Alimlərdən gözlənilməz açıqlama: "Yadplanetlilər artıq aramızdadır"
"Süni intellekt yadplanetli həyatın bir formasıdır və bu insanların Darvinin təkamülünün zirvəsinə çatdığına işarə edir".
Bunu britaniyalı krallıq astronomu lord Martin Ris deyib.
Onun sözlərinə görə, yadplanetlilər artıq aramızdadır və bunlar elmi fantastika filmlərində olduğu kimi kiçik yaşıl adamlar deyil.
"Qeyri-üzvi intellektin insan intellektinə çatması və ya onları üstələməsi üçün daha bir və ya iki əsr keçə bilər.
Çoxları insanların zəkanın zirvəsində olduğunu düşünür, lakin, ola bilsin ki, bizim növümüz daha çox süni intellektə gedən yolda bir mərhələni təmsil edir. Bu, kosmosun niyə bizim kimi həyatdan bu qədər boş göründüyünü izah edə bilər.
Kainatda qeyri-üzvi zəkaya təkamül yolu ilə keçid qaçılmazdırsa, çətin ki, teleskoplarımız hələ də bu formada təcəssüm olunduğu dövr ərzində insan zəkasını tuta bilələr. Mümkündür ki, yadplanetlilər artıq çoxdan mövcud olan digər üzvi varlıqların uzaq elektron nəslindən olacaqlar", - deyə alim bildirib.
Ris, yadplanetlilərin hesab edildiyindən daha sülhsevər olduqlarını düşünür.
"Onların bizimlə eyni əsas istəkləri olmaya bilər. Darvinizmin təzyiqi altında biz ekspansionist bir növə çevrilmişik. Seçim zəkaya üstünlük, eyni zamanda həm də aqressiyaya üstünlük verib. Amma darvinizmin təzyiqi bu süni formasiyalara aid edilmədikcə, onların aqressiv olmaları üçün heç bir səbəb yoxdur. Ola bilsin ki, onlar sadəcə dərin bir şey haqqında düşünmək istəyirlər", - deyə Kembric Universitetinin əməkdaşı və "Elm bizi xilas edərsə" və "Astronavtların sonu" kitabının həmmüəllifi yazır.
Alim insanların niyə hələ də yadplanetlilərlə qarşılaşmadığını da izah edir:
"Onları görməməyimiz və ya onlar tərəfindən işğal olunmadığımız o demək deyil ki, orada heç nə yoxdur. Onlar daha çox müşahidəçi ola bilərlər. Biz kosmosun "böyük sükutu"nun onların yoxluğu və ya sadəcə istəkləri olduğunu qiymətləndirə bilmərik", - deyə alim vurğulayıb.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1216 Tarix: 12 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşOvuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?
Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin
16.09.2021 1627 Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı
Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu
13.09.2021 1024 Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...
Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin
18.09.2021 882 Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...
Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın
14.09.2021 1495 "Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"
Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi
12.09.2021 5476 İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA
Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü
11.09.2021 2356 Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO
Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib
14.09.2021 2001 Bu köpəkbalığı donuza oxşayır - FOTO
İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə
10.09.2021 1424 Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!
16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604
13.09.2021 1018