Xəzərin Siyəzən rayonu akvatoriyasına Qızılbalıq körpələri buraxılıb

Xəzərin Siyəzən rayonu akvatoriyasına Qızılbalıq körpələri buraxılıbBalıq növlərinin bərpasına, su bioresurslarının qorunmasına, populyasiyalarının sabitləşməsinə dəstək məqsədilə Xəzər dənizinin Siyəzən rayonu akvatoriyasına balıq körpələri buraxılıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev "Report"a bildirib ki, balıq körpələrinin təbii su hövzələrinə buraxılışı bu dəfə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin və QHT nümayəndələrinin iştirakı ilə keçirilib.

"Tədbirdə Xəzərin şimal hissəsinə Qızılbalıq körpələri buraxılıb və növbəti dəfə təbii artımına, bərpasına dəstək göstərilib. Ümumiyyətlə isə balıq ehtiyatlarının artırılması, bərpası məqsədilə son 2 ildə ölkənin su hövzələrinə 3 milyonadək balıq körpəsi buraxılıb və bu proses davam etməkdədir. Balıq ehtiyatlarının artımına nail olmaq üçün hamılıqla onları mühafizə etməli, qadağan olunmuş alətlərlə, qadağan olunmuş vaxtlarda balıq ovlamamalıyıq", - Xidmət rəisi bildirib.

Nazirlik bütün vətəndaşlara, xüsusilə su hövzələri yaxınlığında yaşayan sakinlərə müraciət edib:

"Buraxılan balıq körpələrinin böyüməsinə, ümumiyyətlə balıq ehtiyatlarının qorunmasına dəstək göstərilməli, nazirlik tərəfindən irəli sürülmüş "Hövzələri sintetik torlardan birlikdə təmizləyək!" aksiyasına qoşularaq su bioresurslarının sabit inkişafına töhfə verilməlidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 547   Tarix: 02 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Küveyt dövlət mediası İranın pilotsuz təyyarələrinin hücumuna görə neft emalı zavodunda yanğın baş verdiyini bildirib

Dövlət mediasının verdiyi məlumata görə, cümə günü Küveytin milli neft şirkətinə məxsus neft emalı zavoduna edilən dron hücumu nəticəsində bir neçə bölmədə yanğın baş verib. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, rəsmi KUNA xəbər agentliyi bildirib ki, "Küveyt Neft Korporasiyas

03.04.2026 250
.

Netanyahu: İsrail ABŞ-la İranı bombalamağa davam edəcək

İsrail İrana zərbələr endirməyə davam edəcək. "Ynet"in xəbərinə görə, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib. "Mən və Prezident Tramp, eləcə də İsrail və ABŞ orduları arasında tam koordinasiya əsasında İranı vurmağa davam edəcəyik. Biz komandirləri aradan götürürük, körpülər

03.04.2026 196
.

Cinayət yolu ilə gələn pulları "təmizləmək" səni 12 il həbsə apara bilər!

"Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması dedikdə, cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlakın həqiqi mənbəyini gizlətmək və ya cinayət törətmiş şəxsin məsuliyyətdən yayınmasına kömək etmək məqsədilə belə əmlakın konversiyası, köçürülməsi və ya istifadə olunması ilə maliyy

03.04.2026 293
.

BƏƏ-nin müdafiə sistemi raket və dron təhdidləri ilə "aktiv şəkildə mübarizə aparır"

BƏƏ-nin Müdafiə Nazirliyi ölkənin hava hücumundan müdafiə sisteminin raket və dron təhdidləri ilə qarşılaşdığını bildirir. BİG.AZ France 24-ə istinadən xəbər verir ki, BƏƏ-nin müdafiə nazirliyi sosial mediada paylaşdığı mesajda təsdiqləyib ki, "ölkə daxilində eşidilən səslər davam edən qarşılıql

03.04.2026 243
.

Qızıl və gümüş ucuzlaşır

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçerslərinin dəyəri 2,77% azalaraq 4 679,7 ABŞ dollarına bərabər olub. COMEX-d

03.04.2026 227
.

Bir səhv, bütün balans: kart təhlükəsizliyinə diqqət!

"Bank kartının təhlükəsizliyi üçün bir neçə vacib qaydaya əməl etmək lazımdır. İlk növbədə, PİN kodu, CVV və digər məxfi məlumatları heç kimlə paylaşmayın və onları açıq şəkildə saxlamayın. Bu məlumatlardan yalnız etibarlı platformalarda istifadə edin". Bunu BİG.AZ-a açıqlamasında İKT üzr

03.04.2026 372
.

Tanınmış jurnalistə vəzifə verildi

Mingəçevir Dövlət Universitetində yeni kadr təyinatı həyata keçirilib. Tanınmış jurnalist Firuzə Cəlilova universitetin İctimai əlaqələr və marketinq şöbəsinin müdiri - mətbuat katibi vəzifəsinə təyin olunub. Firuzə Cəlilova Bakı Dövlət Universiteti-nin məzunudur, pedaqogika üzrə fəlsəfə doktorudur v

03.04.2026 248
.

Taksilər və sərnişinlər üçün vacib qərar: Gediş haqqı artacaq?

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması qaydasında dəyişikliklər olunub. Belə ki, avtonəqliyyat vasitəsi taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün istifadə edildikdə, icbari sığorta müqaviləsi bağlanarkən ödənilməl

03.04.2026 332
.

1938-ci ildə balıqçılar milyonlarla il əvvəl nəsli kəsilmiş balığı necə tutmuşdu?

Cənubi Afrikada bir balıqçı qayığında təsadüfi tapıntı elm dünyasını sarsıdaraq planetin təkamül tarixini yenidən yazmağa vadar edib. Dinozavrlarla birlikdə 65 milyon ildən çox əvvəl nəsli kəsilmiş hesab edilən balıq canlı şəkildə tapılıb. Qaynarinfo xəbər verir ki, bu barədə "EcoNews" yazır

03.04.2026 167
.

TOP MP3