"Ermənistan öz havadarlarının köməyi ilə bölgədə təxribatlar törədir, sabitliyi pozur" - RƏY
"Ermənistan öz havadarlarının köməyi ilə bölgədə təxribatlar törədir, sabitliyi pozur. İndiyədək Ermənistan daha çox Fransa və Rusiyanın təhriki ilə təxribat törədirdisə, indi həm də İrandakı molla rejimi İrəvanı provokasiyaya çəkir".
Bunu "Report"a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
O bildirib ki, rəsmi Tehran İrəvanı hərəkətə keçməyə təhrik edir: "Tehranın vədləri Ermənistantana hərəkətə keçmək üçün "ilham verir". Odur ki, dünənə qədər sülh müqaviləsindən danışan Ermənistan baş naziri Nikol Paşinyan indi sərsəm bəyanatlar verir, Azərbaycanı ittiham edir. Əlbəttə, İranın "əzələ nümayişi" də Ermənistanı ruhlandırır".
Q.Hüseynlinin fikrincə, rəsmi İrəvanın destruktiv mövqeyində Moskvanın da "əli var": "Azərbaycanla müttəfiqlik haqqında sənəd imzalayan Rusiyanın bəzi hərəkətləri bizdə narahatlıq yaratmaya bilməz. Belə ki, qondarma rejimin başçısı Araik Arutunyan Moskvaya gedir, müəyyən təlimatlar alır və pozuculuq fəaliyyətini icra edir. Ümumiyyətlə, Rusiya xeyli vaxtdır ki, beynəlxalq hüququ pozur. Regiondakı rus sülhməramlıları daha çox kommersiya fəaliyyəti ilə məşğuldurlar. Onlar ərazidə sülhün təmin olunmasına çalışmırlar. Ermənistanın silahlanmasında Rusiya fəal iştirak edir. Bu isə o deməkdir ki, biz yenə də öz işimizi özümüz görə bilərik. Görünür, xəbərdarlıqlar işə yaramır. Azərbaycan Vətən müharibəsində BMT-nin 4 qətnaməsini necə icra etdisə, indi də öz təhlükəsizliyi üçün müvafiq addımları ata bilər".
Qeyd edək ki, dünən, martın 24-də Azərbaycan Müdafiə Nazirliyi növbəti dəfə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə qanunsuz hərbi daşımaları icra edən kolonun hərəkət etdiyinə dair məlumat yayıb.
Bildirilib ki, Rusiya sülhməramlı kontingentinə məxsus 1 ədəd "ZTR-82A" döyüş maşını, ermənilərə məxsus 3 ədəd tentli "KamAZ" və üzərində yanacaq çəni olan 1 ədəd "KamAZ" avtomobilinin hərəkəti texniki müşahidə vasitələrimiz tərəfindən qeydə alınıb.
Rusiya sülhməramlı kontingenti tərəfindən həyata keçirilən bu cür fəaliyyətlər üçtərəfli bəyanatın müddəalarının icrası ilə bağlı üzərlərinə düşən vəzifə borclarının yerinə yetirilməməsidir.
Vəzifə və öhdəliklərinin əksinə olaraq Azərbaycanın Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən qeyri-qanuni erməni dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər maddi-texniki təminat vasitələrinin daşınmasını müşayiət etməklə sərbəst hərəkətinə şərait yaradılması əldə edilmiş razılıqların sülhməramlı kontingent tərəfindən kobud şəkildə pozulması deməkdir. Belə hallara dərhal son qoyulmalıdır.
Mütəmadi baş verən bu kimi qeyri-qanuni fəaliyyətlər Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycan tərəfindən sərhəd-keçid və nəzarət məntəqəsinin qurulmasının zəruri olduğunu göstərir.
Bundan başqa, ermənilərin Qarabağda qanunsuz olaraq yeni yollar çəkdiyi məlum olub.
Bu, ilk belə hal deyil. Qarabağdakı sülhməramlı kontingent ermənilərin qanunsuz əməllərinə şərait yaratmaqla özlərinə olan inamı da sıfıra endirirlər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 532 Tarix: 25 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSoltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - Video - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıye
06.11.2026 261 Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi
24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v
06.11.2026 355 Şənbə günü yağış yağacaq
Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək, külək əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 7-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətl
06.11.2026 255 Azərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi
Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi
06.11.2026 249 Müstəqil dövlətin Konstitusiya günüdür
1995-ci il noyabrın 12-də Azərbaycan xalqı referendum yolu ilə öz dövlətinin Əsas Qanununu - Konstitusiyasını qəbul etdi. Bu Konstitusiya müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk Milli Konstitusiyasıdır. "Konstitusiya" latın sözü olub quruluş, təsisat mənası verir. Dövlətin al
06.11.2026 254 Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib
Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind
06.11.2026 399 "Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, sakinlərə evlərinin açarları təqdim edildikdən sonra Prezidentlə kənd sakini arasınd
06.11.2026 163 Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb
06.11.2026 284 Bayram günlərinin geomaqnit hava proqnozu açıqlandı
Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlanıb. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsindən "Qafqazinfo"ya verilən məlumata görə, hazırda Günəş fəallığı yuxarı səviyyədədir. Bildirilib ki, proqnoz günlərində Günəş səthində orta və güclü yeni alışmaların baş vermə ehtimal
06.11.2026 234