Sahədə 20 qəpiyə, paytaxtda 8 DƏFƏ BAHA: Xiyarın qiymətindəki fərqin səbəbləri
Sosial şəbəkələrdə paylaşılan bir video xeyli marağa səbəb olub. Videoda satıcı 10 kiloqram xiyarı 2 manata təklif edir. Halbuki, hazırda paytaxtımızdakı ticarət mərkəzlərində xiyarın 1 kiloqramı 1,50-1,70 manata satılır. Qiymətlər arasındakı bu qədər fərq təbii ki, istehlakçılar arasında haqlı narazılığa səbəb olur.
Məsələ ilə bağlı Bizim.media-nın araşdırması nəticəsində məlum olub ki, küçə ticarətinin ləğv edildiyi paytaxtımızda məhsullar ancaq mağazalar şəbəkəsində satılır. Bu mağazalar şəbəkələrinin isə öz qaydaları var.
Belə ki, bir qisim market şəbəkələrinin öz istixanaları var və tərəvəzləri ancaq öz istixanalarından gətirirlər. Üstəlik, rəqabət şəraiti olmadığından məhsula istədikləri qiyməti qoyurlar.
Bundan əlavə, marketlərin istənilən tədarükçüdən depozit qoyuluşu tələb etdiyi də bildirilir. Hər adamın, xüsusən də rayondan gələn fermerin də bu qədər depozit qoymaq imkanı olmur. Ona görə də fermerlər böyük bazarlara girə bilmirlər. Böyük bazarlar ancaq iri şəbəkələrin əlində cəmləşib. Buna görə də regionda kiloqramı 20 qəpiyə alıcı tapmayan xiyar paytaxtın marketlərində 10-15 dəfə baha qiymətə təklif olunur.
Məsələ ilə bağlı danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, belə halların baş verməsinin əsas səbəbi bölgələrdəki fermerlərin böyük bazarlara çıxa bilməməsidir:
"İstənilən fermer becərdiyi xiyar, pomidor və digər tərəvəzləri öz maşınına yükləyib Bakıya gətirsə də, o, heç bir bazara girə bilməyəcək. Ona görə də bölgələrdə məhsul bollaşanda bazarda məhsul ucuzlaşır. Amma bu ucuzlaşma qlobal bazara çox az təsir edir".
Akif Nəsirli bununla bağlı öz təklifini də söyləyib:
"Kəndlərdəki ucuz və bol məhsulun iri şəhərlərə gətirilməsi üçün real iş aparılmalıdır. Kənd Təsərrüfatı Nazirliyinin "Kənddən şəhərə" layihəsi kimi yox, real iş görülməlidir. Fermer məhsulunu Bakı və digər iri şəhərlərdə özü satmalıdır. Belə olan təqdirdə ölkədə məhsul bolluğu yaranar. Bolluq hesabına da qiymətlər enər. Ən başlıcası, yaxşı pul qazanan fermerdə məhsul istehsalına daha çox həvəs yaranar. Bir sözlə, bu günün əsas tələbi fermerin bazar probleminin həllidir".
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1435 Tarix: 04 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTürkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO
Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric
13.09.2021 490 Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?
Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin
16.09.2021 1627 Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO
Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi
12.09.2021 2549 Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO
İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin
16.09.2021 3201 Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı
Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi
12.09.2021 3724 Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...
Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi
12.09.2021 1875 Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...
Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin
18.09.2021 882 Zooloqlar inəklərə görün nəyi öyrətdilər
Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas
15.09.2021 960 Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm
11.09.2021 659