Yeni pandemiya COVID-dən də pis olacaq

Yeni pandemiya COVID-dən də pis olacaqÜmumdünya Səhiyyə Sammitində (WHS) çıxış edənlər bildirib ki, dünya COVID-19 kimi yeni pandemiyadan qorunmayıb. Yeni qlobal epidemiyanın qarşısını almaq üçün ölkələr arasında əməkdaşlıq və heyvanların mühafizəsinin gücləndirilməsi də daxil olmaqla elmi tədqiqatlara əsaslanan vahid yanaşma lazımdır.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə beynəlxalq heyvanları mühafizə təşkilatı "FOUR PAWS International" məlumat yayıb.

Berlində keçirilən ÜSS illik toplantısında təşkilatın prezidenti Aksel Pris vurğulayıb ki, dünyanın yeni pandemiyaya hazırlığı aşağı səviyyədədir və o COVID-19-dan daha pis ola bilər.

Hazırda Ümumdünya Səhiyyə Təşkilatına üzv dövlətlər tərəfindən müzakirə olunan pandemiyanın qarşısının alınması, hazırlıq və cavab tədbirləri haqqında saziş ətrafında da müzakirə aparılıb. ÜST-nin baş hüquqşünası Stiven Solon hesab edir ki, razılaşma 2024-cü ilin may ayına qədər tamamlana bilər.

Görüşdə pandemiyanın qarşısının alınması üçün görünməmiş miqyasda qlobal əməkdaşlığın tələb olunacağı qənaətinə gəlinib. Heyvanların və ətraf mühitin mühafizəsi də daxil olmaqla, elmi əsaslı tədbirlər patogenlərin heyvanlardan insanlara ötürülməsinin qarşısını almaq üçün lazımdır.

"Heyvanlarla rəftarımızdakı paradiqma dəyişikliyi ictimai sağlamlığa yeni qlobal yanaşmanın mərkəzində olmalıdır", deyə "FOUR PAWS" pandemiya şöbəsinin rəhbəri Nina Camal yekunlaşdırıb.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1099   Tarix: 21 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Gecələr ürəyimiz niyə zərərli qidalar istəyir?

Şam yeməyindən sonra mətbəxə tərəf addımlamaq bir çox insan üçün adi hallardan biridir. Araşdırmalar göstərir ki, insanların təxminən üçdə biri, 18-24 yaş arası gənclərin isə 80 faizi axşam yeməyindən sonra qəlyanaltı edir. Lakin dietoloq Dr. Kristina Bolyo yatmazdan iki saat əvvəl yemək yeməyin kökəlm

06.11.2026 492
.

Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün

Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul

07.11.2026 391
.

Tək səyahət üçün ən yaxşı şəhərlər - Siyahı

Təkbaşına səyahət etmək son illərdə sürətlə məşhurlaşsa da, düzgün istiqamət seçmək xüsusilə ilk dəfə yola çıxanlar üçün asan deyil. Beynəlxalq yük saxlama platforması "Radical Storage" tərəfindən hazırlanan "Tək Səyahət İndeksi" ("Solo Travel Index") Avropanın ən çox ziyarə

03.11.2026 664
.

Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı

İngiltərədə bir kolleksiyaçının cəmi 15 sterlinqə aldığı sınıq və qapaqsız çaydanlığın ABŞ-da istehsal edilmiş ən qədim çini nümunələrindən biri olduğu üzə çıxıb. Təxminən 30 ildir keramika kolleksiyası toplayan alıcının diqqətini çəkən tarixi əşya hərracda 575 min sterlinqə satılıb. Çaydanlıq Nyu-Yorkdak

07.11.2026 364
.

Hər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı

Bəzi ət növlərinin yüksək doymuş yağ və duz tərkibi ilə ürək-damar sağlamlığına mənfi təsir göstərə biləcəyini vurğulayan mütəxəssislər xüsusilə 4 ət növünün istehlakında diqqətli olmağı tövsiyə edirlər. xəbər verir ki, yağlı ət hissələrinin və emal olunmuş məhsulların həddindən artıq istehlakı "pi

07.11.2026 361
.

Yumurta qızartmaq üçün kərə yağını unudun - Aşpazlardan fərqli üsul

Adi qayğanağın dadını dəyişmək üçün mürəkkəb reseptlərə ehtiyac yoxdur. Cəmi bir neçə damcı küncüt yağı yumurtaya xüsusi aroma verə, kənarlarının xırtıldayan, sarısının isə yumşaq qalmasına kömək edə bilər. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə "Startlap" nəşri yazıb. Yumurt

08.11.2026 508
.

Bu qış dəbdə olacaq ayaqqabılar - Stilistdən əsas trendlər

2026-2027-ci ilin qış mövsümündə hündür çəkmələr, 70-ci illərin üslubunu xatırladan zamşa modellər və müxtəlif tokalı botlar dəbdə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə ukraynalı stilist Qalina Denisük UNIAN-a açıqlamasında danışıb. Onun sözlərinə görə, soyuq mövsümdə dizə qədər uzanan çəkmələ

22:15 19
.

800 illik qala 1 avroya satılır - Fotolar

Almaniyanın Saksoniya torpağında yerləşən Bad-Düben şəhər rəhbərliyi 800 illik tarixə malik Şnaditz su qalasını satışa çıxarıb. "Qafqazinfo" xəbər verir ki, şəhər mülk üçün simvolik olaraq cəmi 1 avro tələb edir, lakin bu "əlverişli" sövdələşmənin arxasında böyük maliyyə öhdəliklər

09.11.2026 374
.

Sahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?

İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona

08.11.2026 374
.