Şifrəniz nə qədər təhlükəsizdir? - Elə indi YOXLAYIN

Şifrəniz nə qədər təhlükəsizdir? - Elə indi YOXLAYINMüasir dövrdə biz bir çox işlərimizi internet üzərindən görürürük. Bu isə xüsusi təhlükəsizlik tələb edir. Adətən internetdə istifadə etdiyimiz hesablar üçün çox sadə və yaddaqalan şifrələrdən istifadə edirik, lakin təhlükəsizliyi qorumaq istəyiriksə, bir neçə məsələyə diqqət yetirməliyik. Şifrəmizi daha etibarlı etmək üçün nə edə bilərik?

Big.az xəbər verir ki, media nümayəndələri üçün təşkil olunan "Rəqəmsal Savadlılıq" adlı təlimin növbəti mövzusu məhz şifrə təhlükəsizliyi ilə bağlı olub.

Çıxış edən mentorlar qeyd ediblər ki, hər bir şifrə konfidensiallıq, tamlıq və əlçatanlıq cəhətindən etibarlı olmalıdır.

Yaxşısı budur ki, şifrəmizdə təxmin edilə bilən məlumatlardan (yəni adımız, doğum tariximiz, yaş, qohum-əqrəba adı, yaşadığımız yer və s.) istifadə etməyək. Bəs nədən istifadə etmək daha məqsədəuyğundur?

1)Rəqəmlər və hərflər

Şifrənizdə ard-arda olan rəqəmlərdən istifadə etməyin (12345 ən asan şifrələrdən hesab olunur). Çalışın qarışıq rəqəmlərdən, böyük və kiçik hərflərdən istifadə edin. Hətta özəl simvollardan da (@,#,&^) istifadə edərək şifrənizi daha qarışıq və güvənli hala gətirə bilərsiniz.

2) Uzunluq

Şifrənizin təhlükəsizliyi üçün məsləhət görülən uzunluq 8-12 simvoldur. Şifrəniz 8 simvoldan çox olsa, daha güvənli olacaq.

3) İki addımlı güvənlik sistemi

İki addımlıq doğrulama sistemi, sistemə daxil ediləcək istifadəçinin həqiqətən bu istifadəçi olub-olmadığını yoxlamaqdan ibarət olan əsas təhlükəsizlik mərhələlərindən ibarətdir. Bu ikinci təhlükəsizlik təbəqəsi yalnız insana məxsus olan və yalnız şəxsin özündə olan xüsusi məlumatları ehtiva edir. Bu sistemi aktiv edərək təhlükəsizliyi ikiqat güclü hala gətirə bilərsiniz.

4) Şifrəni mütəmadi olaraq dəyişdirmək

Hesabınız təhlükəsiz kimi görünsə də, ola bilər ki, şifrəniz hər hansısa bir hakerin əlindədir, lakin o hələ bir tədbir görmür. Bu səbəbdən şifrənizi mütəmadi olaraq dəyişmək və daha öncə qoyduğunuz şifrələrdən istifadə etməmək məsləhətdir.

5) Şifrə meneceri

İnsanlar adətən şifrələrini xatırlamaq üçün ya bir kağıza qeyd edir, ya da hər hesabı üçün eyni şifrədən istifadə edirlər. Lakin yazdığınız kağız kiminsə əlinə düşə bilər. Yaxud bir hesabınız ələ keçirildiyində, eyni şifrədən istifadə etdiyinizə görə digər hesablar da təhlükə altında ola bilər. Bu iki vəziyyətə düşməmək üçün hər hesabınız üçün ayrı şifrələr təyin edin, kompüter və telefonunuzda "Keepass", "LastPass" kimi şifrə menecerindən istifadə edin.

6) Şifrə generatoru

Şifrələrinizi daim dəyişmək istəsəniz, sizə daha təhlükəsiz şifrə yaratmaqda yardım edən xüsusi proqramlardan yararlana bilərsiniz.

Xarici tətbiqlərdən əlavə, milli cert.gov.az saytındakı xüsusi generatordan (https://cert.gov.az/az/password-generator) istifadə edə bilərsiniz.

Şifrəniz nə qədər təhlükəsizdir? - Elə indi YOXLAYIN7) Şifrənin təhlükəsizlik testi

Seçdiyiniz şifrənin təhlükəsizliyini yoxlamaq üçün də xüsusi proqramlar mövcuddur. Məsələn, Passwordmonster.com saytına şifrənizi daxil edərək, onun neçə müddətə çözülə biləcəyinə baxa bilərsiniz. Qeyd edək ki, daha öncə adını çəkdiyimiz saytdan əldə olunan şifrələri tapmaq üçün milyonlarla il tələb olunur (bunu həmin saytın özündə də yoxlamaq olar).

Şifrəniz nə qədər təhlükəsizdir? - Elə indi YOXLAYINŞifrəniz nə qədər təhlükəsizdir? - Elə indi YOXLAYINXatırladaq ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Asossasiyasının (AİKTSA) təşəbbüsü ilə media nümayəndələri üçün növbəti "Rəqəmsal Savadlılıq" adlı təlimlərə 1 may tarixindən start verilib. 2 ay davam edəcək təlim proqramları iştirakçıların nəzəri və praktik bacarıqlarının artırılmasına, həmçinin mediada İKT ilə bağlı maarifləndirici məlumatların düzgün şəkildə yayılmasına öz töhfəsini verəcək.

Hər təlimdə faydalı və praktik məsləhətləri ilə jurnalistlərin işini asanlaşdırmağa çalışan AİKTSA sədri, "Virtual Azərbaycan Group of Company" MMC, "Vision TV" MMC şirkətlərinin və bir sıra digər layihələrin təsisçisi və direktoru Elvin Abbasova, həmçinin, təşkilatçılıqla bağlı dəyərli fəaliyyətinə görə Visiontv.az saytının redaktoru Orxan Kərimova xüsusi təşəkkürümüzü bildiririk.

Şifrəniz nə qədər təhlükəsizdir? - Elə indi YOXLAYINŞifrəniz nə qədər təhlükəsizdir? - Elə indi YOXLAYINŞifrəniz nə qədər təhlükəsizdir? - Elə indi YOXLAYINŞifrəniz nə qədər təhlükəsizdir? - Elə indi YOXLAYINŞifrəniz nə qədər təhlükəsizdir? - Elə indi YOXLAYINŞifrəniz nə qədər təhlükəsizdir? - Elə indi YOXLAYINŞifrəniz nə qədər təhlükəsizdir? - Elə indi YOXLAYINNatəvan Baxşiyeva


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1650   Tarix: 10 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.