Avtomobillərə əlçatanlıq asanlaşır: 2000 yeni maşın icarə sistemini geridə qoyacaq? - ARAŞDIRMA

Avtomobillərə əlçatanlıq asanlaşır: 2000 yeni maşın icarə sistemini geridə qoyacaq? - ARAŞDIRMAAzərbaycanda avtomobillərin saatlıq və günlük icarəsini nəzərdə tutan yeni startap fəaliyyətə başlayacaq. 2024-cü ilin yanvarından işə düşəcək mobil tətbiq vasitəsilə istifadəçilər elektrikli nəqliyyat vasitələrini icarəyə götürə biləcəklər.

İlkin məlumatlara görə, 20 yaşına çatmış, iki il sürücülük təcrübəsi olan istənilən Azərbaycan vətəndaşı bu həldən istifadə edə biləcək. Elektrik avtomobilləri yalnız Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) həvalə edilmiş yerüstü dayanacaqlarda dayanacaq.

Öncə elektrik avtomobillərinin sayı 50 olacaq, sonra 200-ə, üç il müddətində isə 2000-ə çatdırılacaq. Avtomobillər Çin istehsalı olacaq.

Sistemin mənfi və müsbət tərəfləri nə olacaq? Bu avtomobillərin ustaları, servisləri kifayət edəcəkmi?

Oxu.Az-ın bu və digər suallarını "Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası" (AADA) İctimai Birliyinin icraçı direktoru Eyyub Əliyev cavablandırıb. O bildirib ki, hazırda ölkəyə rəsmi şəkildə gətirilən Çin istehsalı olan elektrik avtomobillərinin servis xidməti və ustaları var:

"Hazırda servislərdə çalışan ustaların ixtisasartırma prosesi davam edir. Bildiyiniz kimi, elektrik mühərriki ilə təchiz edilmiş avtomobillərin digər daxili yanma mühərriki ilə işləyən avtomobillərdən fərqi çoxdur. Bu avtomobil başdan-ayağa elektronikadır və ustanın kiçik bir səhvi elektrik cərəyanından xəsarət almasına gətirib çıxara bilər. Rəsmi servislərdə ustaların ixtisasartırma işləri sürətlə gedir və ümid edirəm ki, yaxın bir il ərzində onlar müştərilərə yüksək səviyyədə xidmət göstərəcəklər.

O ki qaldı qeyri-rəsmi formada ölkəyə gətirilən avtomobillərə, onların nə servisi var, nə də ustaları. Onlar kor-koranə formada satılır. Amma qeyd etdiyiniz startap üçün avtomobillərin ölkəyə gətirilməsi, yəqin ki, rəsmi avtomobil idxalçısı ilə imzalanacaq müqavilə əsasında olacaq. Bununla da o avtomobillərin ehtiyat hissələrinə olan tələbat və servis problemləri qarşılanacaq".

Bəs icarəyə götürülən nəqliyyat vasitələrinin təhlükəsizlik məsələsi necə tənzimlənəcək?

Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyevin sözlərinə görə, sözügedən layihə üzrə icarəyə veriləcək elektromobillər GPS sistemi vasitəsilə izlənəcək:

"Onlara yalnız bu cür nəzarət mexanizmi təşkil edilə bilər. Düşünürəm ki, elektrik avtomobilləri, ilk növbədə, ekoloji cəhətdən çox faydalıdır. İstənilən halda yeni layihədir, ölkəmiz üçün müsbət haldır. Yeni, ekoloji cəhətdən təmiz avtomobillərin çoxalması yaxşı xəbərdir. Amma mən daha çox sərnişindaşıma fəaliyyətinə yararlı nəqliyyat vasitələrinin, ictimai nəqliyyatın növlərinin artmasını, eləcə də, onlara üstünlük verilməsini gözləyirəm".

Bu layihənin hazırda mövcud olan avtomobil icarəsindən fərqi nə olacaq? İcarə haqqı hansı meyarlara əsasən hesablanacaq, hansı formada ödəniləcək? İki min elektrik avtomobili respublika yollarında tıxacların artmasına gətirib çıxarmayacaqmı?

Avtomobil üzrə ekspert Eldəniz Cəfərov yeni startap layihəsinin "car sharing" olduğunu diqqətə çatdırıb:
"Bu bir növ avtomobilin paylaşılması deməkdir. Hazırda mövcud olan "rent a car" sistemi isə avtomobilin icarəsini təşkil edir. Hər ikisində bir növ avtomobilin kirayəsidir, lakin tətbiqlər fərqlidir. İki sistemin əsas fərqi budur ki, startap layihəsi çərçivəsində elektrik avtomobilləri şəhərin müxtəlif ərazilərində yerləşdirilir. Vətəndaş kənar müdaxilə olmadan tətbiqdə həmin avtomobil üçün verilən kod vasitəsilə avtomobili icarəyə götürür. Həmin avtomobili müəyyən A məntəqəsindən müvafiq B məntəqəsinə qədər idarə edir. Daha sonra avtomobili B məntəqəsində ayrılan müvafiq yerlərdə saxlayır. Daha sonra bir başqa vətəndaş da eyni qaydada həmin avtomobillərdən istifadə edir.

Bu sistem artıq Avropada və Amerika Birləşmiş Ştatlarında çoxdan tətbiq edilir. Ölkəmizdə isə yeni olacaq. Düşünürəm ki, tətbiqi uğurlu olacaq".

İki min elektrik avtomobili respublika yollarında tıxacların artmasına gətirib çıxarmayacaqmı?

E.Cəfərov deyir ki, bu maşınların yollarda tıxacları artıracağına inanmır:

"Bu sistemdəki maşın sayı ilkin mərhələdə çox deyil. Düşünmürəm ki, tıxaclara səbəb olsun. Eləcə də, bu layihənin vətəndaşların hərəkət sərbəstliyini artıracağını düşünürəm. Mənfi cəhəti olacağına inanmıram. Xüsusilə də, həmin avtomobillər ekoloji təmiz hesab olunur və öz-özlüyündə müsbət cəhətləri çoxdur. Eləcə də, vətəndaşların nəqliyyat vasitələrinə əlçatanlığını asanlaşdırır, təmin edir".

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, ölkədə 1,4 milyondan çox minik avtomobili mövcuddur. Bunun 1,3 milyondan çoxu şəxsi minik avtomobillərinin payına düşür.

Azərbaycanda minik avtomobillərinin yaş strukturuna görə, bazarda yaşı iki ilə qədər olan minik avtomobillərin payı 2%, iki ildən beş ilə qədər olan minik avtomobillərinin - 3%, beş ildən on ilə qədər olan minik avtomobillərinin isə - 11,9%-dir. Beləliklə, yaşı 10 ildən artıq olan minik avtomobillərinin payı 80%-dən çoxdur.

İstehsal tarixi 10 ildən çox olan avtomobil idxalının məhdudlaşdırılmasının yaradacağı imkanlar isə aşağıdakılardır:

Ekoloji təmiz olan hibrid və elektrik avtomobillərinin ölkəyə gətirilməsini stimullaşdıracaq, yararsız avtomobillərin dövriyyədən çıxarılması ilə avtomobil parkı yenilənəcək, yol-nəqliyyat hadisələrinə səbəb olan hallar azalacaq, ekoloji təmiz avtomobillərin sayının artması karbon emissiyasının azalmasına və daha sağlam ətraf mühitin olmasına səbəb olmaqla, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in icrasını sürətləndirəcək, insanların həyat və sağlamlığının və ətraf mühitin qorunması, avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılmasına gətirib çıxaracaq, ölkəmizdə avtomobil istehsalının stimullaşdırılmasına səbəb olacaq, avtomobil istehsalı sahəsi üzrə ixtisaslı kadrların artmasına imkan yaradacaq.

Xatırladaq ki, elektrik mühərriki ilə işləyən avtomobillərin 2019-cu il yanvarın 1-dən etibarən ölkə ərazisinə idxalı əlavə dəyər vergisindən azad edilib. 2022-ci il yanvarın 1-dən elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı, satışı, habelə həmin avtomobillər üçün 2-ci və 3-cü səviyyə elektrik enerjisi doldurucularının və istehsal tarixi üç ildən və mühərrikinin həcmi 2 500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı üç il müddətinə ƏDV-dən azad edilib. Nazirlər Kabinetinin 94 №-li qərarı dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minib.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1030   Tarix: 11 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.