Ramazan üçün düzgün qidalanma qaydaları - Mütəxəssis açıqladı

Ramazan üçün düzgün qidalanma qaydaları - Mütəxəssis açıqladı"Ramazan ayında balanslı və sağlam qidalanmaq çox önəmlidir. Yəni, həmin müddətdə düzgün, balanslı və keyfiyyətli qidalanmaq tövsiyə olunur".

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisi Aynur Həsənova deyib.

AQTİ mütəxəssisinin sözlərinə görə, builki Ramazan ayı yaz fəslinə təsadüf etdiyindən aclıq və susuzluq nisbətən çox hiss oluna bilər:

"Bu səbəbdən imsak və iftar vaxtında tərkibində maye olan qidalara üstünlük verilməli, fasilələrlə qidalanmaq daha faydalıdır. Orqanizmin ehtiyacı olan vitamin və mineralların yetəri miqdarda balanslı olaraq qəbulu mühümdür. Belə qidaların yetəri qədər qəbul edilməməsi orqanizmə mənfi təsir göstərir və insan özünü pis hiss edir, fiziki və əqli iş qabiliyyəti zəifləyir".

Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisi Aynur Həsənova

O bildirib ki, nəinki Ramazan ayının imsakında, eləcə də adi günlərdə də səhər yeməyi mütləqdir:

"Əgər imsak zamanı düzgün qidalansaq, o zaman günboyu həm su, həm də enerji balansı qorunmuş olar, yorğun və halsız olmarıq. İmsakda toxluq müddətini uzadan, bədəndə su saxlayan qidalara üstünlük verilməsi tövsiyə olunur. Həzm problemi yaşamamaq, qanda şəkərin miqdarını normada saxlamaq üçün lifli qidalardan istifadə artırılmalıdır. Belə ki, imsak zamanı yumurta, süd məhsulları, yulafdan hazırlanan qidalar qəbul edilsə, toxluq hissi daha uzunmüddətli olur. Duzlu və ədviyyatlı qidaları menyudan çıxarmaq məsləhətdir. Çünki həmin yeməklər susuzluq yaradır".

İmsakda bayat yemək qəbulunun narahatlığa səbəb ola biləcəyinə diqqət çəkən A.Həsənova vurğulayıb ki, bir neçə xurma yemək insanı gün ərzində tox saxlayır:

"Xurmanın tərkibi meyvə şəkəri, zülal, karbohidrat və lif baxımından olduqca zəngindir.

Orucu ilıq su ilə açmaq lazımdır. Daha sonra xurma yemək uyğundur. İftarda birbaşa quru qidanın qəbulu həzm problemi yarada bilər. İlk olaraq sulu qida qəbulu məsləhətdir. Qəbul edilən qidalar da yaxşı çeynənməlidir ki, həzmdə problem yaranmasın. Normadan artıq və fasiləsiz qidalanma ziyandır. Əsas yeməklərdən bir neçə çeşid varsa, birinə üstünlük verilməlidir".

Mütəxəssis vurğulayıb ki, mümkün qədər az yağlı yeməklər qəbul edilməli, qızartmalar, xəmir yeməklərinin tərkibindəki kalorilər çox olduğundan Ramazan ayı boyu süfrələrdə yer almaması tövsiyə olunur:

"Bundan başqa, yemək qəbulu zamanı maksimum iki dilim çörək yeyilməsi məsləhətdir. Həzm sisteminin fəaliyyəti pozulduqda, qəbizlik yarandıqda bağırsaqların işləkliyini yaxşılaşdırmaq məqsədilə qatıq istehlakı artırılmalı, daha çox meyvə-tərəvəzə üstünlük verilməlidir. Maye olaraq bitki çayı, az şəkərli kompot, ayran və süd məhsulları bağırsaqların fəaliyyətinə müsbət təsir göstərmiş olur. İftar zamanı şirniyyat qəbul etmək istəyənlər bunu yeməkdən dərhal sonra etməməlidirlər. Bunu adətən yeməkdən 1-2 saat sonra qəbul etmək uyğundur. Şərbətli şirniyyatların əvəzinə südlü şirniyyatlara üstünlük verilə bilər. İftar zamanı fasilələrlə bol su içilməsi tövsiyə olunur. Bədənin maye itkisini bərpa etmək üçün bu nisbəti qoruyacaq miqdarsa maye qəbulu vacibdir. İftardan sonra bağırsağın aktiv fəaliyyəti qəbul edilən qidaların yaxşı həzmi üçün piyada gəzmək də şərtdir. Oruc tutanlar yuxu rejiminə də düzgün əməl etməlidirlər" – mütəxəssis əlavə edib.

Qeyd edək ki, sabahdan, martın 23-dən Azərbaycanda Ramazan ayı başlayır.

İslam dininə görə, Ramazan ayında günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlar azad olunurlar. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Qurani-Kərimdə yazılır: "Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın".

Qafqaz Müsəlmanları İdarəsinin hazırladığı Ramazan ayının xüsusi təqviminə görə, ilk Qədr (Əhya) gecəsi aprelin 9-u olacaq. Digər Qədr gecələri isə aprelin 11-i, 13-ü və 17-nə təsadüf edəcək.

Şəvval ayının 1-i (aprelin 21-i) Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 21-i və 22-si Azərbaycanda Ramazan bayramı qeyd ediləcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 747   Tarix: 22 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Paşinyan: "Məqsəd sərhədləri və açıq qapıları olan Ermənistan miras qoymaqdır"

"Hazırkı iqtidarın əsas məqsədi gələcək nəsillərə beynəlxalq aləmdə qəbul edilmiş sərhədləri və açıq qapıları olan bir Ermənistan miras qoymaqdır". Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu sözügedən ölkənin baş naziri Nikol Paşinyan İrəvanda "Restart" fondunun təşəbbüs

19:20 122
.

Bu tarixlərdə Bakıda GÜCLÜ KÜLƏK ƏSƏCƏK - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 8-9-da güclü külək əsəcək. BİG.AZ xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Naftalan

19:25 124
.

Qazaxıstan və Tacikistan ticarət sahəsində əməkdaşlığı müzakirə edib

Qazaxıstan və Tacikistan ticarət, o cümlədən nəqliyyat və logistika, energetika sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə edib. "Report" Akordaya istinadən xəbər verir ki, bununla bağlı müzakirələr Astanada Tacikistan Prezidenti Emoməli Rahmon ilə Qazaxıstan dövlət başçısı Kasım-Jomar

18:50 130
.

Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı

Biləsuvar rayonunda kişi meyiti aşkar olunub. xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndində qeydə alınıb. 35 yaşlı kənd sakini Mövlud Mirzəyevin cansız bədəni kənd qəbiristanlığında anasının məzarı üstündə tapılıb. Faktla bağlı araşdırma aparılır

18:20 165
.

İtaliya XİN başçısının şəxsi məlumatları sızdırılıb

İtaliyanın xarici işlər naziri Antonio Tayani cinayətkarların onun fərdi məlumatlarını "darknet"də yaydıqlarını, onu və ailəsi təhdid etdiklərini bildirib. "Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. A.Tayani qeyd edib ki, kibercinayətkarlar artı

21:00 0
.

Hörmüz boğazında minaya düşdükdən sonra tankerdə yanğın baş verib

Hörmüz boğazının şərq hissəsində minaya düşən tanker yanmağa başlayıb. "Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə İranın Hərbi Dəniz Qüvvələri məlumat yayıb. Qeyd olunub ki, gəmi boğazın qadağan olunmuş hissəsi ilə hərəkət edib. İran tərəfinin iddiasına görə, gəmid

16:00 166
.

İndoneziyada Prezident Subiantonun tərəfdarları və əleyhdarlarının aksiyaları keçirilib

Yüzlərlə işçi İndoneziya Prezidenti Prabovo Subiantonun danışıqlarının polis əməkdaşları tərəfindən ehtimal olunan qanunsuz dinlənilməsi ilə bağlı istintaq fonunda ona dəstək mitinqinə çıxıb. "Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Aksiyaya rəhbərlik edən Əmə

16:30 156
.

FHN-də Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyində (FHN) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Bu barədə "Report"a FHN-dən məlumat verilib. Bildirilib ki, tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin əməkdaşları, Vətən müharibəsi veteranları iştira

16:34 162
.

İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü ilə bağlı videoçarx paylaşıb. BİG.AZ xəbər verir ki, videoçarxın mətnində deyilir:. "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır

20:22 52
.