"Deyirdilər ki, güya atam başqa qadınla görüşür"
"Atam ad gününü keçirtməyi xoşlamazdı. Yalnız yubileyi olanda tədbir edərdi. Mən də atama oxşamışam, ad günü keçirtməyi sevmirəm. Atam səhnədə elə bir obraz yaratdı ki, səsi gələn kimi hamının üzündə təbəssüm yaranır. Həyatda, evdə, ailədə ciddi idi. Tam fərqli bir insan idi. Atamı evdə deyib-gülən görməzdik. Amma onun sözlərinə biz gülürdük. O, ciddi bir söz deyirdi, biz isə gülürdük".
Axşam.az xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Siyavuş Aslanın oğlu Eldar Aslan "Sabahın xeyr, Azərbaycan!" verilişində deyib. O, atası ilə bağlı xatirələrindən danışıb:
"Atam məni uşaqlıq illərində çox qoruyurdu. Onunla bütün qastrol səfərlərində iştirak etmişəm. Atam hara gedirdisə, məni də özü ilə aparırdı. Mənim ikinci atam Yaşar Nuri idi. Çünki atam məni çox zaman Yaşar müəllimə tapşırırdı ki, ona bax. Yaşar müəllim də məni bulvara aparıb, gəzdirirdi. Üzərimdə onun zəhməti böyükdür. Qrim otağında çox zaman otururdum. Orada hamı atamın başına dolanırdı. Mən də fəxrlə oturub, "Siyavuşun oğluyam" deyirdim".
Anası, aktrisa Ofeliya Aslanla atasının münasibətlərindən bəhs edən E.Aslan bildirib ki, valideynlərinin ayrılmasına səbəb dedi-qodular olub:
"Atamla-anamın məhəbbəti hər insana örnək idi. Onların arasında olan sevgiyə hamı qibtə və paxıllıq edirdi. Atam və anam teatra gələndə qol-qola girib, gələrdilər. Maraqlı geyim tərzləri vardı. Bir-birinə qarşı böyük məhəbbət və qayğı hiss edirdilər. Çox yaraşıqlı insanlar idi. Hamı onlara baxıb, barmaqla göstərirdi.
Sonra da yayılan şayiələr və dedi-qodular böyük problemlər yaratdı. Deyirdilər ki, güya atam başqa qadınla görüşür, sağa-sola gedir. Onlar haqda qeybət edirdilər. Arxasınca danışırdılar. Anam atamı çox qısqanırdı. O, bu söhbətlərə dözə bilmirdi. Ona görə də aləm qarışdı bir-birinə. Valideynlərim elə bu söz-söhbətlərə görə, ayrıldılar.
Ayrılsalar da onlar son nəfəslərinə qədər bir-birilərini sevirdilər. Son nəfəslərinə qədər də bir yerdə idilər. Sənətdə ayrıldılar, amma həyatda deyil. Valideynlərimin üstümdə çox böyük zəhmətləri var. İstəyirdilər ki, mən düz yolda olum, ali təhsil alım. Ona görə də, onlar ayrılmalarını çox ehtiyatla söylədilər".
Qeyd edək ki, O.Aslan 2010, S.Aslan isə 2013-cü ildə vəfat edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1190 Tarix: 05 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiya dizel ixracına qoyulan qadağanın müddətini uzatdı
Rusiyanın Nazirlər Kabineti dizel məhsullarının ixracına qoyulan qadağanın müddətini daha üç ay uzadıb. TASS-a istinadən xəbər verir ki, yeni qərar 2027-ci ilin yanvarın 31-dək qüvvədən qalacaq. Bildirilir ki, qadağa ölkənin daxili yanacaq bazarında sabitliyin qorunması məqsədilə tətbiq edilir. Nəzər
31.10.2026 169 Biznesin gündəmi artıq bir ünvanda - 1business.media fəaliyyətə başladı
Azərbaycanda biznes, iqtisadiyyat və maliyyə xəbərlərini oxuculara çatdıracaq 1business.media saytı fəaliyyətə başlayıb. "Bakupost"a verilən məlumata görə yeni platformanın məqsədi ölkənin biznes mühitini daha anlaşıqlı və əlçatan təqdim etmək, iqtisadi hadisələrin sahibkarlar və vətəndaşla
31.10.2026 199 Avropada sərt qış vəd edən qədim təqvim
XVII əsrə aid müşahidələr əsasında tərtib edilən alman 100 illik təqvimi qarşıdan gələn qışın şaxtalı və qarlı keçəcəyini proqnozlaşdırır. Lakin müasir iqlim modelləri bunun əksinə olaraq, qış aylarının nisbətən mülayim və yağıntılı olacağını göstərir. Qaynarinfo xəbər verir ki, bu barədə "Agroforum"
31.10.2026 202 Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR
Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq. xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsin
31.10.2026 256 Şirvan Milli Parkında ceyranların sayı 7 mini ötüb
Şirvan Milli Parkında ceyranların sayı artaraq 7 048 başa çatıb. Bu barədə "Report"un Aran bürosuna Şirvan Milli Parkından məlumat verilib. Bildirilib ki, 2003-cü ildə Şirvan Milli Parkının yaradılması ceyranların qorunması, sayının artırılması və tarixi yaşayış areallarının bərpası istiqamətind
31.10.2026 152 Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...
Noyabrın 1-dən metronun "Memar Əcəmi" stansiyasını Hökməli qəsəbəsi ilə əlaqələndirən 156 və 156A nömrəli marşrut avtobusları yenilənir. Bu barədə BİG.AZ-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata əsasən, 156 nömrəl
31.10.2026 368 Azərbaycanda istilik mövsumu bəzi yerlərdə 15 gün tez başlayacaq - Rəsmi
Naxçıvan şəhərində 2026-2027-ci illər üzrə istilik mövsümünə noyabrın 1-də start veriləcək. Naxçıvan Şəhər İcra Hakimiyyətindən -a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarına əsasən, ölkənin soyuq iqlim şəraitinə malik 26 şəhər və rayonund
31.10.2026 0 Bəzi hərbçilər cərimələnəcəklər
Azərbaycanda bir sıra hərbçilər cərimə və ya həbs edilə bilərlər. -ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin noyabrın 3-də keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, zabit, gizir, miçman, müddətdə
31.10.2026 194 İordaniya sərhədçiləri Suriyadan silahlı qrupun ölkəyə keçid cəhdinin qarşısını alıb
İordaniya sərhədçiləri 14 silahlı şəxsin Suriya tərəfdən krallıq ərazisinə daxil olmaq cəhdinin qarşısını alıblar. "Report" "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İordaniya Silahlı Qüvvələrinin bəyanatında bildirilib. İnsident oktyabrın 30-u ölkənin şimalında ba
31.10.2026 186