Priqojin hara uçurmuş?

Priqojin hara uçurmuş?Məlum olduğu kimi, dünən "Vaqner" özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin təyyarəsi Rusiyanın Tver vilayətində qəzaya uğrayıb. Qəza nəticəsində 10 nəfər həlak olub. Onlar arasında Y. Priqojinin də olduğu bildirilir.

"Qafqazinfo" Rusiya mediasına istinadən xəbər verir ki, "Embraer ERJ-135BJ Legacy 600" tipli təyyarə paytaxt Moskvanın Şeremyetovo hava limanından Sank-Peterburqa uçurmuş.

Təyyarənin biznes daşımalar üzrə fəaliyyət göstərən "MNT-Aero" şirkətinə məxsus olduğu bildirilir.

"Flightradar" aviasiya xidməti təyyarənin uçuş xronologiyasını təqdim edib. Məlumata görə, təyyarə 17:46-da uçuşla bağlı məlumat verməyə başlayıb, 18:10-da isə təqribən 8,5 kilometr hündürlüyə qalxıb və bu vəziyyətdə 9 dəqiqə uçub. Bunun ardınca qəfil enmə başlayıb və təyyarə ilə əlaqə kəsilib. Bildirilir ki, təyyarə 30 saniyə ərzində 2,4 kilometr enib, bir neçə saniyə hündürlüyü saxlayıb, bunun ardınca isə enməyə başlayıb və qəzaya uğrayıb.

Qəzadan dərhal sonra Priqojinin daha bir təyyarəsinin Moskva səmasında olduğu barədə məlumat yayılıb. "Flightradar"ın məlumatına görə, təyyarənin qəzaya uğraması barədə məlumat yayıldıqdan sonra sözügedən ikinci təyyarənin havada qeyri-adi hərəkətlər etməyə başladığı müşahidə edilib. Belə ki, təyyarə havada ziqzaqvari hərəkətlər edib, elə təəssürat yaranıb ki, sanki ekipaj hansı istiqamətə uçmalı olduğunu bilməyib.

Moskva vaxtı ilə 21:00-da isə Priqojinin ikinci təyyarəsinin Moskvanın Ostafyovo aeroportunda yerə endiyi bildirilir. Onun da, həmçinin Peterburq istiqamətində getdiyi iddia olunur.

"Readovka"nın məlumatına görə isə, Priqojin qəzaya uğrayan təyyarəni hava limanlarına uçuş üçün istifadə edib.

Qeyd edək ki, "Al-Jazeera" telekanalı öz mənbələrinə istinadən hadisə yerində Priqojinin mobil telefonunun aşkar ediliyini yazıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1176   Tarix: 24 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Müctəba Xamenei İrana qarşı istənilən təhdidlərə dərhal cavab verilməsini əmr edib

İran Silahlı Qüvvələrinin Ali Baş Komandanı ayətullah Seyid Müctəba Xamenei, coğrafi mövqeyindən asılı olmayaraq, düşmən tərəfindən gələn istənilən potensial təhdidlərə dərhal və effektiv cavab verilməsini tapşırıb. "Report" İran mediasına istinadən xəbər verir ki, bu barədə Xameneinin İsla

31.10.2026 231
.

Azərbaycanda MÜƏMMALI ÖLÜM: Ailənin yeganə övladının MEYİTİ TAPILDI - FOTO

Göyçayda 28 yaşlı kişinin meyiti şəhər ərazisində yerləşən köhnə yarımtikilidə aşkarlanıb. BİG.AZ -a istinadən xəbər verir ki, meyiti tapılan şəxs şəhər sakini, 1998-ci il təvəllüdlü Elçin Elman oğlu Əzizovdur. Məlumata görə, mərhum subay olub və ailənin yeganə övladı imiş. O, Fövqəladə Hallar Nazirliyini

31.10.2026 262
.

Ərdoğan Zelenski ilə görüşdən sonra Ukraynada sülh üçün hansı addımı təklif etdi?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynada davamlı sülhün təmin olunması üçün tərəflərin razılığa gəlməsinin vacibliyini vurğulayıb. "Haber Global"a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edib. İki lider Dolmabahçe sarayınd

31.10.2026 260
.

Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 5 gün sonra yeni qaydalar qüvvəyə minir

Azərbaycanda qaz plitələri, kombilər və su qızdırıcılarının təhlükəsizliyinə dair yeni tələblər tətbiq olunacaq. -ın məlumatına görə, qazla işləyən qurğular partlayış riskini istisna etməli, qaz yollarının birləşmələri hermetik olmalı və yanmamış qazın təhlükəli səviyyədə toplanmasının qarşısını almalıdır

10:00 129
.

Şirvan Milli Parkında ceyranların sayı 7 mini ötüb

Şirvan Milli Parkında ceyranların sayı artaraq 7 048 başa çatıb. Bu barədə "Report"un Aran bürosuna Şirvan Milli Parkından məlumat verilib. Bildirilib ki, 2003-cü ildə Şirvan Milli Parkının yaradılması ceyranların qorunması, sayının artırılması və tarixi yaşayış areallarının bərpası istiqamətind

31.10.2026 217
.

Şuşada kişi araq almağa pul verməyən arvadını döydü

Şuşada arvadını döyən kişi həbs edilib. BİG.AZ -a istinadla xəbər verir ki, 51 yaşlı Məmməd Əhmədov (ad və soyad şərtidir) evdə yaranan mübahisə zamanı arvadı Əsməri (ad şərtidir) döyərək, çoxsaylı xəsarətlər yetirib. Fakt əsasında Məmməd polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində müvafiq protoko

31.10.2026 261
.

Kəmaləddin Heydərovdan iki polkovniklə bağlı qərar - Foto

Sumqayıt Regional Mərkəzinin rəisi, polkovnik Vaqif Fətullayev tutduğu vəzifədən azad edilib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Nazirin digər əmri ilə o, Aran Regional Mərkəzinə rəis təyi

31.10.2026 246
.

Göygöldə avtomobil dərəyə aşıb: Xəsarət alan var

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, minik avtomobilin idarəetmədən çıxaraq dərəyə aşıb. Qəza nəticəsində sürücü, 1963-cü il təvəllüdlü T.Yolçuyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərərçəkmiş şəxs xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır

31.10.2026 222
.

Metro, avtobus və taksilərlə bağlı nə baş verəcək? - AÇIQLAMA

Bakı metrosunun "Nizami" və "28 May" stansiyaları arasında qatarların hərəkətinin dayandırılmasından sonra paytaxtda taksi qiymətləri kəskin artıb. Sərnişinlərin sözlərinə görə, əvvəllər 5 manata getdikləri məsafəyə görə indi 12 manat ödəməli olurlar. Bu artımın əsası nədir? Digə

00:11 285
.