Gəncədən Bakıyadək 50-60 dəfə qaydanı pozdu, öz qolunu dişlədi, həbs olundu

Gəncədən Bakıyadək 50-60 dəfə qaydanı pozdu, öz qolunu dişlədi, həbs olunduGəncədən Bakıya qədər 50-60 dəfə manevr qaydalarını pozan sürücü avtoxuliqan kimi həbs edilib.

"Qaynarinfo" xəbər verir ki, 2001-ci il tarixdə Neftçala şəhərində anadan olmuş Zamir (şərti) "Renta car"dan icarəyə götürdüyü "Hyundai Elantra" markalı avtomobillə 20 mart 2023-cü il tarixdə, saat 20-21 radələrində Nizami rayonu, H.Əliyev prospektində hərəkətdə olarkən yol polisi tərəfindən saxlanılıb. Polislər onu üç km izlədikdən sonra saxlaya biliblər. Həmin vaxt o, valideyni xəstə olduğuna görə avtomobili sürətlə idarə etdiyini etiraf edib.

Sürücü avtomobili idarə edərkən avtoxuliqanlıq hərəkətlərinə yol verib, çoxsaylı manevr qaydalarını pozub, xarici işıq cihazları nasaz vəziyyətdə olub. Sürücü avtoxuliqanlıq hərəkətlərinə yol verdiyini etiraf edərək bildirib ki, Gəncədən gəlir, bütün yolu belə sürüb, 50-60 dəfə manevr qaydalarını pozub. Məqsədi atası xəstə olduğuna görə evinə tez çatmaq olub.

Polislər tərəfindən avtomobil duracağa aparılıb, sürücü izahatı alındıqdan sonra artıq gecə olduğuna görə sərbəst buraxılıb.

Lakin səhəri gün onun mobil telefonuna zəng çatmayıb. 23 mart 2023-cü il tarixdə, saat təxminən 16:10-da Zamir Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə gəlib, avtomobilin duracaqdan buraxılmasını tələb edib. Eyni zamanda, bildirib ki, maşında 2 750 manat pulu qalıb, indi yoxdur. Sürücü məhkəmədə onu da iddia edib ki, cibində səsyazan aparat olub və polislər onu sındırıblar.
Zamir onu da etiraf edib ki, yalnız sürət həddini aşmaqla manevr qaydalarını pozub, polislərə qarşı nalayiq ifadələr işlətməyib, onların qanuni tələblərinə tabe olmaqdan boyun qaçırmayıb.

Yol Polisi Xidmətinin İqrar adlı inspektoru izahatında bildirib ki, Zamirdən səs-küyü, nalayiq söyüşlər işlətməyi dayandırması tələb olunsa da, sakitləşməyib, şöbənin iş fəaliyyətini pozmağa davam edib, qolunu dişləyərək özünə xəsarət yetirməyə çalışıb. Buna görə ərazi üzrə xidmət həyata keçirən post-patrul xidməti əməkdaşları dəvət olunublar. O, məcburi qaydada 25-ci Polis Şöbəsinə aparılıb.

Məhkəmənin qərarı ilə Zamir İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 10 gün müddətinə inzibati həbs növü seçilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 974   Tarix: 25 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - Video - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıye

06.11.2026 261
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

06.11.2026 355
.

Şənbə günü yağış yağacaq

Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək, külək əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 7-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətl

06.11.2026 255
.

Azərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi

06.11.2026 249
.

Müstəqil dövlətin Konstitusiya günüdür

1995-ci il noyabrın 12-də Azərbaycan xalqı referendum yolu ilə öz dövlətinin Əsas Qanununu - Konstitusiyasını qəbul etdi. Bu Konstitusiya müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk Milli Konstitusiyasıdır. "Konstitusiya" latın sözü olub quruluş, təsisat mənası verir. Dövlətin al

06.11.2026 254
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

06.11.2026 399
.

"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, sakinlərə evlərinin açarları təqdim edildikdən sonra Prezidentlə kənd sakini arasınd

06.11.2026 163
.

Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

06.11.2026 284
.

Bayram günlərinin geomaqnit hava proqnozu açıqlandı

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlanıb. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsindən "Qafqazinfo"ya verilən məlumata görə, hazırda Günəş fəallığı yuxarı səviyyədədir. Bildirilib ki, proqnoz günlərində Günəş səthində orta və güclü yeni alışmaların baş vermə ehtimal

06.11.2026 234
.