10 ildən yuxarı yaşı olan avtomobillərin ölkəyə girişi qadağan olunur - Yeni qərar bu maşınlara şamil olunacaq?

10 ildən yuxarı yaşı olan avtomobillərin ölkəyə girişi qadağan olunur - Yeni qərar bu maşınlara şamil olunacaq?Bildiyimiz kimi, Nazirlər Kabinetinin 2023-cü il 29 mart tarixli "İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında" qərarına əsasən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin ölkə ərazisinə gətirilməsi məhdudlaşdırılır və qərar 30 gün sonra qüvvəyə minir.

Mövzu ilə bağlı BiG.AZ-a danışan iqtisadçı Fuad İbrahimov qərarı şərh edib:

"Birincisi nəzərə almaq lazımdır ki, Nazirlər Kabinetinin qərarı ilə 10 ildən yuxarı yaşı olan avtomobillərin, hansılar ki, artıq Azərbaycandadır və 30 gün ərzində gələcək avtomobillərin, eyni zamanda Azərbaycanda olan avtomobillərin istismarı üçün hər hansı bir məhdudiyyət yoxdur. Yəni onlar hərəkətdə olacaq, idarə olunacaqlar və bu dövr ərzində gələnləri gömrük rəsmiləşdirməsindən keçəndən sonra ölkəyə buraxacaqlar. Amma bundan sonra 30 gündən sonra gələnlər buraxılmayacaq.

Burada da mübahisəli məsələlər var. Elə insanlar var ki, 4-5 gün bundan qabaq sözügedən avtomobili alıb, pulunu köçürüb və avtomobil artıq yoldadır. Ola bilər ki, 1 yaxud 2 aydan sonra gələcək. Qanun belə tələb edir ki, əgər vətəndaş o sənədləri, sübutları təqdim etsə ki, bu tarixdə alınıb və yola çıxıb, o zaman Nazirlər Kabinetinin qərarı bu şəxslərə şamil olunmamalıdır. Çünki qərara qədər görülmüş iş artıq yeni qərara şamil olunmamalıdır.

Azərbaycanda avtomobil parkı kifayyət qədərdir. Bu qərarın əsas amili, şərti odur ki, ətraf mühitə ziyan vurulmasın, eyni zamanda avtomobil parklarının yenilənməsi olsun. Müasirliyə gedirik, məqsəd avtomobillər hibrid maşınlarla əvəzləşdirilsin. Yəni stimullaşdırırıq ki, ətraf mühiti təmizləyək. Amma statistikaya diqqət yetirək. Burada 80 faizdən çox avtomobillər 10 ildən artıq yaşı olan avtomobillərdir. Vətəndaşlarımızın alıcılıq qabiliyyəti 80 faizi bunu bacarır. Müasirliyə gedəndə nəzərə alınmalıdır ki, maddi imkan da çatsın. Əlbəttə ki, əhali arasında bununla bağlı narazılıq olacaq. Ona görə ki, ucuz maşınları alanlar əsasən taksi fəaliyyəti və əhalinin sosial cəhətdən aşağı təbəqəsi alır. Bu insanlar 5 ilin avtomobillərini ala bilməyəcək. Bazarda da kifayyət qədər tutalım, elektron maşınlar var. Onlar da kifayyət qədər bahadır. Yəni indiki vəziyyətdə daxili bazarda ucuz maşınların da qiyməti artacaq. 80 faiz kütləni nəzərə almaq lazımdır.

Məsələn, kiminsə əlində 10 min manatı varsa, o gedib 20 min manata maşın ala bilməz axı. Bizim statistika komitəsi bu rəqəmləri verir, maşınların da tarixçəsi var. 80 faiz istifadə olunan avtomobillər 10 ildən böyükdür".

Nuranə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2723   Tarix: 30 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Kişi 1 saniyədə yanıb kül oldu

Çində kişi küçədə faciəvi şəkildə ölüb. xəbər verir ki, hadisə zamanı kişi elektrik xəttinə uzun çubuqla toxunub. Nəticədə güclü partlayış baş verib və kişi yanaraq ölüb. Dəhşətli hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb

19:45 209
.

"Azərbaycanı qorumaq yalnız səngərdə dayanmaq deyil" - Veteran

"Azərbaycanı qorumaq yalnız əlinə silah alıb səngərdə dayanmaqdan ibarət deyil. Vətəni qorumağın müxtəlif yolları var və hər bir insan çalışdığı sahədə öz məsuliyyətini dərk edərək ölkəsinə xidmət edə bilər". Bunu BİG.Az-a açıqlamasında Vətən müharibəsi iştirakçısı Ruslan Şıxıyev bildirib

15:11 252
.

"Fənərbaxça"lı Arina "Qalatasaray"ın ulduz oyunçusuna aşiq olub

"Fənərbaxça Medicana"nın rusiyalı voleybolçusu Arina Fedorovtseva ilə "Qalatasaray"ın seneqallı futbolçusu İsmayıl Yakobs arasında münasibətlərin olduğu iddia edilir. -ın Türkiyə mediasına istinadla xəbərinə görə, iddia olunur ki, cütlük "Qalatasaray"ın "Ştutqart"

18:15 211
.

10 ayda dövlət büdcəsindən 296,7 milyon manat geri qaytarılıb

2026-cı ilin yanvar-oktyabr ayları ərzində dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 296 milyon 715,3 min manat məbləğində vəsait geri qaytarılıb. "APA-Economics" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Geri qaytarılan vəsaitlər fiziki şəxslərin pərakəndə ticarə

21:15 106
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

14:16 215
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

16:13 255
.

Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb

17:07 210
.

Hansı xarici dili öyrənmək daha sərfəlidir?

Xarici dil seçərkən təkcə həmin dildə neçə nəfərin danışdığını bilmək kifayət etmir. Dilin iş, səyahət və gündəlik ünsiyyət üçün nə dərəcədə faydalı olması, həmçinin onu öyrənməyə sərf ediləcək vaxt da əhəmiyyət daşıyır. xarici mediaya istinadla xəbər verir ki, dünyada ən çox danışılan dillərin sıralamas

19:30 173
.

Dövlət Bayrağı Günü ölkəmizin hər bir yerində təntənə ilə qeyd olunur

2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasınd

11:38 236
.