Paşinyan da Putinin "axtarışlarına başladı" - ŞƏRH

Paşinyan da Putinin "axtarışlarına başladı" - ŞƏRHBeynəlxalq Cinayət Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verməsindən sonra beynəlxalq aləmdə belə bir fikir yaranıb ki, Putin dəmir barmaqlıqlar arasına salınacaq.

Qısası, Putin üçün "beynəlxalq axtarış" elan edilib. Roma Statutunda təsbit olunmuş öhdəliklərə tərəfdar çıxan ölkələr Rusiya lideri həmin ölkələrə ayaq basdığı anda onu həbs etməlidirlər.

Ancaq "Putin həbsə salınacaq" təqdimatlarını etmək hələ tezdir. Çünki BCM-in qərarı Rusiyanın Ukraynada törətdiyi müharibə cinayətlərinə görə Kreml məmurlarının mühakimə olunmasını inkişaf etdirmək məqsədi daşıyır.

Yəni hələ Putinə qarşı heç bir ittiham aktı elan edilməyib, əsas məqsədə gəlincə, bu, Rusiyanın müharibə cinayətləri ilə bağlı növbəti hüquqi ittihamlara doğru ilk addımlardır.

BCM-in qərarı Putin üçün diplomatik-siyasi seçim imkanlarını məhdudlaşdırır, üstəgəl Ukrayna Prezidenti Volodimir Zelenskinin Putinlə müzakirələr aparmaq ehtimallarının üzərindən böyük xətt çəkir.

Onu da düşünəndə ki, Putinin həbsi o qədər real görünmür, deməli, BCM-in qərarının simvolik olub-olmaması mübahisələndirilə bilər.

Lakin hüquqi prosedurlar inkişaf etdirilsə, Putin əleyhinə presedentləri dövriyyədə saxlamaq da asanlaşacaq, hərçənd ki, yenə də Rusiya liderinin həbsi həqiqət kimi səslənmir.

Putin haqqındakı qərar beynəlxalq hüquqi kampaniya kimi ortalıqda fırlanır, lakin Ermənistanın meydana düşməsi gülməli görünür.

Əslində, bu, Rusiyanın öz əkdiyi toxumlardan götürdüyü çürük bəhrələr kimi başa düşülməlidir. Çünki regionda erməni amilinə nəhəng yatırımlar etmək Rusiyanın 200 illik tarixi adətidir.

Bu adət-ənənə hələ də öləziməyib, ancaq məzmun və formasında redaktələr edilir. Rusiyada da, Ermənistanda da bu iki ölkənin müttəfiqliyini Azərbaycan əleyhinə yönləndirmək istəyən qüvvələr həmişə fəal olub, hərçənd ki, Qarabağ müharibəsinin bitməsindən sonra onların aktivliyi də mənasızlaşıb.

Ermənistanın Roma Statutunu tanıması elə Rusiyadakı dairələrin başına çırpılan qapaz olmalıdır, bəs hanı qardaşlıq, hanı müttəfiqlik? Təbii ki, bu müttəfiqlik haqqında deyilənlər həmişə dekorasiya olub.
Görünən budur ki, Ermənistan Rusiyadan istədiklərini ala bilmədikcə, şantajlarla Moskvanı yaxınında oturtmağa çalışır.

Gah Ermənistanın Putinin kölgəsi altında olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxması fikirləri səslənir, gah 102-ci bazanın mənasız olduğundan bəhs edilir, gah da Qərblə birlikdə Moskvaya qarşı fərqli tələlər qurulur.

Həmin addımların davamı kimi Ermənistan Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsi haqqında Roma Statutunda təsbit olunmuş öhdəlikləri konstitusiyaya uyğun hesab edib. Yəni məntiqlə Putin Ermənistana ayaq bassa, İrəvan onu həbs edib beynəlxalq tribunala təqdim etməlidir.

Doğrudanmı baş nazir Nikol Paşinyan və onun administrasiyası Putini "tapıb" beynəlxalq mühakiməyə vermək cəsarətindədir?! Sonuncu durğu işarəsi elə bu suala cavab kimi başa düşülə bilər.

İndi yaxşı olar ki, Rusiya regional siyasətini açan kodları dəyişsin və Ermənistana havadar olan hərbi-siyasi kanalları bloklasın.

Bu arada, Robert Koçaryan, Serj Sarqsyan kimi canilərin əməllərini ört-basdır edən Ermənistana havadar çıxan Rusiya mənasız jestlərinin başında çatlayacağını anlamalı idi.

Ermənistanın qərarı ölkə rəhbərliyinin Vladimir Putinlə danışıqlar masasında oturmaması üçün də bəhanələr verəcək. Beləliklə, Nikol Paşinyanın Rusiyadan sürətlə uzaqlaşmasını məlum qərarla möhkəmləndirməsi Kremlin qəzəb tonunu artıracaq.

Buyursunlar, Rusiya da, Ermənistan da müttəfiqlik və qardaşlıqlarının ləzzətini çıxarsınlar. (oxu.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 669   Tarix: 25 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

06.11.2026 284
.

Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ

06.11.2026 225
.

Azərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi

06.11.2026 249
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

06.11.2026 221
.

Gürcüstanda tutulan 2 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Azərbaycan vətəndaşları Tahir Ayralov və Miryusif Qədirovun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən təmin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Ağstafa Rayon Poli

06.11.2026 165
.

Ay və Venera 2026-cı ilin ən yaxın məsafəsində görünəcək - TARİX

Noyabrın 7-də səhər saatlarında Ay və Venera səmada bir-birinə son dərəcə yaxın görünəcək. Bu, 2026-cı il ərzində iki səma cisminin ən yaxın məsafədə müşahidə olunacağı hadisə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb. Məlumata görə, noyabrın 6-da Venera işıqlanm

06.11.2026 159
.

Prezidentin sakinlə zarafatı - "Qonşuyuq?"

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Prezidentlə kişi sakin arasında səmimi söhbət baş tutub. Prezident İlham Əliyev

06.11.2026 148
.

Bayram günlərinin geomaqnit hava proqnozu açıqlandı

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlanıb. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsindən "Qafqazinfo"ya verilən məlumata görə, hazırda Günəş fəallığı yuxarı səviyyədədir. Bildirilib ki, proqnoz günlərində Günəş səthində orta və güclü yeni alışmaların baş vermə ehtimal

06.11.2026 234
.

Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşüb

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhuanı qəbul edib. XİN-dən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan ilə BMT arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri

06.11.2026 194
.