Qapı kilidləri açar olmadan da açılır: Kilidi necə seçək ki, oğrular qapımızı aça bilməsinlər?

Qapı kilidləri açar olmadan da açılır: Kilidi necə seçək ki, oğrular qapımızı aça bilməsinlər?Evlərimizin, ofislərimizin qapılarındakı kilidlər təhlükəsizliyin əsas şərtlərindən biridir. İstehsalçılar daim kilidlərin qoruyucu sistemində dəyişikliklər edir, onları yeniləyirlər ki, istehlakçıların təhlükəsizliyini daha da gücləndirsinlər.

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib. Məqalədə deyilir:

Hamımızı narahat edən məsələlərdən biri də evimizin, ofisimizin təhlükəsizliyi, qorunmasıdır. Bunun üçün pəncərələrə barmaqlıq vurur, evin girişinə seyf qapılar qoyuruq. Bəs giriş qapısının kilidi? Kilidə də yetərincə diqqət yetiririkmi? Onu necə düzgün seçməliyik ki, sonradan peşman olmayaq? Giriş qapılarının kilidləri təhlükəsizliyin əsas şərtlərindən biridir. İnsanlar mənzillərini, ofislərini qorumaq üçün ən yaxşı kilidləri seçməyə çalışırlar ki, özlərini baş verə biləcək xoşagəlməz hadisələrdən – oğurluqlardan, evə yad adamların daxil olmasından sığortalaya bilsinlər. Kilidlərin təhlükəsizliyinin dərəcəsi fərqlidir. İstehsalçılar daim kilidlərin qoruyucu sistemində dəyişikliklər edir, onları yeniləyirlər ki, istehlakçıların təhlükəsizliyini daha da gücləndirsinlər.

Açar olmadan açılan kilidlər

Məsələ burasındadır ki, qapı kilidləri açar olmadan da açılır. Xüsusilə də peşəkar oğrular qapı kilidini açar olmadan da aça bilirlər. Bunun üçün əsasən iki üsul var. Birinci üsulu kilidi "sındırma", ikincini isə "açma" adlandırmaq olar. "Sındırma" üsulu kilid mexanizminin tam və ya müəyyən qədər dağıdılması vasitəsilə həyata keçirilir. Yəni oğru kilidi açmaq üçün güc tətbiq edərək qapını açır. "Açma" üsulu isə kilidin işləmə funksiyasını bir qədər saxlamaqla, kodunu bu və ya digər şəkildə tapmaqla icra olunur. Hər iki üsul üçün kilidin növündən asılı olaraq müxtəlif metod və alətlər var. Bəzən adicə saç sancağı, məftillə də qapının kilidini rahatca açmaq olur.

Bir hərəkətlə qapı bir neçə yerdən bağlanmış olur

Kilidlərin də bir neçə forması olur. Taxma (keçirmə) kilidlər qapının içinə yerləşdirilir, sürgü və ya cəftə vasitəsilə bağlanır. Çoxnöqtəli kilidlərdə bir açar vasitəsilə bir neçə yerdən bağlanma gedir. Dəmir oxun baza hissəsinə 3, daha yaxşı kilidlərdə isə 6-8 əlavə dəmir ox birləşmiş olur ki, bununla da bir hərəkətlə qapı bir neçə yerdən bağlanmış olur. Üst kilidləri isə qapının üst hissəsinə vurulur və kilidin dəmir oxu qapı çərçivəsinə bərkidilmiş halqaya daxil olur, qapı bağlanır. Müasir giriş qapılarında əsasən əlavə kilidlənmə sistemləri olan çoxnöqtəli kilidlərdən istifadə olunur. Bu cür kilidlər maksimum təhlükəsizliyi təmin edir. Hətta oğru nə qədər peşəkar olsa da, bu cür kilidləri açmaqda çətinlik çəkər. Amma yenə də kilidi açmaq mümkündür. Sadəcə, bunun üçün xeyli vaxta ehtiyac var ki, bu da oğrular üçün təhlükədir.

Kilidin daxili mexanizmi nə qədər mürəkkəb olsa...

Gəlin indi də kilid seçimində daha çox nəyə diqqət etməli, nəyə üstünlük verməli olduğumuza baxaq. Kilidin daxili mexanizmi nə qədər mürəkkəb olsa, onu açmaq da bir o qədər çətinləşəcək. Mütəxəssislərin fikrincə, istənilən halda, peşəkar oğrular bütün kilidləri aça bilir. Amma bu cür olanları səs-küysüz və gizlin etmək mümkünsüzdür. Bundan başqa, kilidin daxili detalları üçün istifadə olunan metallara da diqqət yetirmək lazımdır. Onlar plastikdən yox, metaldan hazırlanmalıdır. Bunu sadə üsulla – seçərkən kilidi elə əlinizdə saxlamaqla da müəyyənləşdirə bilərsiniz. Əgər detallar həqiqətən də metaldan hazırlanıbsa, kilid ağır olacaq. Beləliklə, plastik detallardan hazırlanmış kilidlər təhlükəni, metaldan hazırlanmışlar isə təhlükəsizliyi maksimuma qaldırır. Polad sürgülər hətta ağır çəkic zərbələrinə də davamlıdır. Kilidin qiymətinə də hazırlanan zaman hansı metallardan istifadə olunması və oxunun quruluşunun mürəkkəbliyi təsir edir. Ümumiyyətlə götürsək, dünya praktikasına görə, bugünkü yüksək texnologiyalarla hazırlanmış kilidlərin istehsalçıları da qapımızın 100 faiz qorumasına zəmanət verə bilmir.

"Kilidin keyfiyyətlisini yox, ucuz qiymətə olanını alırlar"

Açar ustası Rasim Muxtarov deyir ki, insanlar çox vaxt özlərini aldadırlar: "Kilidin keyfiyyətlisini yox, ucuz qiymətə olanını alırlar. Amma belədə ikiqat, üçqat ziyana düşürlər. Belə ki, həmin o ucuz qiymətə aldığı kilidlər tez bir zamanda sıradan çıxır və yenisini almalı, üstəlik də yenidən usta xərci ödəməli olurlar. Bundan başqa, keyfiyyətsiz kilidləri oğrular da rahatca aça bilir. Belə halda insanlar lap böyük ziyana düşmüş olurlar. Məsləhət görərdim ki, İsrail, Türkiyə və İtaliya istehsalı olan kilidlər alsınlar. Onlar yüksək keyfiyyətli olur. Çin istehsalı olan və o birilərdən hətta bir neçə dəfə ucuza satılan kilidlərin özü də, açarı da tez sıradan çıxır. Qeyd etdiyim kimi, onları oğrular da çox rahat açırlar. Kilid alanda onun materialına diqqət yetirmək lazımdır. Metaldan, xüsusilə də latundan hazırlanan məhsul daha yaxşı olur. O birilər sanki oyuncaq kimidir. Əldə tutanda da hiss edirsən ki, saxtadır. Bəzən olur ki, müxtəlif kilidlərin açarları da bir-birinə uyğun gəlir, qapını açır".

Keyfiyyətli kilidlər 10-15 il problemsiz işləyir

Keyfiyyətli kilidin ömrü uzun olur, deyir Rasim usta: "Yaxşı kilid nəinki qapımızı oğrudan, sındırılmadan qoruyur, həm də uzunömürlü olur. İstər-istəməz zamanla kilidin mexanizminin içi tozlanır. Onları arada bir litolla yağlamaq lazımdır ki, mexanizmi yaxşı işləsin. Bu cür kilidlər 10-15 il də problemsiz işləyir. Bundan başqa, bir məqama da aydınlıq gətirmək istərdim. Bəzən insanlar seyf qapıya çərçivəsinə hər tərəfdən oxlar keçən kilidlər qoyur və arxayın olurlar ki, bu cür kilidi heç kim aça bilməz. Yəni düşünürlər ki, oxlar qapını tam kilidləyir, vəssalam, qapı açılmaz. Amma bir məqamı unudurlar ki, bu cür kilidlərdə də oxlardan çox, kilidin keyfiyyəti vacibdir. Bu cür kilid keyfiyyətsiz və ucuz markalardan alınsa, oğru onu çox asanlıqla aça biləcək. Ona görə də oxlara yox, kilidin keyfiyyətinə arxayın olmaq lazımdır".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1271   Tarix: 04 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Payızda yarpaqların rəngini dəyişən görünməz proses

Payız fəslinin gəlişi ilə ağacların yaşıl yarpaqları sarı, narıncı, qırmızı və hətta bənövşəyi rənglərə bürünür. Təbiətdə müşahidə olunan bu dəyişiklik sadəcə mövsümi gözəllik deyil, ağacların qışa hazırlaşması ilə bağlı mürəkkəb biokimyəvi prosesin nəticəsidir. Qaynarinfo xəbər verir ki, Türkiyəni

06.11.2026 478
.

Bu qış dəbdə olacaq ayaqqabılar - Stilistdən əsas trendlər

2026-2027-ci ilin qış mövsümündə hündür çəkmələr, 70-ci illərin üslubunu xatırladan zamşa modellər və müxtəlif tokalı botlar dəbdə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə ukraynalı stilist Qalina Denisük UNIAN-a açıqlamasında danışıb. Onun sözlərinə görə, soyuq mövsümdə dizə qədər uzanan çəkmələ

12.11.2026 141
.

111 mindən çox hörümçəyin yaşadığı nəhəng tor aşkarlandı

Yunanıstan və Albaniya sərhədində yerləşən kükürdlü mağarada 106 kvadratmetr sahəni əhatə edən nəhəng hörümçək toru aşkar edilib. xəbər verir ki, araşdırmaya görə, burada iki fərqli növə aid 11 mindən çox hörümçək yaşayır. Bu növlər adətən tək yaşasalar da, mağarada birlikdə böyük koloniya yaradıblar

08.11.2026 328
.

"Alatoranlıq" serial olur

"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"

10.11.2026 270
.

Dezinfeksiya xidməti

Dezinfeksiya xidməti göstərən şirkət gəmiricilərə, parazitlərə , virus və infeksiyaların patogenlərinə qarşı uğurla mübarizə aparır. Dezinfeksiya şirkətləri minlərlə obyektin təhlükəsizliyini təmin edir, Bakı və Azərbaycan üzrə yüz minlərlə sakin üçün rahat iş və yaşayış şəraiti yaradır. Dezinfeksiy

02.11.2026 1658
.

Turlar.az - Turizm elanları saytı

saytında bir-birindən maraqlı və sərfəli elanlar sizi gözləyir!. İstirahət etmək üçün yeni məkan axtarırsınız? Tez-tez getdiyiniz yerlər daha sizə darıxdırıcı gəlir? Gedəcəyiniz yeni məkanı müəyyənləşdirməkdə çətinlik çəkirsiniz? O zaman vaxt itirmədən pulsuz turizm elanları saytına daxil olun. Bu fürsə

03.11.2026 715
.

Tək səyahət üçün ən yaxşı şəhərlər - Siyahı

Təkbaşına səyahət etmək son illərdə sürətlə məşhurlaşsa da, düzgün istiqamət seçmək xüsusilə ilk dəfə yola çıxanlar üçün asan deyil. Beynəlxalq yük saxlama platforması "Radical Storage" tərəfindən hazırlanan "Tək Səyahət İndeksi" ("Solo Travel Index") Avropanın ən çox ziyarə

03.11.2026 665
.

Evdə Wi-Fi-ınızı necə pulsuz artırmaq olar?

Evin bəzi otaqlarında internet zəif işləyirsə və ya bağlantı tez-tez kəsilirsə, dərhal yeni cihaz almağa ehtiyac olmaya bilər. İstifadə etmədiyiniz köhnə router düzgün qurulduqda Wi-Fi şəbəkəsinin əhatəsini genişləndirə bilər. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislər routerdən əlavə giri

01.11.2026 683
.

Peçenyedə dadı dəyişən gizli səhv bu imiş

Peçenyelərin daha dadlı, yumşaq və ideal formada alınması üçün istifadə olunan inqrediyentlərin miqdarını dəqiq ölçmək vacibdir. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, mütəxəssislər bunun üçün adi ölçü qablarından deyil, mətbəx tərəzisindən istifadə etməyi tövsiyə edirlər. Peçenye hazırlanmas

11.11.2026 429
.