Makron canlı yayımda bahalı saatını qolundan çıxardı - VİDEO

Makron canlı yayımda bahalı saatını qolundan çıxardı - VİDEOFransa Prezidenti Emmanuel Makron respublikada pensiya yaşının artırılması ilə bağlı verdiyi müsahibədə bahalı saatını çıxarıb.

Makron buna görə tənqidlərə məruz qalıb.

Fransa Prezidenti canlı yayımda jurnalistlərlə söhbəti zamanı əllərini stolun altına aparıb və saatını qolundan çıxarıb. Sosial şəbəkə istifadəçiləri bu hərəkəti dəbdəbəli əşyanı kadrdan çıxarmaq cəhdi kimi qiymətləndiriblər. Belə ki, Makronun ölkədəki etirazlar və minimum əməkhaqqı alan insanların durumu ilə bağlı müsahibəsi zamanı qolundakı bahalı saat yersiz olunub.

Şərhçilərin dediyinə görə, prezident studiyaya 80 min avro dəyərində olan "FP Journe" saatı ilə gəlib.

"Heç vaxt bu qədər alıcılıq qabiliyyətinə malik olmayan" "minimalistlər" barədə danışarkən, o, gözəl dəbdəbəli saatını ehtiyatla masanın altında qolundan çıxarır", - deyə deputat Klemans Qette "Twitter" hesabında yazıb.

Fransa Vətənpərvərlər Assosiasiyasının lideri Florian Filippo isə qeyd edib ki, Makron bu hadisəni insanlara unutdurmağa nail ola bilməyəcək.

Makronun ətrafından isə açıqlama verilib ki, prezident saatını güclü şəkildə stola vurub, buna görə də çıxarmaq qərarına gəlib. Müsahibə videosunu yenidən izləyən jurnalistlər də təsdiq ediblər ki, Makron həqiqətən də saatını stola vurub, sonra onu çıxarıb.

Bundan əlavə, prezidentin ətrafı rəsmi səfərlərdən olan çoxsaylı fotoşəkillərə istinad edərək bildirib ki, Makron il yarımdır "Bell & Ross BR V1-92" saatını taxır və bu saat respublika prezidentinin gerbi ilə bəzədilib. İnternetdə bu cür saatların fərdiləşdirilməmiş versiyaları isə 2400 avro dəyərindədir. /oxu.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 882   Tarix: 25 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşüb

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhuanı qəbul edib. XİN-dən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan ilə BMT arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri

06.11.2026 194
.

Müstəqil dövlətin Konstitusiya günüdür

1995-ci il noyabrın 12-də Azərbaycan xalqı referendum yolu ilə öz dövlətinin Əsas Qanununu - Konstitusiyasını qəbul etdi. Bu Konstitusiya müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk Milli Konstitusiyasıdır. "Konstitusiya" latın sözü olub quruluş, təsisat mənası verir. Dövlətin al

06.11.2026 254
.

İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü - Video

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, sonra dövlət başçısı və birinci xanım burada Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunu

06.11.2026 395
.

Parlament Abşeron dəniz blokuna dair Sazişin yeni redaksiyasını təsdiqləyəcək

APA-nın xəbərinə görə, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasını

06.11.2026 187
.

Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - Video - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıye

06.11.2026 261
.

10 ayda dövlət büdcəsindən 296,7 milyon manat geri qaytarılıb

2026-cı ilin yanvar-oktyabr ayları ərzində dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 296 milyon 715,3 min manat məbləğində vəsait geri qaytarılıb. "APA-Economics" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Geri qaytarılan vəsaitlər fiziki şəxslərin pərakəndə ticarə

06.11.2026 177
.

Prezidentlə şəhid anası arasında səmimi dialoq

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Prezidentlə şəhid anası arasında səmimi söhbət baş tutub. Prezident İlham Əliyev

06.11.2026 145
.

Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqindən qürur duyuruq!

Konstitusiya - dövlətin Ali Qanunudur, ali hüquqi qüvvəyə malikdir və həmin dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir, vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir. Konstitusiya sözünün hərfi mənası "qurmaq, yaratmaq, əsasını qoymaq" deməkdir

06.11.2026 278
.

Timsah qadını dişləyib həyatını xilas etdi - Qeyri-adi HADİSƏ

Hindistanın Karnataka ştatında timsah qadını ölümdən qurtarıb. xarici mediaya istinadən xəbər verir ki, timsahın hücumu intihar etmək istəyən qadının həyatını xilas edib. Yırtıcının dişləməsi nəticəsində qadın qışqırmağa başlayıb və onun səsini eşidən polis əməkdaşları ilə yerli sakinlər vaxtında köməy

06.11.2026 282
.