"Kəmaləddin Qafarov əhalini aldadır, çünki özü fəal dərman biznesi ilə məşğuldur" — AÇIQLAMA

"Kəmaləddin Qafarov əhalini aldadır, çünki özü fəal dərman biznesi ilə məşğuldur" — AÇIQLAMA"Dərman biznesi sahəsində ölkədə əcaib durum yaşanır. Paradoksal vəziyyətlərdən biri budur ki, ölkədə dərman istehsalı üçün yetərincə imkanlar var. Zavod da açılıb, cənab Prezident Pirallahıda zavodun açılışında iştirak edib. Bəs nə üçün Azərbaycanda dərman istehsalına keçid yoxdur? Səbəbi budur ki, dövlətin dərman siyasətini müəyyən edən adamlar fəal dərman biznesi ilə məşğul olurlar və əksəriyyəti Milli Məclisdə toplanıb. Deputat Kəmaləddin Qafarov dərmanların Azərbaycanda Türkiyədən daha ucuz olduğunu deməklə, əlbəttə, kökündən səhv edir. O, əhalini aldadır. Çünki özü fəal dərman biznesi ilə məşğul olur. İstehlakçılardan hər gün gələn zəngələrə bir gün gəlib Azad İstehlakçılar Birliyində qulaq assın, görsün ki, istehlakçılar nə deyirlər…".

Bu sözləri Pravda.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib.

E.Hüseynov bildirib ki, Azərbaycanda dərmanlar bir çox ölkələrdən dəfələrlə bahadır, keyfiyyəti də aşağıdır:

"Çünki insanların xəstəliyinə təsir etmir. Bu barədə ictimai rəy belədir. Ən gözəl ekspertiza da elə ictimai rəydir. Üstəlik, dərmana nəzarət edən Analitik Ekspertiza Mərkəzi dərmanların qeydiyyatında böyük bürokratizm şəraitində çalışır. Adicə ölkəyə gətirilən şprislərin keyfiyyətini analiz edə bilmir. Dəfələrlə məsələ qaldırmışıq. Ölkəyə üzərində bölgüsü düz olmayan, standartlara cavab verməyən külli miqdarda təhlükəli şprislər gətirilir. Heç Analitik Ekspertiza Mərkəzi bunun da öhdəsindən gəlmək istəmir. Çünki dərman biznesi ilə məşğul olan, qərar qəbul edən adamlar fəal şəkildə bu bazarı çirkləndirirlər. Elə iş aparılmalıdır ki, Azərbaycan istehlakçıları yerli dərmanlar ala bilsinlər.

Təəssüf ki, bu, yoxdur. Yerli dərman istehsalına cavabdeh olan zavod da, demək olar, primitiv işlərlə məşğul olur. Tibb vasitələri istehal edir, lakin dərman istehsalına keçid ala bilmir, yaxud almaq istəmir. Ölkənin dərman bazarı həddindən artıq çirklənmiş vəziyyətdədir…".

E.Hüseynov deyib ki, Azərbaycandakı qədər aptek şəbəkəsi heç bir ölkədə yoxdur:

"Təxminən, apteklərin sayı başqa ölkələrlə müqayisədə bizdə 20 dəfə artıqdır. Təkcə Atatürk prosektindəki yeddimərtəbəli binanın altında yeddi aptek var. İnsanlar apteklərdə növbədədirlər. Səbəbi nədir? Birincisi, insanlar ciddi xəstədirlər, görünür, bu, qidadan da qaynaqlanır. İkincisi, dərmanlar keyfiyyətsizdir. Üstəlik, Azərbaycanda alman apteklər şəbəkəsi var. Qiyməti dövlət tərəfindən tənzimlənən dərmanları dəfələrlə baha qiymətə satır. Sanki demək istəyir ki, bizdəkilər "natural"dır, o birilər saxta…".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1528   Tarix: 30 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kişi 1 saniyədə yanıb kül oldu

Çində kişi küçədə faciəvi şəkildə ölüb. xəbər verir ki, hadisə zamanı kişi elektrik xəttinə uzun çubuqla toxunub. Nəticədə güclü partlayış baş verib və kişi yanaraq ölüb. Dəhşətli hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb

19:45 209
.

"Azərbaycanı qorumaq yalnız səngərdə dayanmaq deyil" - Veteran

"Azərbaycanı qorumaq yalnız əlinə silah alıb səngərdə dayanmaqdan ibarət deyil. Vətəni qorumağın müxtəlif yolları var və hər bir insan çalışdığı sahədə öz məsuliyyətini dərk edərək ölkəsinə xidmət edə bilər". Bunu BİG.Az-a açıqlamasında Vətən müharibəsi iştirakçısı Ruslan Şıxıyev bildirib

15:11 252
.

"Fənərbaxça"lı Arina "Qalatasaray"ın ulduz oyunçusuna aşiq olub

"Fənərbaxça Medicana"nın rusiyalı voleybolçusu Arina Fedorovtseva ilə "Qalatasaray"ın seneqallı futbolçusu İsmayıl Yakobs arasında münasibətlərin olduğu iddia edilir. -ın Türkiyə mediasına istinadla xəbərinə görə, iddia olunur ki, cütlük "Qalatasaray"ın "Ştutqart"

18:15 211
.

10 ayda dövlət büdcəsindən 296,7 milyon manat geri qaytarılıb

2026-cı ilin yanvar-oktyabr ayları ərzində dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 296 milyon 715,3 min manat məbləğində vəsait geri qaytarılıb. "APA-Economics" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Geri qaytarılan vəsaitlər fiziki şəxslərin pərakəndə ticarə

21:15 106
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

14:16 215
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

16:13 255
.

Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb

17:07 210
.

Hansı xarici dili öyrənmək daha sərfəlidir?

Xarici dil seçərkən təkcə həmin dildə neçə nəfərin danışdığını bilmək kifayət etmir. Dilin iş, səyahət və gündəlik ünsiyyət üçün nə dərəcədə faydalı olması, həmçinin onu öyrənməyə sərf ediləcək vaxt da əhəmiyyət daşıyır. xarici mediaya istinadla xəbər verir ki, dünyada ən çox danışılan dillərin sıralamas

19:30 173
.

Dövlət Bayrağı Günü ölkəmizin hər bir yerində təntənə ilə qeyd olunur

2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasınd

11:38 236
.