Batmadığı halda ekipajı yoxa çıxan gəmi

Batmadığı halda ekipajı yoxa çıxan gəmiDünyada bəzi hadisələr baş verir ki, biz onlara məntiqi cavab tapa bilmirik. Bu hadisələri konkret faktlarla uzlaçdırmaq, nəticə çıxarmaq çətindir. Bir müddət sonra hadisələrin paranormal həddə çatdığını və hadisədə şəxsən iştirak etmədikcə nə baş verdiyini heç vaxt öyənmək olmur. Heyəti okeanın ortasında qəflətən yoxa çıxan və taleyindən bir iz belə tapılmayan "Mery Seleste" kabus gəmisinin hekayəsi də məhz bu cür hekayədir.

"Uğursuz gəmi olaraq bilinən" Meri Seleste 1861-ci ildə gəmiçi tərəfindən inşa edilib. Gəminin ilk adı Amazon olub. 282 tonluq bu nəhəng gəmi kommersiya daşımaları üçün bir şirkətə verildi. Bundan sonra gəminin başına gələnlər ona "uğursuz" ləqəbini qazandırdı. Amazona komandanlıq edən ilk kapitan Robert Mak Lellan gəminin tərəfdaşlarından birinin oğlu idi. Gəminin kapitanı olduqdan düz 9 gün sonra o, səyahət zamanı qəflətən dünyasını dəyişdi. Kapitanın ölümündən sonra vəzifəyə keçən Con Parkerin rəhbərliyi altında gəmi balıqçı qayığı ilə toqquşub və zədələnib. Gəmi təmir üçün gəmiqayırma zavoduna göndərilib. Lakin gəmini burada başqa bir faciə gözləyirdi. Gəmiqayırma zavodunda qəfil başlayan yanğın hər kəsi təəccübləndirib. Yanğından sonra gəmiyə böyük ziyan dəydi. Buna baxmayaraq, gəmi bu problemdən salamat çıxdı. Lakin, çətinlikləri bitmirdi. La-Manş boğazında əvvəlcə başqa bir gəmi ilə toqquşan, sonra isə quruya çıxan bu gəminin "tanrıların qəzəbi"nə məruz qaldığı deyilirdi.

Hər şeyə rəğmən, gəmini məhv etmək istəmədilər, ona görə də gəmini dəniz ticarətində istifadə etmək üçün düzəldib, adını dəyişdilər. Köhnənin Amazonu, yeninin Meri Selesti indi yeni kapitanı ilə birlikdə üzməyə hazır idi. Nyu-Yorkdan İtaliyaya spirt çəlləkləri daşımağa başlayan gəminin kapitanı Benjamin Briqs təyin edildi. Briqs təcrübəli dənizçi idi. Onun kapitanlığının gəminin uğursuz bəxtinə xeyirli olacağı düşünülürdü. Ancaq nə oldusa, Briqsin rəhbərliyi altında Meri Selest Portuqaliyanın Azor adaları yaxınlığında tərk edilmiş vəziyyətdə tapıldı.

Tarixlər 4 dekabr 1872-ci il. Atlantik Okeanında üzən Dei Gratia adlı gəminin heyəti təxminən 5 mil uzaqlıqda kursdan çıxan gəmini görüb. Gəmidə nəyinsə səhv olduğunu hiss edən təcrübəli dənizçilər ona yaxınlaşmaq qərarına gəliblər. Onlar gəmiyə yaxınlaşanda Dei Qratiyanın kapitanı "Meri Seleste" yazısını görəndə dərhal bu gəmini xatırlayıb. Bir müddət zəng etsələr də, gəmidən səs gəlməyincə Meri Selestin üstünə çıxıblar. Gördükləri onları şoka salıb. Meri Selest gəmisi dənizin ortasında tək dayanmışdı. Gəminin ekipajından əsər əlamət yox idi. Dei Qratiya heyəti gəminin dəniz quldurlarının hücumuna məruz qaldığına dair heç bir sübut tapa bilmədi. Gəmi 1 metrə qədər su aldı. Amma gəmi dənizdə batmayıb. Gəmidə xilasedici qayıq, kapitan jurnalı və kompasdan başqa heç bir şey yox idi. Təchizatlara belə toxunulmayıb. Əgər ekipaj gəminin batacağı qorxusu ilə xilasedici qayıqda üzmüş olsaydı, özləri ilə təchizat götürməli idilər, amma belə deyildi. Gəmidə qiymətli əşyalar, hər şey öz yerində idi. Amma gəminin bütün sənədləri, o cümlədən jurnalı yox idi. Gəminin saatı tərsinə çevrildi və işləmirdi. Gəminin itmiş kapitanının qılıncı yatağında islaq vəziyyətdə idi. Qılıncında qırmızı ləkələr var idi, lakin sonradan müəyyən olundu ki, bu ləkələr qan deyil.

Dei Gratia ekipajı bu qarışıq vəziyyət qarşısında ilk olaraq nə edəcəyini bilmədi. Sonra gəmini özləri ilə götürüb getməyi düşündülər. Açıq dənizdə tərk edilmiş gəmi və ekipajı itkin düşüb. Bu səbəbdən gəmini təslim etmənin onlara mükafat qazandıra biləcəyini düşünürdülər. Təbii ki, gəmini təhvil verəndən sonra birdən-birə şübhəli gözlər onlara çevrildi. Yalan danışmaları və heyətin ödürülməsi ilə bağlı iddialar yayılmağa başladı. Lakin məhkəmə bunun mümkün olmadığını müəyyən edib. Dei Gratia və Meri Selestin lövbər tarixləri fərqli idi . Belə ki, məhkəmə ogəminin talan ola biləcəyinə dair heç bir sübut irəli sürə bilmədi. Buna görə də məhkəmə Dei Qratiyanın günahsız olduğuna qərar verdi. Bu gəminin başına gələn hadisə ilə bağlı bir çox iddialar səsləndirildi və uzun müddət bu sirrin ortaya çıxdığı düşünüldü. Lakin qəti bir sübüt tapılmadı.

Sevda Səfərova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1807   Tarix: 25 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Müctəba Xamenei İrana qarşı istənilən təhdidlərə dərhal cavab verilməsini əmr edib

İran Silahlı Qüvvələrinin Ali Baş Komandanı ayətullah Seyid Müctəba Xamenei, coğrafi mövqeyindən asılı olmayaraq, düşmən tərəfindən gələn istənilən potensial təhdidlərə dərhal və effektiv cavab verilməsini tapşırıb. "Report" İran mediasına istinadən xəbər verir ki, bu barədə Xameneinin İsla

31.10.2026 231
.

Azərbaycanda MÜƏMMALI ÖLÜM: Ailənin yeganə övladının MEYİTİ TAPILDI - FOTO

Göyçayda 28 yaşlı kişinin meyiti şəhər ərazisində yerləşən köhnə yarımtikilidə aşkarlanıb. BİG.AZ -a istinadən xəbər verir ki, meyiti tapılan şəxs şəhər sakini, 1998-ci il təvəllüdlü Elçin Elman oğlu Əzizovdur. Məlumata görə, mərhum subay olub və ailənin yeganə övladı imiş. O, Fövqəladə Hallar Nazirliyini

31.10.2026 262
.

Ərdoğan Zelenski ilə görüşdən sonra Ukraynada sülh üçün hansı addımı təklif etdi?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynada davamlı sülhün təmin olunması üçün tərəflərin razılığa gəlməsinin vacibliyini vurğulayıb. "Haber Global"a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edib. İki lider Dolmabahçe sarayınd

31.10.2026 260
.

Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 5 gün sonra yeni qaydalar qüvvəyə minir

Azərbaycanda qaz plitələri, kombilər və su qızdırıcılarının təhlükəsizliyinə dair yeni tələblər tətbiq olunacaq. -ın məlumatına görə, qazla işləyən qurğular partlayış riskini istisna etməli, qaz yollarının birləşmələri hermetik olmalı və yanmamış qazın təhlükəli səviyyədə toplanmasının qarşısını almalıdır

10:00 129
.

Şirvan Milli Parkında ceyranların sayı 7 mini ötüb

Şirvan Milli Parkında ceyranların sayı artaraq 7 048 başa çatıb. Bu barədə "Report"un Aran bürosuna Şirvan Milli Parkından məlumat verilib. Bildirilib ki, 2003-cü ildə Şirvan Milli Parkının yaradılması ceyranların qorunması, sayının artırılması və tarixi yaşayış areallarının bərpası istiqamətind

31.10.2026 217
.

Şuşada kişi araq almağa pul verməyən arvadını döydü

Şuşada arvadını döyən kişi həbs edilib. BİG.AZ -a istinadla xəbər verir ki, 51 yaşlı Məmməd Əhmədov (ad və soyad şərtidir) evdə yaranan mübahisə zamanı arvadı Əsməri (ad şərtidir) döyərək, çoxsaylı xəsarətlər yetirib. Fakt əsasında Məmməd polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində müvafiq protoko

31.10.2026 261
.

Kəmaləddin Heydərovdan iki polkovniklə bağlı qərar - Foto

Sumqayıt Regional Mərkəzinin rəisi, polkovnik Vaqif Fətullayev tutduğu vəzifədən azad edilib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Nazirin digər əmri ilə o, Aran Regional Mərkəzinə rəis təyi

31.10.2026 246
.

Göygöldə avtomobil dərəyə aşıb: Xəsarət alan var

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, minik avtomobilin idarəetmədən çıxaraq dərəyə aşıb. Qəza nəticəsində sürücü, 1963-cü il təvəllüdlü T.Yolçuyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərərçəkmiş şəxs xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır

31.10.2026 222
.

Metro, avtobus və taksilərlə bağlı nə baş verəcək? - AÇIQLAMA

Bakı metrosunun "Nizami" və "28 May" stansiyaları arasında qatarların hərəkətinin dayandırılmasından sonra paytaxtda taksi qiymətləri kəskin artıb. Sərnişinlərin sözlərinə görə, əvvəllər 5 manata getdikləri məsafəyə görə indi 12 manat ödəməli olurlar. Bu artımın əsası nədir? Digə

00:11 285
.