Psixoloqlar xəyanətdən sonra barışmağın əsas yolları barədə araşdırma aparıblar

Psixoloqlar xəyanətdən sonra barışmağın əsas yolları barədə araşdırma aparıblarYunanıstanın Nikosiya Universitetinin alimləri evlilik və ya uzunmüddətli münasibətlər zamanı xəyanət edən insanların davranışlarını araşdırıblar. Mütəxəssislər xəyanət etmiş şəxslərin münasibətdən sonra barışmağa çalışdıqları əsas strategiyaları müəyyən ediblər.

Tədqiqat "Evolutionary Behavioral Sciences" (EBS) elmi jurnalında dərc olunub.

Mütəxəssislər üç test çərçivəsində bir sıra müsahibələr və açıq sorğulardan istifadə edərək, xəyanət edən insanların bağışlanmaq üçün müraciət etdikləri üsullar toplusunu müəyyən ediblər.

Tədqiqatçılar müəyyən ediblər ki, tədqiqat iştirakçıları aldadılmış tərəfin münasibətlərinin vacibliyinə israr edərək onların sevgisini geri qaytarmağa çalışırlar.

Digər bir ümumi strategiya, baş verənlərə görə günahı aldadılmış tərəfin üzərinə atmaq olub. Xəyanət etmiş şəxslər həyat yoldaşının emosional soyuqluğu, onların hisslərinə məhəl qoymaması ilə xəyanətə haqq qazandırıblar və ya hətta xəyanətdə (real və ya uydurma) əks ittihamlar irəli sürüblər.

İştirakçılar, həmçinin xəyanətin alkoqolun təsiri altında baş verdiyini deyərək, xəyanəti əhəmiyyətsizləşdiriblər.

Xəyanətkar tərəf tərəfdaşını barışmağa razı salmaq üçün çox vaxt qohumlarından (o cümlədən uşaqlar) və dostlarından istifadə edib.
Xəyanət edənlər baş verənlərin bir daha təkrar olunmayacağına inandırmağa çalışıblar.

Nəhayət, xəyanət üstündə tutulmuş insanlar xəyanətə məruz qalan tərəfə keşişə, evlilik məsləhətçisinə və s. müraciət edərək münasibətləri bərpa etməyi təklif ediblər.

Sonradan seçilmiş 416 nəfərdən ibarət qrupun iştirakçılarının 40%-dən çoxu bu strategiyalardan ən azı birini istifadə edərək, xəyanətkar tərəfi bağışlamağa inandıqlarını bildiriblər.

Tədqiqatçılar bu strategiyaların çox effektiv ola biləcəyini hesab edirlər, baxmayaraq ki, onların effektivliyinə digər amillərlə yanaşı, insanın cinsi, yaşı və insanın şəxsi xüsusiyyətləri də böyük təsir göstərir.(oxu.az)


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1502   Tarix: 08 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Gecələr ürəyimiz niyə zərərli qidalar istəyir?

Şam yeməyindən sonra mətbəxə tərəf addımlamaq bir çox insan üçün adi hallardan biridir. Araşdırmalar göstərir ki, insanların təxminən üçdə biri, 18-24 yaş arası gənclərin isə 80 faizi axşam yeməyindən sonra qəlyanaltı edir. Lakin dietoloq Dr. Kristina Bolyo yatmazdan iki saat əvvəl yemək yeməyin kökəlm

06.11.2026 492
.

Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün

Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul

07.11.2026 391
.

Tək səyahət üçün ən yaxşı şəhərlər - Siyahı

Təkbaşına səyahət etmək son illərdə sürətlə məşhurlaşsa da, düzgün istiqamət seçmək xüsusilə ilk dəfə yola çıxanlar üçün asan deyil. Beynəlxalq yük saxlama platforması "Radical Storage" tərəfindən hazırlanan "Tək Səyahət İndeksi" ("Solo Travel Index") Avropanın ən çox ziyarə

03.11.2026 664
.

Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı

İngiltərədə bir kolleksiyaçının cəmi 15 sterlinqə aldığı sınıq və qapaqsız çaydanlığın ABŞ-da istehsal edilmiş ən qədim çini nümunələrindən biri olduğu üzə çıxıb. Təxminən 30 ildir keramika kolleksiyası toplayan alıcının diqqətini çəkən tarixi əşya hərracda 575 min sterlinqə satılıb. Çaydanlıq Nyu-Yorkdak

07.11.2026 364
.

Hər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı

Bəzi ət növlərinin yüksək doymuş yağ və duz tərkibi ilə ürək-damar sağlamlığına mənfi təsir göstərə biləcəyini vurğulayan mütəxəssislər xüsusilə 4 ət növünün istehlakında diqqətli olmağı tövsiyə edirlər. xəbər verir ki, yağlı ət hissələrinin və emal olunmuş məhsulların həddindən artıq istehlakı "pi

07.11.2026 361
.

Yumurta qızartmaq üçün kərə yağını unudun - Aşpazlardan fərqli üsul

Adi qayğanağın dadını dəyişmək üçün mürəkkəb reseptlərə ehtiyac yoxdur. Cəmi bir neçə damcı küncüt yağı yumurtaya xüsusi aroma verə, kənarlarının xırtıldayan, sarısının isə yumşaq qalmasına kömək edə bilər. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə "Startlap" nəşri yazıb. Yumurt

08.11.2026 508
.

Bu qış dəbdə olacaq ayaqqabılar - Stilistdən əsas trendlər

2026-2027-ci ilin qış mövsümündə hündür çəkmələr, 70-ci illərin üslubunu xatırladan zamşa modellər və müxtəlif tokalı botlar dəbdə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə ukraynalı stilist Qalina Denisük UNIAN-a açıqlamasında danışıb. Onun sözlərinə görə, soyuq mövsümdə dizə qədər uzanan çəkmələ

22:15 19
.

800 illik qala 1 avroya satılır - Fotolar

Almaniyanın Saksoniya torpağında yerləşən Bad-Düben şəhər rəhbərliyi 800 illik tarixə malik Şnaditz su qalasını satışa çıxarıb. "Qafqazinfo" xəbər verir ki, şəhər mülk üçün simvolik olaraq cəmi 1 avro tələb edir, lakin bu "əlverişli" sövdələşmənin arxasında böyük maliyyə öhdəliklər

09.11.2026 374
.

Sahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?

İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona

08.11.2026 374
.