"Uşağın təhsil almasında ata-ananın münasibətindən çox şey asılıdır"
"Uşağın təhsil almasında ata və ananın münasibətindən çox şey asılıdır".
Bu sözləri Musavat.com-a açıqlamasında Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov deyib.
Psixoloq qeyd edib ki, uşağın təhsilə yönləndirilməsində valideyn faktoru böyük rol oynayır:
"Burada əsas, vacib rol ananın üzərinə düşür. Çünki uşaqla ən çox zaman keçirən və onu ən yaxşı formada tanıyan anadır. Bununla bağlı məşhur deyim də var ki, təhsilli bir ana təhsilli bir cəmiyyətin olması deməkdir.
Əlbəttə, qız uşaqlarının təhsil almasına xüsusi diqqət yetirməliyik. Bu gün qız uşaqları təhsil prosesində aktiv iştirak edirlər. Azərbaycanda və dünyada nüfuzlu ali məktəblərdə təhsil alırlar, beynəlxalq olimpiadalarda aktivdirlər. Bütün bunlar sevindirici haldır, bizə gələcəyə daha nikbin baxmağa imkan verir. Əgər biz gələcəkdə daha sağlam cəmiyyət arzulayırıqsa, qızların təhsil almasına xüsusi diqqət etməliyik".
Psixoloqun fikrincə, ananın təhsilli olmaması uşağın təhsilsiz olmasına, yaxud təhsil ala bilməyəcəyinə dəlalət etmir:
"Ana müxtəlif səbəblərdən sistematik təhsil almaya bilər (ailə vəziyyəti buna imkan verməyə bilər, təhsilin əlçatan olmaması buna səbəb ola bilər). Bizim kifayət qədər nümunəmiz var ki, ana özü sistemli təhsil almayıb, ancaq övladı yaxşı oxuyur, yüksək təhsil alıb. Əvvəllər bu cür nümunələrə daha çox rast gəlirdik. Çünki təhsil sistemi fərqli idi. Ananın bu prosesdə passiv müşahidəçi olması kifayət edirdi. Ancaq bugünkü təhsil sistemi anadan aktiv olmağı, uşağı ilə bərabər təhsil prosesinə qoşulmağı tələb edir. Bu səbəbdən də ananın təhsili burada mühüm rol oynayır.
Eyni zamanda biz müasir təhsilin tələblərini mənimsəməliyik. Müasir təhsil prosesində pedaqoji bacarıqla yanaşı, psixoloji bacarıqlar da tələb olunur. Təhsilin özü psixolojiləşib. Bu, çox vacib məqamdır. Təhsil bu gün bizdən nə istəyir, bunu anlamalıyıq. Ənənəvi təhsil keçmişdə qalır. Çünki yeni ixtisaslar, yeni peşələr yaranır ki, bu da çevik və dinamik olmağımızı tələb edir.
Sevindirici hal ondan ibarətdir ki, bu gün cəmiyyət təhsilin əhəmiyyətini qəbul edir, qız uşaqlarının təhsilinə xüsusi diqqət yetirir. Bu isə bizi gələcəyə daha nikbin baxmağa sövq edir".
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1862 Tarix: 22 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGecələr ürəyimiz niyə zərərli qidalar istəyir?
Şam yeməyindən sonra mətbəxə tərəf addımlamaq bir çox insan üçün adi hallardan biridir. Araşdırmalar göstərir ki, insanların təxminən üçdə biri, 18-24 yaş arası gənclərin isə 80 faizi axşam yeməyindən sonra qəlyanaltı edir. Lakin dietoloq Dr. Kristina Bolyo yatmazdan iki saat əvvəl yemək yeməyin kökəlm
06.11.2026 492 Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün
Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul
07.11.2026 391 Tək səyahət üçün ən yaxşı şəhərlər - Siyahı
Təkbaşına səyahət etmək son illərdə sürətlə məşhurlaşsa da, düzgün istiqamət seçmək xüsusilə ilk dəfə yola çıxanlar üçün asan deyil. Beynəlxalq yük saxlama platforması "Radical Storage" tərəfindən hazırlanan "Tək Səyahət İndeksi" ("Solo Travel Index") Avropanın ən çox ziyarə
03.11.2026 664 Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
İngiltərədə bir kolleksiyaçının cəmi 15 sterlinqə aldığı sınıq və qapaqsız çaydanlığın ABŞ-da istehsal edilmiş ən qədim çini nümunələrindən biri olduğu üzə çıxıb. Təxminən 30 ildir keramika kolleksiyası toplayan alıcının diqqətini çəkən tarixi əşya hərracda 575 min sterlinqə satılıb. Çaydanlıq Nyu-Yorkdak
07.11.2026 364 Hər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı
Bəzi ət növlərinin yüksək doymuş yağ və duz tərkibi ilə ürək-damar sağlamlığına mənfi təsir göstərə biləcəyini vurğulayan mütəxəssislər xüsusilə 4 ət növünün istehlakında diqqətli olmağı tövsiyə edirlər. xəbər verir ki, yağlı ət hissələrinin və emal olunmuş məhsulların həddindən artıq istehlakı "pi
07.11.2026 361 Yumurta qızartmaq üçün kərə yağını unudun - Aşpazlardan fərqli üsul
Adi qayğanağın dadını dəyişmək üçün mürəkkəb reseptlərə ehtiyac yoxdur. Cəmi bir neçə damcı küncüt yağı yumurtaya xüsusi aroma verə, kənarlarının xırtıldayan, sarısının isə yumşaq qalmasına kömək edə bilər. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə "Startlap" nəşri yazıb. Yumurt
08.11.2026 508 Bu qış dəbdə olacaq ayaqqabılar - Stilistdən əsas trendlər
2026-2027-ci ilin qış mövsümündə hündür çəkmələr, 70-ci illərin üslubunu xatırladan zamşa modellər və müxtəlif tokalı botlar dəbdə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə ukraynalı stilist Qalina Denisük UNIAN-a açıqlamasında danışıb. Onun sözlərinə görə, soyuq mövsümdə dizə qədər uzanan çəkmələ
22:15 19 800 illik qala 1 avroya satılır - Fotolar
Almaniyanın Saksoniya torpağında yerləşən Bad-Düben şəhər rəhbərliyi 800 illik tarixə malik Şnaditz su qalasını satışa çıxarıb. "Qafqazinfo" xəbər verir ki, şəhər mülk üçün simvolik olaraq cəmi 1 avro tələb edir, lakin bu "əlverişli" sövdələşmənin arxasında böyük maliyyə öhdəliklər
09.11.2026 374 Sahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?
İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona
08.11.2026 374