Ekspert: "Tütün aludəçiliyi cibimizə 75 milyon dollarlıq zərər vurur"

Ekspert: "Tütün aludəçiliyi cibimizə 75 milyon dollarlıq zərər vurur"Tütün məhsullarının mütəmadi qiymət artımını müşahidə edirik. Son bir neçə ildə bu məhsulların qiymətində ən azı iki dəfə bahalaşma qeydə alınıb. Sonuncu qiymət artımı isə martın sonlarında baş verdi. Bəs qiymət artımı siqaretə aludəçiliyin qarşısını almaqda nə dərəcədə effektlidir?

Ölkədə siqaret yenidən bahalaşıb. 4 manata qədər olan siqaretlərin qiymətində 10, daha baha olanlarda isə 20 qəpik artım qeydə alınıb. Ümumiyyətlə, son 3 ildə siqaretin qiyməti tez-tez dəyişir. Təbii ki, bu artım siqaret çəkənləri narahat edir. Amma onlarla yanaşı, bu bahalaşmaya pozitiv yanaşanlar da var. Düşünürlər ki, qiymət artımı siqaret istifadəçilərinin də sayını azaldar. Bəs bahalaşmanın səbəbi nədir? Ümumiyyətlə, qiymət artımı siqaretdən istifadə edənlərin sayını azaldırmı?

"Kaspi" qəzeti bu və digər suallara cavab tapmaq üçün sahənin ekspertlərinin rəyini öyrənib.

"Müştərilərim daha çox gənclərdir"

Əvvəlcə siqaret satıcısı ilə söhbətləşirik. Siqaretin ən çox satılan və tez bitən məhsullardan olduğunu deyir: "Qiymət bahalaşdıqda, imtina edənlər də olur, siqaretini dəyişib daha ucuza keçənlər də. Müştərilərim daha çox gənclərdir. Mənə elə gəlir ki, gənclər yaşlı nəslin nümayəndələrindən çox siqaret çəkirlər".

Bahalaşanda daha çox çəkirəm

Tofiqin 45 yaşı var, günə 2 qutu siqaret çəkir. Zərərli olduğunu bilir, qutunun üzərində "sağlamlığınıza ziyandır" yazılsa da, imtina etmir: "Ay ərzində siqaretə 250 manata yaxın pul xərcləyirəm. Həm canıma ziyandır, həm də cibimə. Amma nə qədər bahalaşsa da, imtina edə bilmirəm. Sanki bahalaşanda əsəbiləşib, daha çox çəkirəm".

Elçin isə elə ilk bahalaşmadan siqaretdən imtina edib: "Məktəb illərindən çəkməyə başladım. Düzü, o vaxt lovğalanmaq üçün istifadə edirdik. Sağlamlığımıza və cibimizə bu qədər ziyanlı olması bizi maraqlandırmırdı. Qiymət bahalaşanda, ondan imtina etdim. 1 ay siqaretə pul verməyin, cibinizə və canınıza nə qədər faydalı olacağını görəcəksiniz".

Siqaretin bahalaşması istifadəçilərin sayını azaldıb

İqtisadi ekspert Eldəniz Əmirov deyir ki, siqaret çəkdiyi illərdə belə, bu məhsulların və spirtli içkilərin qiymətinin qalxmasına heç vaxt təəssüf etməyib. Mütəxəssis düşünür ki, qiymətin qalxması istifadəçilərin sayının azalmasına müsbət təsir edir: "Yəqin oxuculardan irad bildirənlər olacaq ki, axı bahalaşsa da, almağa məcburam. Xeyr, heç kim məcbur deyil. Fakt budur ki, siqaret bahalaşandan sonra bu vərdişdən imtina edənlərin sayı xeyli artır. ÜST-ün hesabatında da Azərbaycanda siqaret çəkənlərin sayında azalma tendensiyası olduğu bildirilir".

75 milyon dollarlıq zərər

Mütəxəssisin sözlərinə görə, tütün aludəçiliyi tək canımıza deyil, cibimizə də 75 milyon dollarlıq zərər vurur: "İl ərzində Azərbaycandan müxtəlif ölkələrə təxminən 16 milyon dollar dəyərində tütün və tütünün sənaye əvəzediciləri ixrac, 91 milyon dollar dəyərində isə idxal edilib. Aldıqlarımızla satdıqlarımız arasında 75 milyon dollar fərq var. İdxal əməliyyatlarında əsas malların xüsusi çəkisində bu məhsulların payı 0.78 faiz olub. Yəni idxal üçün hər 100 manatdan 78 qəpiyi siqaretin payına düşür".

Qiymət artımında məqsəd siqaret çəkənlərin sayını azaltmaq deyil

"Azərbaycan Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Rövşən Şərifov isə düşünür ki, qiymət artımı siqareti tərgitməyə vadar etmir: "Böyük artım olsa, bəlkə kiminsə pulu çatmaz. Amma 10, 20 qəpik yaxud 2 manat artım, inanmıram ki siqaret çəkənlərdə imtinaya səbəb olsun. Qiymət sosioloji tədqiqat məqsədi ilə də artırılmayıb. Bəli, insanların sağlamlığının qeydinə qalmaq hər birimizin ümdə vəzifəsidir. Amma buradakı qiymət artımında məqsəd siqaret çəkənlərin sayını azaltmaq deyil".
Tütün istehsalında problem var

Mütəxəssis də qiymətlərin bahalaşmasını normal hesab edir: "Çünki siqaret bir neçə hissədən ibarətdir. Tütün, üzərindəki kağız, yazılar, pambıq filtr və qablaşması - bu tərkiblərin heç biri Azərbaycanda istehsal olunmur. Müəssisələrimiz var, lakin istehsal üçün lazım olan xammal xaricdən gəlir. Biz bu sahədə də idxaldan asılıyıq. Xaricdə dəyişiklik olan kimi bizə də təsir edir. İstənilən qədər tütün istehsal edə bilmirik".

"Rusiya və Gürcüstanla müqayisədə bizdə ucuzdur"

Siqaret firmalarından birində çalışan menecer Ayxan Şıxlı deyir ki, siqaretin bahalaşması normaldır. Çünki dövlət siqaretlərə tətbiq olunan aksizi ilbəil planlı şəkildə artırır: "Bunun əsasında piştaxtaya gəlib çıxan siqaretin qiymətində də artım müşahidə olunur. Bu, qlobal olaraq hər yerdə gedən normal prosesdir. Bundan əlavə, inflyasiya, son dövrdə dünyada gedən proseslər, logistikanın çətinləşməsi və xeyli bahalaşması martda qeyd olunan qiymət artımına səbəb oldu". A.Şıxlı deyir ki, qiymətlər bahalaşsa da, Rusiya ilə və Gürcüstanla müqayisədə bizdə nisbətən ucuzdur.

Siqaretə meyillilik məktəb illərindən başlayır

İqtisadçı ekspert Rauf Qarayev də bahalaşmanın siqaret istifadəçilərinin sayını azaldacağına inanmır. Deyir ki, qiymətlərin baha olmasına baxmayaraq, tələbat çoxdur: "Siqaret çəkmək istəyən insan buna xəstəlik formasında yanaşır. Asılılıq yaradır və qurtulmaq üçün iradə lazımdır. Siqaretin bahalaşması bunun qarşısını ala bilməyəcək. Əvvəllər 5 manatlıq çəkirdirsə, məcbur olub 3 manatlıq, ya da ədədlə alıb çəkəcək. Sayın azalması üçün məktəb yaşında uşaqlara nəzarət və ictimai qınaq lazımdır. Çünki siqaretə meyillilik əsasən məktəb illərindən başlayır".

Qadınlarla bağlı göstərici normaldır

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyir ki, Azərbaycanda tütündən istifadə kişilər arasında təxminən 40, qadınlar arasında isə 3 faizdir. ÜST rəsmisi də kişilər arasındakı tütün istifadəsinin azaldılması ilə bağlı tədbirlər görülməsinə çağırıb: "Qadınlarla bağlı göstərici normaldır, lakin kişilər arasında tütündən istifadənin azaldılması ilə bağlı müvafiq işlər aparılmalıdır".

Dövlət Statistika Komitəsinin hesabatına görə, əhalinin 2022-ci ilin yanvar-sentyabr ayları ərzində tütün məmulatları üzrə dövriyyəsi 159 milyon 937 min manat təşkil edib. Bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 27 milyon 918 min manat, yaxud 21% çoxdur.

Statistika da göstərir ki, bahalaşma olsa da, siqaret çəkənlərin sayı azalmır ki, azalmır...


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 957   Tarix: 23 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Evdə eşitdiyiniz bu 5 səs təhlükə xəbərdarlığı ola bilər

Evdə eşidilən bəzi qeyri-adi səslər ciddi texniki nasazlıqların xəbərçisi ola bilər. Su borularından gələn döyüntü, elektrik rozetkalarından eşidilən xışıltı və ya kondisionerin qeyri-adi səs çıxarması bəzən yanğın, su basması və bahalı təmir işləri ilə nəticələnə biləcək problemlərə işarə edir. xaric

01.11.2026 741
.

Şabalıd soyarkən çətinliyə son: Küçə satıcılarının gizli fəndı

Qış aylarının vazkeçilməz ləzzəti olan şabalıdı sobada və ya tavada bişirərkən qabığının ətinə yapışması və soyularkən parçalanması çətinlik yaradır. xəbər verir ki, şabalıdların lokum kimi yumşaq bişməsini və qabığının tək bir toxunuşla soyulmasını təmin edən əsas formul qənd imiş. Kəsilmiş şabalıdlar

07.11.2026 407
.

Turşu xiyarların xarab olmaması üçün nə etməli?

Turşu bankasını açdıqdan sonra xiyarların bir neçə gün ərzində xarab olmaması üçün müəyyən qaydalara əməl etmək lazımdır. Mütəxəssislərin sözlərinə görə, düzgün saxlanma şəraiti turşuların həm dadını, həm də xırtıldayan quruluşunu uzun müddət qorumağa kömək edir. xəbər verir ki, duzlu xiyarlar bank

08.11.2026 338
.

Tək səyahət üçün ən yaxşı şəhərlər - Siyahı

Təkbaşına səyahət etmək son illərdə sürətlə məşhurlaşsa da, düzgün istiqamət seçmək xüsusilə ilk dəfə yola çıxanlar üçün asan deyil. Beynəlxalq yük saxlama platforması "Radical Storage" tərəfindən hazırlanan "Tək Səyahət İndeksi" ("Solo Travel Index") Avropanın ən çox ziyarə

03.11.2026 665
.

Dünyanın ən kiçik avtomobili hərracda satılacaq

"Ginnesin Rekordlar Kitabı"na dünyanın ən kiçik kütləvi istehsal olunan avtomobili kimi düşən "Peel P50" hərraca çıxarılır. "Qafqazinfo" xəbər verir ki, Böyük Britaniyanın Uorvikşir şəhərindəki "Iconic Auctioneers" hərrac evi tərəfindən satılacaq 1964-cü il istehsal

06.11.2026 560
.

Velosipedi yenidən kəşf etmək də olurmuş... - Fotolar

Nigeriyanın Kebbi əyalətində yaşayan 19 yaşlı Bello Məhəmməd müstəqil şəkildə dizayn edib hazırladığı fövqəladə nəqliyyat vasitəsi ilə dünya rekorduna imza atıb. "Qafqazinfo" xəbər verir ki, peşəkar kömək almadan 2.9 metr hündürlüyündə velosiped quraşdıran gənc "Ginnesin Rekordlar Kitabı"n

06.11.2026 423
.

Sahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?

İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona

08.11.2026 379
.

Dezinfeksiya xidməti

Dezinfeksiya xidməti göstərən şirkət gəmiricilərə, parazitlərə , virus və infeksiyaların patogenlərinə qarşı uğurla mübarizə aparır. Dezinfeksiya şirkətləri minlərlə obyektin təhlükəsizliyini təmin edir, Bakı və Azərbaycan üzrə yüz minlərlə sakin üçün rahat iş və yaşayış şəraiti yaradır. Dezinfeksiy

02.11.2026 1658
.

Meqan Marklın atası həbs edildi

Meqan Marklın atası Tomas Marklın ABŞ Federal Təhqiqat Bürosu (FBI) tərəfindən saxlanıldığı iddia olunur. Axşam.az xəbər verir ki, "Daily Mail" nəşrinin məlumatına görə, 82 yaşlı kişi Floridada, demensiya xəstələri üçün nəzərdə tutulan xüsusi qayğı müəssisəsində cümə günü səhər saatlarınd

07.11.2026 358
.