İndiki gənclər nə istəyir: ali təhsil, yoxsa kənddən qaçmaq?

İndiki gənclər nə istəyir: ali təhsil, yoxsa kənddən qaçmaq?Rayon və kəndlərdə yaşayan abituriyentlərin bəziləri Bakıya köçmək və yeni həyata başlamaq üçün tələbə olmağa can atır. Belə düşüncədə olan gənclərin əsas amalı ali təhsil almaq, uğurlu kariyera qurmaqdan daha çox "şəhərli olmaq"dır.

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bir müddət əvvəl keçirdiyi mətbuat konfransında bu məsələyə toxunaraq bildirmişdi ki, abituriyentlərin heç də hamısı ixtisas seçimini özü etmir. "Yenə seçimi bəzi təhsil ekspertləri edir. Onlar təki harasa qəbul olunsun deyə seçim edirlər. Abituriyentlər də var ki, rayondan çıxıb Bakıda yaşamaq üçün qəbul olmaq istəyir", - deyə DİM sədri vurğulamışdı.

"Əsas tələbə olum, sonrası Allah kərimdir", - deyən abituriyentlər rayondan niyə qaçmaq istəyirlər?

İndiki gənclər nə istəyir: ali təhsil, yoxsa kənddən qaçmaq?Mövzu ilə bağlı Modern.az-a danışan təhsil üzrə ekspert Nadir İsrafilov vurğulayıb ki, abituriyentlərin rayondan uzaqlaşmasında valideynlər də günahkardır:

"DİM sədri Məleykə Abbaszadənin abituriyentlərə basqı ilə bağlı belə qənətə gəlməsində müəyyən həqiqət var. Gənclərə daha çox valideynlər basqı edirlər. Bu da təbiidir, çünki hər bir valideyn öz övladının gələcəyini onun ali təhsil almasında, diplom sahibi olmasında görür. Hətta diplomun cehiz predmetinə çevrilməsi barədə az deyilməyib, az yazılmayıb. Övladlarına "filankəsin övladı xaricdə təhsil alır, sən heç burda da universitetə daxil ola bilmədin" kimi valideyn tənələrinin az şahidi olmamışıq. Hamısı mentalitetdən, kimlərləsə bəhs aparmaq prinsipindən irəli gələn xüsusiyyətlərdir.

"Təki diplom olsun, qonum-qonşunun yanında başımız uca olsun", deyən bir çox valideynlər öz övladlarını onların arzusuna uyğun düzgün istiqamətə yönləndirib, onların müstəqil seçiminə mane olmamaq əvəzinə, övladlarının seçiminə müdaxilə edir, yalnız bu müdaxilənin ağır nəticələrini gördükdən sonra peşmançılıq çəkirlər ki, bu da artıq gec olur. Nazir Emin Əmrullayevin təbirincə desək, nəticədə hüquqşünas ixtisasında qəbul ola bilməyənlər tarixçi olurlar. İxtisas seçimini əmək bazarına görə yox, valideynin seçiminə görə edənlər əlavə seçim qarşısında qalırlar, ixtisasdəyişmə, yerdəyişmə halları ildən-ilə artır. Hər il qəbul imtahanlarında iştirak edib, müsabiqə şərtini ödəyən yüzlərlə, bəzən minlərlə məzunun elektron qaydada müraciətlərini təsdiq etməmələri kimi hallar baş verir".

Onun sözlərinə görə, ali təhsilə "şəhərli olmaq" kimi yanaşanların sayı az deyil:

"Müvafiq ixtisas üzrə keçid balını toplamadığından, digər arzulamadığı ixtisasa keçid alanlar, "təki universitet olsun" düşüncəsi ilə yaşayanlar arasında ali təhsilə "şəhərli olmaq" prinsipi ilə yanaşanlar da az deyil. Düzdür, ixtisas seçimini o qədər mürəkkəbləşdirdik ki, 200 bal toplayan ali məktəbə daxil ola bildi, 500 bal toplayan kənarda qaldı, düzgün seçim edə bilməməsi ucbatından, ödənişsizə düşməli olan ödənişliyə düşdü. Bu sahədə olan bütün boşluqlara və çatışmazlıqlara baxmayaraq, abituriyentlərin ixtisas seçimində valideynlər də az günahkar deyil. Ali təhsilə baxışımız, yanaşma tərzimiz dəyişməlidir ki, sonda günahkar axtarmaq məcburiyyətində qalmayaq. Bir qədər dərinə getsək, yeniyetmə və gənclər arasında son illər artmaqda olan intiharların səbəbini də imtahanlarla bağlı yaşanan streslərdə axtarmalı olarıq. Çünki, bu kimi hallara ən çox buraxılış və qəbul imtahanları dövründə təsadüf edilir. Mövqe seçimi ilə bağlı uğursuzluq yaşam seçiminə də təsirsiz ötüşmür... Səhv seçsinlər, ancaq özləri seçsinlər".

Təhsil üzrə ekspert Elçin Əfəndi isə bildirib ki, rayonlarda kortəbii ixtisas seçimlərinə daha çox rast gəlinir:

"Nəzərinizə çatdırım ki, hər il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarından sonra respublikanın müxtəlif bölgələrindən Bakıya gəlib, təhsil almaq istəyən yüzlərlə, minlərlə abituriyent olur. Həmin abituriyentlər müxtəlif səbəblərdən fərqli, yaxud öz seçdikləri ixtisasları yazırlar və Bakıya gəlib təhsil alırlar. Tələbələr arasında kortəbii formada ixtisas seçimi aparanlar çoxluq təşkil edir. Məleykə Abbaszadənin dediyi bütün tələbələri əhatə etmir. Bu da təbii ki, əsas səbəblərdən biridir, amma tam səbəb deyil. Bu da danılmaz faktdır ki, bəzən regionlarda xüsusilə oğlan tələbələr valideynlərin təsirinə məruz qalır və nəticə etibarilə onlar çıxış yolu kimi Bakıda təhsil alıb rayondan uzaqlaşmağı seçirlər. Amma bu, o demək deyil ki, bütün bölgələrdən gələnlər məhz bu kimi basqılar nəticəsində seçimlər aparırlar".

İndiki gənclər nə istəyir: ali təhsil, yoxsa kənddən qaçmaq?Ekspert vurğulayıb ki, valideynlər övladlarına seçim sərbəstliyi verməlidir: "İxtisaslaşma dövündə abituriyentlərin istədikləri sahəyə yönəlmələrinə imkan yaradılmalıdır. Valideynlərin övladlarına təsir göstərməsi doğru yanaşma deyil. Yaxşı olar ki, bununla bağlı mütəxəssis rəyi alsınlar. Bu gün ali təhsil müəssisələrində keçirilən qəbul imtahanlarına təxminən 100 minə yaxın müraciət qeydə alınır və haradasa 50-60 min abituriyent müsabiqəyə buraxılır. Onlardan isə təxminən 45-50 min civarında abituriyent ali təhsil müəssisələrinə qəbul ola bilir. Biz bunların hər birinin konkret istiqamət üzrə getmədiyini nəzərə almalıyıq. Bizim üçün vacib olan əmək bazarında tələb olunan ixtisaslar və sahələr üzrə peşəkar mütəxəssislərin formalaşmasıdır. Bu, həm dövlət, həm də cəmiyyət üçün əsas vacib olan tərəflərdir".

Təhsil eksperti Namiq Hacıheydərli qeyd edib ki, DİM rəhbəri fikirlərini ümumi sözlərlə deyil, konkret faktlarla izah etməlidir:

"Bununla belə, Məleykə xanımın fikirlərinin əsassız olmadığını düşünürəm. Əlbəttə, təkcə bölgələrimizdə yox, paytaxtımızda da bu cür hallara rast gəlinir. İmtahan nəticələri yüksək olsun deyə valideynlərin və ailədəki digər şəxslərin basqılarının olması danılmazdır. Əslində, burada böyüklərin tələbləri pozitivdir, niyyətləri pis deyil. Sadəcə olaraq, yanaşma tərzi kökündən yanlışdır. Hər bir valideyn təbii olaraq övladının cəmiyyətdə layiqli yer tutmasını, savadlı olmasını, müəyyən peşəyə və ya sənətə yiyələnməsini istəyir. Bu mənada niyyət təqdirəlayiqdir".

İndiki gənclər nə istəyir: ali təhsil, yoxsa kənddən qaçmaq?Ekspertin fikrincə, valideynlər bəzən unudur və ya bilmirlər ki, basqı, hədə-qorxu çıxış yolu deyil:

"Bu niyyətə nail olmaq üçün həvəsləndirici, inandırıcı, motivasiyaedici üsullardan istifadə etmək, özgüvən duyğusunu gücləndirmək olar. Çıxış yolu kimi məktəblərdə valideynlərlə psixoloqların, təhsil mütəxəssislərinin, bu sahədə təcrübəsi olan aydınların görüşünü təşkil etmək cəmiyyətimizdə xoşagəlməz halların qarşısının alınmasında effektiv nəticə verə bilər. Yəni gələcəkdə abituriyentlərimiz mənəvi travmalar və fiziki acılar yaşamasın deyə valideynlərlə ciddi iş aparılmalıdır. Əks halda hələ uzun illər aşağı nəticə göstərən abituriyentlərimizlə bağlı xoşagəlməz xəbərlər eşitməyə dəvam edəcəyik".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1294   Tarix: 27 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Timsah qadını dişləyib həyatını xilas etdi - Qeyri-adi HADİSƏ

Hindistanın Karnataka ştatında timsah qadını ölümdən qurtarıb. xarici mediaya istinadən xəbər verir ki, timsahın hücumu intihar etmək istəyən qadının həyatını xilas edib. Yırtıcının dişləməsi nəticəsində qadın qışqırmağa başlayıb və onun səsini eşidən polis əməkdaşları ilə yerli sakinlər vaxtında köməy

06.11.2026 259
.

Bakının bu küçələrində məhdudiyyət olacaq - Siyahı

8 Noyabr - Zəfər Günü ilə əlaqədar paytaxtın müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, yürüşlərlə əlaqədar Bakı Şəhər DYP İdarəsi tərəfindən məhdudiyyət tətbiq olunaca

06.11.2026 244
.

İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü - Video

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, sonra dövlət başçısı və birinci xanım burada Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunu

06.11.2026 382
.

Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ

06.11.2026 220
.

Ay və Venera 2026-cı ilin ən yaxın məsafəsində görünəcək - TARİX

Noyabrın 7-də səhər saatlarında Ay və Venera səmada bir-birinə son dərəcə yaxın görünəcək. Bu, 2026-cı il ərzində iki səma cisminin ən yaxın məsafədə müşahidə olunacağı hadisə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb. Məlumata görə, noyabrın 6-da Venera işıqlanm

06.11.2026 122
.

Kişi 1 saniyədə yanıb kül oldu

Çində kişi küçədə faciəvi şəkildə ölüb. xəbər verir ki, hadisə zamanı kişi elektrik xəttinə uzun çubuqla toxunub. Nəticədə güclü partlayış baş verib və kişi yanaraq ölüb. Dəhşətli hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb

06.11.2026 263
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

06.11.2026 383
.

Bayram günlərinin geomaqnit hava proqnozu açıqlandı

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlanıb. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsindən "Qafqazinfo"ya verilən məlumata görə, hazırda Günəş fəallığı yuxarı səviyyədədir. Bildirilib ki, proqnoz günlərində Günəş səthində orta və güclü yeni alışmaların baş vermə ehtimal

06.11.2026 230
.

Mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq

Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadən xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı

06.11.2026 293
.