Bir velosipedlə narkotikdən qurtulan aktyoru məzara nə apardı? - VİDEO
Robin Uilyams 1951-ci ildə dünyaya gəlib.
Robinin atası "Ford" şirkətinin uğurlu icraçısı Robert Uilyams, anası keçmiş model Laurie McLaurin Smith idi.
Uilyams ailəsi çox zəngin idi. Robin 11 yaşında olanda ailə Çikaqodan Detroit ətrafına köçür və burada 40 otaqlı evdə məskunlaşırlar.
Var-dövlət və məşhur nəsil ona xoşbəxtlik gətirmir. Oğlan tənha idi və valideynlərindən daha çox qulluqçularla ünsiyyət qururdu. Bahalı oyuncaqlar və dəbdəbə artıq çəkidən əziyyət çəkən və buna görə də çox utancaq olan Robinə xoşbəxtlik gətirmirdi.
Aktyor xatirələrində ilk illər yeganə yoldaşının və dostunun yalnız təxəyyülü olduğunu etiraf edib. Anasından miras qalan yumor hissi Robin Uilyamsa utancaqlığı aradan qaldırmağa və dostlar tapmağa kömək etdi.
Robin böyüdükcə sinifdə ən populyar oğlan olmağı bacardı. O, həm də dram dərnəyində mükəmməl aktyorluq qabiliyyətini göstərdi.
Məktəbi bitirdikdən sonra Robin Uilyams aktyorluq təhsilini davam etdirmək qərarına gəlir. 1973-cü ildə məşhur Nyu-York Juilliard Məktəbinin tələbəsi olur və burada teatr sənəti üzrə təhsil alır. Amma 3 ildən sonra müəllimi Con Hausmenin məsləhəti ilə ordan ayrılır və o, Robinə Los-Ancelesə getməyi məsləhət görür.
Robin Uilyamsın yaradıcılığı Los-Ancelesə köçdükdən sonra başladı, burada o, ilk dəfə komediya aktyoru kimi müxtəlif klubların səhnələrində göründü.
Bir gün məşhur prodüser Corc Şletter Robini görür və onu məşhur televiziya şousu "Lough-In"ə dəvət edir. Lakin bir müddət sonra layihə tamaşaçılarını itirir və bağlanır. Gənc sənətçi klublardakı əvvəlki çıxışlarına qayıtmalı olur.
"Komediya Eynşteyni" adlandırılan Robin Uilyams Amerikanın məşhur klublarına, daha sonra isə Böyük Britaniyaya dəvət olunur. Burada sənətçi tez bir zamanda çox məşhurlaşır, tezliklə "The Richard Pryor Show"a dəvət edilir. Demək olar ki, bütün komediya ustaları bu verilişin aktyor heyətinə qoşulmağı xəyal edirdilər. Robin Uilyams filmdə debütünü 1978-ci ildə edir.
Rejissor Harri Marşall Robini bir dəfə klubların birində görür və onu "Xoşbəxt günlər" serialında yadplanetli roluna dəvət edir. Mork kimi uğurlu obrazı prodüserlərə "Mork və Mindi" komediya şousunu yaratmaq ideyasını verir. Serial 1978-ci ildə ABC kanalında çıxır və 4 il yayımlanır. O vaxtdan bəri Mork ABŞ-də ən çox tanınan personaj olur.
Robin Uilyamsın fotoşəkilləri böyük qəzet və jurnalların üz qabığında dərc olunur. Sənətçi müxtəlif verilişlərin daimi qonağı olur.
"Popey" filmindəki baş rol aktyora daha da böyük şöhrət gətirir. Bir neçə cizgifilmini səsləndirən Robin daha çox "Ələddin" cizgifilmindəki "Cin" obrazını səsləndirməsi ilə yadda qaldı.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1220 Tarix: 19 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşCəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR
"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə
11.09.2021 2925 Peyvənd olunana pulsuz dönər təklifi
Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin
16.09.2021 1185 İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO
Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini
13.09.2021 2197 Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı
Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi
12.09.2021 3724 Ayaq qoxusuna son
Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi
10.09.2021 1505 Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO
Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları
14.09.2021 2022 DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı
Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın
15.09.2021 1292 Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO
Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd
11.09.2021 1188 Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm
11.09.2021 659