"Sky": Əfqanıstanda üç Britaniya vətəndaşı həbsdə saxlanılır
Əfqanıstan hakimiyyəti Böyük Britaniyanın üç vətəndaşını həbsdə saxlayır.
"Report" xəbər verir ki, bu barədə Krallığın "Sky News" telekanalı məlumat yayıb.
Britaniyanın Xarici İşlər Nazirliyi 2021-ci ilin avqustundan "Taliban" hərəkatının hakimiyyətdə olduğu ölkədə həqiqətən də bir neçə britaniyalının saxlanıldığını təsdiqləyib.
"Biz Əfqanıstanda saxlanılan Britaniya vətəndaşlarının konsulluğa çıxışını təmin etmək və onların ailələrinə dəstək vermək üçün bütün səyləri göstəririk", - xarici siyasət idarəsi jurnalistlərə bildirib.
Kanalın məlumatına görə, saxlanılanlar arasında qaynar nöqtələrə "turist səfərləri" sayəsində şöhrət qazanmış 23 yaşlı videobloqer Mayls Ratledc də var. O, qərbyönlü hökumətin devrilməsi və "Taliban"ın hakimiyyətə qayıdışı zamanı Kabildə olub və Britaniya hərbçiləri tərəfindən təxliyə edilib. Mart ayında onun Əfqanıstana qayıtdığı güman edilir və o, paylaşımlarını dayandırıb.
Həbsdə olan ikinci Britaniya pasportlu vətəndaş xeyriyyə təşkilatında çalışan 53 yaşlı həkim Kevin Kornueldir. O, yanvarın 11-də "Taliban" kəşfiyyat xidməti tərəfindən saxlanılıb. "Sky News" xəbər verir ki, o, qanunsuz silah saxlamaqda ittiham olunur. Məhbuslara kömək etməyə çalışan "Presidium Network" QHT-sinin nümayəndəsi Skott Riçardsın sözlərinə görə, britaniyalının hotel otağında saxladığı tapança üçün lisenziyası olub, lakin Əfqanıstan təhlükəsizlik qüvvələrinin apardığı axtarış zamanı itə bilərdi. Saxlanılan üçüncü britaniyalı Kabildə hotel müdiridir, adı və saxlanma səbəbləri bəlli deyil.
"İndiyə qədər heç bir ciddi əlaqə olmayıb, beynəlxalq monitorinq agentliklərinin onlara çıxışı yoxdur", - Riçards bildirib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 541 Tarix: 02 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTimsah qadını dişləyib həyatını xilas etdi - Qeyri-adi HADİSƏ
Hindistanın Karnataka ştatında timsah qadını ölümdən qurtarıb. xarici mediaya istinadən xəbər verir ki, timsahın hücumu intihar etmək istəyən qadının həyatını xilas edib. Yırtıcının dişləməsi nəticəsində qadın qışqırmağa başlayıb və onun səsini eşidən polis əməkdaşları ilə yerli sakinlər vaxtında köməy
19:00 1 Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk
14:06 213 MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir
Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı
15:11 175 Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb
17:07 85 Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO
Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov
11:29 213 Azərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi
Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi
12:12 221 İsa peyğəmbər harada vəftiz olunub?
Qədim səyyahların qeydləri ilə uzun illər aparılan arxeoloji qazıntıların nəticələrinin müqayisəsi İsa peyğəmbərin vəftiz olunduğu yerin müəyyənləşdirilməsinə imkan verib. Araşdırmada həmin məkanın İordan çayının şərq sahilində yerləşdiyi bildirilir. xarici mediaya istinadla xəbər verir ki, İordaniyanı
18:45 1 Dövlət Bayrağı Gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır
1918-i il mayın 28-də Azərbaycan Xalq Cümhiriyyəti quruldu. Dövlət rəmzi olan bayraq haqqında da həmin ilin iyun ayının 21-də hökumətin qərarı verildi. Bu bayraq ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli dövlət bayrağı idi. Daha sonra Azərbaycan bayrağının dəyişməsi məsələs
11:24 210 Üçrəngli bayraq bizim tariximiz və şərəfimizdir
Hər bir dövlətin bayrağı ona doğmadır. Azərbaycanın üçrəngli bayrağı da xalqımız üçün müqəddəsdir. Tarix boyu müsəlman dünyasında böyük qələbələr qazanıldıqdan sonra bayrağı ucaldıb və öpərək ehtiram göstəriblər. Azərbaycan da 1918-ci ildə müsəlman Şərqində ilk cümhuriyyəti elan etdikdən sonra 1918-c
11:35 226