Azərbaycan böyük dəyişikliklər astanasında: İcra hakimiyyətləri ləğv olunur? - AÇIQLAMA

Azərbaycan böyük dəyişikliklər astanasında: İcra hakimiyyətləri ləğv olunur? - AÇIQLAMA"İcra hakimiyyətlərinin ləğv edilməsi məsələsi çoxdan gündəmdir. Dəfələrlə bu məsələyə toxunmuşam. Demişəm ki, artıq icra hakimiyyəti orqanlarının vəzifəsi səlahiyyətli nümayəndələrə verilməlidir".

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

"Çünki bu, faktiki olaraq Qarabağda özünü müsbət bir məqam kimi göstərdi və hazırda orada müsbət işlər görülür. Odur ki, bütün Azərbaycan ərazisində bu həyata keçirilməlidir", - deyə o əlavə edib.

Deputat Prezident İlham Əliyevin Məsim Məmmədovu Laçın rayonuna Prezidentin səlahiyyətli nümayəndəsi təyin etməsindən sonra analoji prosesin Azərbaycanın digər rayonlarında da həyata keçiriləcəyini bildirib:

"İstərdim ki, Azərbaycandakı 14 iqtisadi rayonun hər birinin rəhbərliyinə dövlət başçısının səlahiyyətli nümayəndələri təyin olunsun. Onlar investisiya yatırımları ilə yanaşı, əhalinin sosial problemləri ilə məşğul olsunlar.

Digər tərəfdən, bələdiyyələrə daha çox səlahiyyət verməliyik".

V. Əhmədov hesab edir ki, səlahiyyətli nümayəndənin təyin edilməsi müsbət haldır və bu proses bütün Azərbaycanı əhatə etməlidir:

"Yeni sistemdə kadrlar dəyişdirildi, hər bir nümayəndə təyin olunanda Prezident ona göstərişlərini verir, müəyyən problemlərin olduğunu onun nəzərinə çatdırır. Deyir ki, gedin, işləyin, əhalinin xidmətində olun. Bu da artıq o insanların özlərindən və əhali ilə təmaslarından asılıdır. Sözsüz ki, yeni sistem korrupsiyanın da qarşısını müəyyən qədər ala bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1232   Tarix: 30 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda zəlzələ oldu

İmişlidə zəlzələ olub. BİG.AZ xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, 21:53-də qeydə alınan yeraltı təkanın maqnitudası 3.2, dərinliyi isə 26 km olub. Zəlzələ hiss edilməyib

03.08.2026 157
.

Turistə şəkil çəkdirməyə kömək etdi: çoxdan itkin düşən qohumunu tapdı - İnanılmaz HEKAYƏ

Turistin adi foto çəkmək xahişi Çin sakini üçün gözlənilməz ailə kəşfinə çevrilib. Qısa söhbətdən sonra iki kişi 70 ildən çox əvvəl tarixi hadisələr səbəbindən bir-birindən ayrı düşmüş qohum olduqlarını anlayıb. xarici KİV-ə istinadən xəbər verir ki, iyulun əvvəlində Çen Çze işgüzar səfərlə Yunnan əyalətin

03.08.2026 225
.

Tanış olmaq adı ilə kişini soydu - BAKIDA KURYOZ OĞURLUQ

Paytaxtın Nəsimi rayonunda oğurluq hadisəsi baş verib. xəbər verir ki, zərərçəkən polisə müraciət edərək içərisində 900 manat, bank kartları və şəxsi sənədləri olan pul kisəsinin talandığını bildirib. Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən, əvvəllər analoji cinayətə görə məhku

03.08.2026 188
.

Ronaldo ilə Corcina Rodrigesin toyunun keçiriləcəyi tarix və məkan açıqlandı

Portuqaliyalı futbol ulduzu Kriştiano Ronaldonun yaxın günlərdə uzun illərdir birlikdə olduğu Corcina Rodrigeslə evlənəcəyi iddia olunur. Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, 41 yaşlı Ronaldo və 32 yaşlı Corcina nikah mərasimini futbolçunu

03.08.2026 147
.

Elm gözəlliyin sirrini açdı: İdeal üz necə olmalıdır?

Alimlər gözəlliyin həqiqətən zövq məsələsi və ya elmi izahının olmasını 3D texnologiyasından istifadə edərək insan üzünün quruluşunu araşdırıblar. Tədqiqatın nəticələrinə görə, müəyyən üz cizgiləri insanların daha cəlbedici görünməsində mühüm rol oynayır. Araşdırmada aktrisa Marqo Robbi və aktyor Henr

03.08.2026 134
.

Saakaşvili özünü Odisseylə müqayisə etdi

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili həbsxanada Kristofer Nolanın yeni filmi olan "Odisseya"nı izlədiyini bildirib. xəbər verir ki, o, bu barədə "Facebook" səhifəsində yazaraq özünü Odisseylə müqayisə edib. Onun sözlərinə görə, Odisseyin taleyi onun taleyinə bənzəyir v

03.08.2026 272
.

Füzulidə açıq ərazidə yanğın başlayıb - VİDEO

Füzuli rayonunda açıq ərazidə yanğın başlayıb. -ın məlumatına görə, hadisə zamanı alovun geniş sahəyə yayıldığı bildirilir. Yanğının söndürülməsi üçün əraziyə aidiyyəti qurumların qüvvələri cəlb olunub və alovun qarşısının alınması istiqamətində tədbirlər görülür. Yanğının başvermə səbəbi, xəsarət alanları

03.08.2026 119
.

"48 il birlikdə yaşadıq, mənə qadının necə olduğunu öyrətdi"

Xalq artisti Fəxrəddin Manafov mərhum həyat yoldaşı Vahidə Sadıqovadan danışıb. Axşam.az xəbər verir ki, aktyor bu barədə AzTV-də yayımlanan, Mehriban Ələkbərzadənin aparıcısı olduğu verilişdə söz açıb. F.Manafov bildirib ki, 48 il birlikdə yaşadığı həyat yoldaşı ona qadını anlamağı öyrədib:. "4

03.08.2026 287
.

Azərbaycanda qadın vətəndaşın 5100 manat pulunu mənimsəyib - İDDİA

Azərbaycanda qadın vətəndaşın 5100 manat pulunu mənimsəyib. Bunu -a müraciət edən Günel Məmmədova.(ad və soyad şərtidir -red) bildirib. Günel Məmmədova qeyd edib ki, Məmmədova Ləman Xaliq qızından 1 ildir ki, pulunu geri ala bilmir:. "İyul ayının 4-ü ona 35.77 qram qızıl vermişəm. Ləman Məmmədov

03.08.2026 262
.

TOP MP3