Özü ilə evlənən qadın toya yarım milyon xərclədi
Amerikada özü ilə evlənən bir qadın toyuna yarım milyon rubl (təxminən 9 min manat) xərc çəkib.
Milli.Az lent.az-a istinadən bildirir ki, 39 yaşlı Andria Conson ilk dəfə 2015-ci ildə evlənib. Qadının keçmiş əri ondan 14 yaş böyük olub. Zaman keçdikcə bu, qarşılıqlı anlaşılmazlıq və münaqişələrə gətirib çıxarıb. Nəticədə cütlük 2018-ci ildə boşanıb.
Conson bir neçə il keçmiş ərindən ayrıldığı üçün ümidsizliyə qapılıb və emosional ağrının öhdəsindən gəlmək üçün psixoloqa müraciət edib. Bir müddət sonra o, anlayıb ki, iztirabdan qurtulmaq üçün özünü sevmək lazımdır.
"İlk evliliyimdə qarşı tərəfə qeyd-şərtsiz məhəbbət bəxş edərək səhv addım atdım. Çünki ilk öncə o sevgini özümə verməli idim", - deyə o bildirib.
Bunu dərk edən Conson özü ilə evlənmək qərarına gəlib. Özünə evlənmə təklifi edib və bir neçə ay sonra evlənib.
Özü ilə evlənən qadın toya heç bir qonaq dəvət etməyib:
"Bu mərasim mənim üçün şəxsi idi. Mən əhdimi yüksək səslə demək istəyirdim, amma ənənəvi böyük toy istəmirdim".
Mərasim Meksikanın Tulum şəhərində baş tutub. O, qeyri-adi toya təxminən yarım milyon rubl (təxminən 9 min manata) yaxın pul xərcləyib.
Conson etiraf edib ki, bir çoxları onu özü ilə evlənmək qərarına görə mühakimə edib. Bəzi iş yoldaşları onun psixi sağlamlıq problemləri olduğunu düşünərək işdən çıxarılmasını tələb ediblər. Buna görə də Conson işini itirib. Buna baxmayaraq, o, başqalarının fikirlərinə əhəmiyyət vermədiyini bildirir.
"İnsanlar sizin haqqınızda nə istəyirlərsə, onu da düşünəcəklər. Əsas odur ki, siz istədiyinizi edəsiniz. Özümlə evlənmək mənə çox şey öyrətdi. Anladım ki, özümü sevməsəm, münasibətə heç bir töhfə verə bilməyəcəm", - deyə Conson qeyd edib.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1183 Tarix: 15 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Qış aylarlarının yaxınlaşması ilə birlikdə elektrik, su və istilik sistemlərində baş verə biləcək xətalara qarşı evlərdə bəzi hazırlıqlar görülməlidir. mütəxəssis tövsiyələri çərçivəsində hazırlanan bələdçi fövqəladə hallarda əsas ehtiyacların fasiləsiz qarşılana bilməsi üçün evdə saxlanılmalı olan məhsullar
19.09.2026 304 Toyuğun döşü, yoxsa budu daha faydalıdır?
Toyuq döşü adətən sağlam qidalanmağa diqqət edən insanlar üçün daha yaxşı seçim hesab olunur. O, yağsızdır, zülalla zəngindir və nisbətən az yağ ehtiva edir. Bud əti isə daha yağlı və kalorili olduğundan bəzən avtomatik olaraq daha az faydalı seçim kimi qiymətləndirilir. Lakin əslində məsələ o qədə
19.09.2026 247 Toyuq əvvəl yaranıb, yoxsa yumurta? - Elm cavab verdi
Əsrlərdir müzakirə olunan "Əvvəl toyuq yaranıb, yoxsa yumurta?" sualına elm cavab verib. Təkamül biologiyasına görə, bu sualın cavabı yumurtadır. Çünki yumurta qoyan canlılar toyuqlardan yüz milyonlarla il əvvəl mövcud olub. xarici mediaya istinadən xəbər verir ki, paleontoloji araşdırmala
00:33 366 Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Mətbəx siyirtmələrinin içini alüminium folqa ilə örtmək üsulu sosial şəbəkələrdə yayılan ev baxımı praktikaları sırasına daxil olub. Bu üsul siyirtmə səthlərini nəmdən və yemək qalıqlarından qorumaq, təmizliyi asanlaşdırmaq və siyirtmənin içindəki işığı artırmaq məqsədilə istifadə olunur. xəbər veri
20.09.2026 574 Gecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər
Adi duz təkcə mətbəxdə deyil, ev təmizliyində də istifadə oluna bilər. Duzu soda və bitki yağı ilə qarışdıraraq unitazın təmizlənməsi üçün ev üsulu hazırlamaq təklif olunur. Qarışıq çirk, ərp və xoşagəlməz qoxulara təsir etməsi üçün bir neçə saat və ya bütün gecə saxlanılır. xəbər verir ki, bu vasitən
20.09.2026 253 "Ərini oğurlamışıq, pul ver!" - Mesajların arxasından görün kim çıxdı
Argentinada polis həyat yoldaşından pul almaq üçün özünün oğurlanmasını uydurmaqda şübhəli bilinən kişini saxlayıb. bu barədə "Noticias24" nəşrinə istinadən xəbər verir. Rosario şəhərinin sakini ərinin telefonundan guya onun oğurlanması ilə bağlı mesajlar gəlməyə başladıqdan sonra polisə müraciə
20.09.2026 253 WhatsApp 1 oktyabrdan etibarən hər mesaj üçün ÖDƏNİŞ ALMAĞA BAŞLAYACAQ
WhatsApp Qazaxıstanda biznes hesabları üçün yeni qiymət siyasətinə keçir. Oktyabrın 1-dən qüvvəyə minməsi planlaşdırılan sistemə əsasən, avtomatlaşdırılmış mesajlaşma və WhatsApp Business Platformundan istifadə edən şirkətlər müəyyən saydan artıq mesaj göndərdikdə əlavə ödəniş etməli olacaq. xəbər veri
00:27 245 Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqabı geyinərkən bədənin ağırlıq mərkəzi önə doğru dəyişir. Bu zaman tarazlığı qoruma
20.09.2026 287 Alimlər yeni pişik növü aşkarladı - Adı belə qoyuldu
Boliviyada elmə əvvəllər məlum olmayan yeni vəhşi pişik növü aşkar edilib. Yeni növə Leopardus tilcayo adı verilib və o, Tilcayo pələng pişiyi kimi tanınacaq. "National Geographic" jurnalına istinadən xəbər verir ki, alimlər bu pişik növünü ilk dəfə 2016-cı ildə müşahidə ediblər. Lakin onu
20.09.2026 239