Müdafiə Nazirliyi təcili MƏLUMAT YAYDI

Müdafiə Nazirliyi təcili MƏLUMAT YAYDISon günlər Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınması intensivləşib.

Bu barədə BiG.AZ-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, bu daşımalar, xüsusilə gecə vaxtı və dumanlı hava şəraitindən istifadə etməklə həyata keçirilir.

"Qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən bəzi dağlıq və torpaq ərazilərdən keçməklə bir neçə marşrut üzrə yeni yolların çəkilməsi, həmçinin köhnə cığırların genişləndirilməsi üzrə işlər həyata keçirilir. Bu məqsədlə, hərbi, mühəndis və xüsusi texnikadan, habelə işçi qüvvəsi kimi müqaviləli əsasda hərbi xidmətə cəlb olunmuş şəxslər və yerli sakinlərdən istifadə olunur.

Son bir neçə gündə Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimalda keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni tikinti və təkmilləşdirmə işlərinin intensivləşməsi Azərbaycan Ordusunun texniki müşahidə vasitələri ilə qeydə alınıb. Bu yollardan həmçinin qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş mövqelərinin təminat və təchizatını həyata keçirmək üçün istifadə olunur.

Azərbaycan tərəfinin çoxsaylı müraciətlərinə və bu xüsusda aparılmış müzakirələrə baxmayaraq silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması üçün bu günədək heç bir zəruri tədbir görülməmişdir.
Yaranmış vəziyyət nəzərə alınaraq Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib", - Müdafiə Nazirliyindən vurğulanıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2284   Tarix: 25 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda zəlzələ oldu

İmişlidə zəlzələ olub. BİG.AZ xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, 21:53-də qeydə alınan yeraltı təkanın maqnitudası 3.2, dərinliyi isə 26 km olub. Zəlzələ hiss edilməyib

03.08.2026 311
.

İyulda Yer kürəsində son 14 ilin ən aşağı temperaturu qeydə alındı

Antarktidada yerləşən "Concordia" tədqiqat stansiyasında son 14 ilin Yer kürəsində qeydə alınmış ən aşağı temperaturu - mənfi 84,1 dərəcə Selsi ölçülüb. Qaynarinfo xəbər verir ki, "Live Science" nəşrinin məlumatına görə, rekord göstərici iyulun 18-də qitənin dərinliyində, hazırd

03.08.2026 284
.

Azərbaycan artıq Mərkəzi Asiyanın strateji qərar platformasında

"Qlobal geosiyasi və geoiqtisadi düzənin sürətlə dəyişdiyi, beynəlxalq münasibətlər sistemində yeni güc mərkəzlərinin formalaşdığı indiki mərhələdə Mərkəzi Asiya dünyanın diqqət mərkəzində olan regionlardan birinə çevrilib. Uzun illər əsasən enerji resursları və əlverişli coğrafi mövqeyi ilə seçilə

03.08.2026 200
.

Ekspert: Moskva artıq müharibəni öz ərazisində hiss edir

"Ukraynanın son dövrlərdə Rusiyanın dərinliklərinə, o cümlədən Moskva və digər iri şəhərlərə endirdiyi zərbələr müharibənin xarakterini əhəmiyyətli dərəcədə dəyişib. Əgər əvvəllər döyüşlər əsasən cəbhə xətti ilə məhdudlaşırdısa, indi Rusiya cəmiyyəti də müharibənin artıq təhlükəsiz hesab oluna

03.08.2026 249
.

Müddəti bitmiş yumurtanı yeyə bilərikmi və onlarla nə bişirmək olar?

Yumurtalar ucuz deyil, ona görə də onları sırf qablaşdırmadakı yararlılıq müddəti bir və ya iki gün əvvəl bitdiyi üçün atmaq heç istənilmir. Eyni zamanda, xarab olmuş məhsulları istehlak etmək təhlükəli ola bilər. Qanuni sual yaranır: bu müddət bitdikdən sonra yumurta yemək olarmı?. xarici mediaya istinadə

03.08.2026 264
.

Qırmızı dənizdə gərginlik artır: Ər-Riyad hərbi əməliyyata hazırlaşır

"Guardian" nəşrinin məlumatına görə, Səudiyyə Ərəbistanı Yəməndə husilərə qarşı genişmiqyaslı hərbi əməliyyata hazırlaşır. Bildirilir ki, əməliyyat təkcə hava və dəniz zərbələrini deyil, həm də Yəmənin mərkəzi hissəsində quru hücumunu əhatə edə bilər. Məlumata əsasən, Ər-Riyad bu addımı Qırmız

03.08.2026 212
.

Bakının bu qəsəbəsində su olmayacaq

Bu gün Bakının Hövsan qəsəbəsinin bəzi ərazilərində su olmayacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, magistral su xəttinin qəzalı hissəsinin təmir-bərpa işləri ilə bağlı Hövsan qəsəbəsinin bəzi ərazilərinə gün ərzind

03.08.2026 318
.

Bu il qeyri-çimərlik ərazilərdə suda batan 40 nəfərin meyiti tapılıb - RƏSMİ

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin nəzarət etdiyi çimərliklərdə 2026-cı ildə çimərlik mövsümü başlayandan bu günə kimi ölüm faktı qeydə alınmayıb. Nazirlikdən -a verilən məlumata görə, Xidmətin dalğıc-xilasediciləri tərəfindən qeyd oluna

03.08.2026 258
.

Elm gözəlliyin sirrini açdı: İdeal üz necə olmalıdır?

Alimlər gözəlliyin həqiqətən zövq məsələsi və ya elmi izahının olmasını 3D texnologiyasından istifadə edərək insan üzünün quruluşunu araşdırıblar. Tədqiqatın nəticələrinə görə, müəyyən üz cizgiləri insanların daha cəlbedici görünməsində mühüm rol oynayır. Araşdırmada aktrisa Marqo Robbi və aktyor Henr

03.08.2026 325
.

TOP MP3