Azərbaycan XİN Ermənistana xəbərdarlıq edib
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş məlumata əsasən, 25 mart tarixində Azərbaycan Ordusunun bölmələri Laçın yolunun şimalında torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən Azərbaycanın ərazilərinə silah-sursat daşımaqla vəziyyətin daha da gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısını almaq məqsədilə müvafiq nəzarət tədbirləri həyata keçirib.
BiG.AZ xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, son günlər Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınması intensivləşib. Bununla yanaşı, son bir neçə gündə Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimalda keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni yol tikinti işlərinin aparılması müvafiq müşahidə vasitələri ilə qeydə alınıb.
Azərbaycan tərəfinin çoxsaylı müraciətlərinə və bu xüsusda aparılmış müzakirələrə baxmayaraq silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması üçün bu günədək heç bir zəruri tədbir görülməyib.
Bununla yanaşı, 5 mart tarixində Xankəndi-Xəlfəli-Turşsu yolunda, habelə 20 mart tarixində Zəngilan rayonu istiqamətində Ermənistanın törətdiyi təxribatlar nəticəsində Azərbaycan hərbçilərinin şəhid olması və yaralanması Ermənistanın vəziyyəti qəsdən gərginləşdirmək niyyətini nümayiş etdirib.
Qeyd edək ki, Ermənistan tərəfinin sözügedən hərbi təxribatları həmçinin Ermənistan rəhbərliyinin son günlərdə təcavüzkar ritorikası ilə müşayiət olunub. Xüsusilə, Ermənistan Prezidenti, Baş naziri və xarici işlər naziri tərəfindən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı davam edən bəyanatları, bu ölkənin Azərbaycana qarşı ərazi iddialarından hələ də əl çəkmədiyinin bazir nümunəsidir.
Ermənistan tərəfinin bu addımları, son zamanlar sülh sazişi üzrə beynəlxalq səylərin canlanması şəraitində Ermənistanın sülh prosesini məqsədyönlü şəkildə pozmaq niyyətini, eləcə də bölgədə sülh və sabitliyin təmin edilməsində maraqlı olmadığını göstərib.
Ermənistanı bölgədə vəziyyəti gərginləşdirən təxribatçı addımlardan və bəyanatlardan, Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinməyə, beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdlərini davam etdirmək əvəzinə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırırıq.
Ermənistan tərəfinin son təxribatları göstərir ki, Azərbaycanın suveren ərazilərində qeyri-qanuni fəaliyyətin qarşısının alınması məqsədilə, Laçın yolunun son nöqtəsində Azərbaycanla Ermənistan arasında sərhəd-keçid və nəzarət məntəqəsinin yaradılması zəruridir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 755 Tarix: 25 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda zəlzələ oldu
İmişlidə zəlzələ olub. BİG.AZ xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, 21:53-də qeydə alınan yeraltı təkanın maqnitudası 3.2, dərinliyi isə 26 km olub. Zəlzələ hiss edilməyib
03.08.2026 311 İyulda Yer kürəsində son 14 ilin ən aşağı temperaturu qeydə alındı
Antarktidada yerləşən "Concordia" tədqiqat stansiyasında son 14 ilin Yer kürəsində qeydə alınmış ən aşağı temperaturu - mənfi 84,1 dərəcə Selsi ölçülüb. Qaynarinfo xəbər verir ki, "Live Science" nəşrinin məlumatına görə, rekord göstərici iyulun 18-də qitənin dərinliyində, hazırd
03.08.2026 284 Azərbaycan artıq Mərkəzi Asiyanın strateji qərar platformasında
"Qlobal geosiyasi və geoiqtisadi düzənin sürətlə dəyişdiyi, beynəlxalq münasibətlər sistemində yeni güc mərkəzlərinin formalaşdığı indiki mərhələdə Mərkəzi Asiya dünyanın diqqət mərkəzində olan regionlardan birinə çevrilib. Uzun illər əsasən enerji resursları və əlverişli coğrafi mövqeyi ilə seçilə
03.08.2026 200 Ekspert: Moskva artıq müharibəni öz ərazisində hiss edir
"Ukraynanın son dövrlərdə Rusiyanın dərinliklərinə, o cümlədən Moskva və digər iri şəhərlərə endirdiyi zərbələr müharibənin xarakterini əhəmiyyətli dərəcədə dəyişib. Əgər əvvəllər döyüşlər əsasən cəbhə xətti ilə məhdudlaşırdısa, indi Rusiya cəmiyyəti də müharibənin artıq təhlükəsiz hesab oluna
03.08.2026 249 Müddəti bitmiş yumurtanı yeyə bilərikmi və onlarla nə bişirmək olar?
Yumurtalar ucuz deyil, ona görə də onları sırf qablaşdırmadakı yararlılıq müddəti bir və ya iki gün əvvəl bitdiyi üçün atmaq heç istənilmir. Eyni zamanda, xarab olmuş məhsulları istehlak etmək təhlükəli ola bilər. Qanuni sual yaranır: bu müddət bitdikdən sonra yumurta yemək olarmı?. xarici mediaya istinadə
03.08.2026 264 Qırmızı dənizdə gərginlik artır: Ər-Riyad hərbi əməliyyata hazırlaşır
"Guardian" nəşrinin məlumatına görə, Səudiyyə Ərəbistanı Yəməndə husilərə qarşı genişmiqyaslı hərbi əməliyyata hazırlaşır. Bildirilir ki, əməliyyat təkcə hava və dəniz zərbələrini deyil, həm də Yəmənin mərkəzi hissəsində quru hücumunu əhatə edə bilər. Məlumata əsasən, Ər-Riyad bu addımı Qırmız
03.08.2026 212 Bakının bu qəsəbəsində su olmayacaq
Bu gün Bakının Hövsan qəsəbəsinin bəzi ərazilərində su olmayacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, magistral su xəttinin qəzalı hissəsinin təmir-bərpa işləri ilə bağlı Hövsan qəsəbəsinin bəzi ərazilərinə gün ərzind
03.08.2026 318 Bu il qeyri-çimərlik ərazilərdə suda batan 40 nəfərin meyiti tapılıb - RƏSMİ
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin nəzarət etdiyi çimərliklərdə 2026-cı ildə çimərlik mövsümü başlayandan bu günə kimi ölüm faktı qeydə alınmayıb. Nazirlikdən -a verilən məlumata görə, Xidmətin dalğıc-xilasediciləri tərəfindən qeyd oluna
03.08.2026 258 Elm gözəlliyin sirrini açdı: İdeal üz necə olmalıdır?
Alimlər gözəlliyin həqiqətən zövq məsələsi və ya elmi izahının olmasını 3D texnologiyasından istifadə edərək insan üzünün quruluşunu araşdırıblar. Tədqiqatın nəticələrinə görə, müəyyən üz cizgiləri insanların daha cəlbedici görünməsində mühüm rol oynayır. Araşdırmada aktrisa Marqo Robbi və aktyor Henr
03.08.2026 325