə qalmışlıqla, keçmişin qalığı kimi ittiham eləməyə başlayırlar. Nəsillərarası münaqişə adını almış bu hadisə əslində yeniyetməlik böhran dövründə valideyn övlad münasibətlərinin daha aqressiv fonda olmasının ədəbiləşdirilmiş ifadəsidir".
Psixoloq hesab edir ki, valideyn və övlad arasında yaranan fikir ayrılığı gələcəkdə onun müstəqil qərar verməsinə mane olur: "Azərbaycan tərbiyə sistemində ən böyük problemlərdən biri odur ki, bizdə böyük-kiçik adını verdiyimiz ailə-mental sistemi var. Bu sistemdə fikir ayrılığı olsa belə uşaqlara valideyn sağ olduğu müddətdə böyüyün qərarlarına sorğu-sualsız boyun əymək zorunda olduqları öyrədilir.
Buna görə də valideynlər uşaqların yaşı nə qədər olursa, olsun onların yerinə qərar vermə haqqını özlərində görürlər. Yəni uşaqların, əsasən də kişilərin valideynləri sağ olduğu müddətdə qərar verməsində hər zaman inkişaf olmur.
Birdən-birə özü qərarvermə situasiyasına düşəndə böyük sıxıntılar yaşaya bilirlər. Bu gün Azərbaycanda 30 yaşında belə özləri qərar verə bilməyən insanlar var ki, mütləq şəkildə valideynləri onların yerinə qərar verir".
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1044 Tarix: 26 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşCəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR
"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə
11.09.2021 2925 Peyvənd olunana pulsuz dönər təklifi
Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin
16.09.2021 1185 İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO
Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini
13.09.2021 2197 Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı
Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi
12.09.2021 3724 Ayaq qoxusuna son
Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi
10.09.2021 1505 Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO
Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları
14.09.2021 2022 DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı
Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın
15.09.2021 1292 Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO
Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd
11.09.2021 1188 Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm
11.09.2021 659