Acun İlıcalı: "Survivor"un yarımfinalını Azərbaycanda təşkil edə bilərik" - FOTO
"Seminarda insanlara mühüm mesajlar verəcəyəm".
Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında türkiyəli iş adamı Acun İlıcalı deyib.
O, seminarda xatirələrindən bəhs edəcəyini dilə gətirib:
"Allah mənə hər kəsə nəsib etməyən şeyləri verdi. Keçmişimdə çox acı var. Acılarımın ağırlığı uğurlarımdan daha çoxdur. İnsanlara çox mühüm mesajlar verəcəyəm. Çünki həyatın iki tərəfini yaşamışam, həm dibini, həm də zirvəsini görmüşəm. Seminarda xatirələrimdən bəhs edəcəyəm. Mən müxbirlik həyatımdan sonrakı hissəni danışacağam".
A.İlıcalı sonda Azərbaycan ilə bağlı planlarından da söhbət açıb:
"Azərbaycanla bağlı layihələr düşünürük. Layihələr olmasını istəyərəm. Çox istəyərəm ki, burada bir şou proqram edək. "Survivor"un yarımfinalını Azərbaycanda təşkil edə bilərik. Niyə də olmasın? Burada həm yaxşı insanlar çoxdur, həm də bizə böyük maraq var".
19:32
"Sanki öz vətənimdəyəm".
Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında türkiyəli iş adamı Acun İlıcalı deyib.
O qeyd edib ki, Türkiyə və Azərbaycan iki dövlət bir millət olduğunu dəfələrlə nümayiş etdirib:
"Azərbaycanlı qardaşlarımızın diqqətini hər zaman hiss edirəm. Aramızdakı bağlılığı bilirəm və sanki öz vətənimdəyəm. Tarix boyu çətin günlər yaşadıq. Lakin iki dövlət bir millət olmağı bacardıq, ağır sınaqlardan keçdik".
Bakıya ikinci dəfədir gəldiyini söyləyən A.İlıcalı bundan sonra ölkəmizi tez-tez ziyarət edəcəyini qeyd edib:
"Hesab edirəm ki, buranı daha çox ziyarət etməliyəm. Mənə olan sevginin qarşılığını verməliyəm. Çünki mən də azərbaycanlı qanı daşıyıram. Atamın anası azərbaycanlıdır. Azərbaycana bağlılığım da buradan qaynaqlanır. Uşaq yaşlarından Azərbaycanı sevirəm".
19:11
Bu gün türkiyəli iş adamı Acun İlıcalı Bakıya səfər edib.
Oxu.az xəbər verir ki, türkiyəli iş adamı səfər zamanı ilk olaraq Fəxri xiyabanda ümummilli lider Heydər Əliyev və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib.
Qeyd edək ki, iş adamının bu gün İnnovativ inkişaf və fürsətlər seminarı baş tutacaq.





BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1697 Tarix: 22 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Qış aylarlarının yaxınlaşması ilə birlikdə elektrik, su və istilik sistemlərində baş verə biləcək xətalara qarşı evlərdə bəzi hazırlıqlar görülməlidir. mütəxəssis tövsiyələri çərçivəsində hazırlanan bələdçi fövqəladə hallarda əsas ehtiyacların fasiləsiz qarşılana bilməsi üçün evdə saxlanılmalı olan məhsullar
19.09.2026 304 Toyuğun döşü, yoxsa budu daha faydalıdır?
Toyuq döşü adətən sağlam qidalanmağa diqqət edən insanlar üçün daha yaxşı seçim hesab olunur. O, yağsızdır, zülalla zəngindir və nisbətən az yağ ehtiva edir. Bud əti isə daha yağlı və kalorili olduğundan bəzən avtomatik olaraq daha az faydalı seçim kimi qiymətləndirilir. Lakin əslində məsələ o qədə
19.09.2026 247 Toyuq əvvəl yaranıb, yoxsa yumurta? - Elm cavab verdi
Əsrlərdir müzakirə olunan "Əvvəl toyuq yaranıb, yoxsa yumurta?" sualına elm cavab verib. Təkamül biologiyasına görə, bu sualın cavabı yumurtadır. Çünki yumurta qoyan canlılar toyuqlardan yüz milyonlarla il əvvəl mövcud olub. xarici mediaya istinadən xəbər verir ki, paleontoloji araşdırmala
00:33 366 Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Mətbəx siyirtmələrinin içini alüminium folqa ilə örtmək üsulu sosial şəbəkələrdə yayılan ev baxımı praktikaları sırasına daxil olub. Bu üsul siyirtmə səthlərini nəmdən və yemək qalıqlarından qorumaq, təmizliyi asanlaşdırmaq və siyirtmənin içindəki işığı artırmaq məqsədilə istifadə olunur. xəbər veri
20.09.2026 574 Gecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər
Adi duz təkcə mətbəxdə deyil, ev təmizliyində də istifadə oluna bilər. Duzu soda və bitki yağı ilə qarışdıraraq unitazın təmizlənməsi üçün ev üsulu hazırlamaq təklif olunur. Qarışıq çirk, ərp və xoşagəlməz qoxulara təsir etməsi üçün bir neçə saat və ya bütün gecə saxlanılır. xəbər verir ki, bu vasitən
20.09.2026 253 "Ərini oğurlamışıq, pul ver!" - Mesajların arxasından görün kim çıxdı
Argentinada polis həyat yoldaşından pul almaq üçün özünün oğurlanmasını uydurmaqda şübhəli bilinən kişini saxlayıb. bu barədə "Noticias24" nəşrinə istinadən xəbər verir. Rosario şəhərinin sakini ərinin telefonundan guya onun oğurlanması ilə bağlı mesajlar gəlməyə başladıqdan sonra polisə müraciə
20.09.2026 253 WhatsApp 1 oktyabrdan etibarən hər mesaj üçün ÖDƏNİŞ ALMAĞA BAŞLAYACAQ
WhatsApp Qazaxıstanda biznes hesabları üçün yeni qiymət siyasətinə keçir. Oktyabrın 1-dən qüvvəyə minməsi planlaşdırılan sistemə əsasən, avtomatlaşdırılmış mesajlaşma və WhatsApp Business Platformundan istifadə edən şirkətlər müəyyən saydan artıq mesaj göndərdikdə əlavə ödəniş etməli olacaq. xəbər veri
00:27 245 Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqabı geyinərkən bədənin ağırlıq mərkəzi önə doğru dəyişir. Bu zaman tarazlığı qoruma
20.09.2026 287 Alimlər yeni pişik növü aşkarladı - Adı belə qoyuldu
Boliviyada elmə əvvəllər məlum olmayan yeni vəhşi pişik növü aşkar edilib. Yeni növə Leopardus tilcayo adı verilib və o, Tilcayo pələng pişiyi kimi tanınacaq. "National Geographic" jurnalına istinadən xəbər verir ki, alimlər bu pişik növünü ilk dəfə 2016-cı ildə müşahidə ediblər. Lakin onu
20.09.2026 239